“Mişov dağı”
jurnalının yeni nömrəsində...
Tehranda Mişov
Mədəniyyət Mərkəzi
tərəfindən çap
olunan “Mişov dağı” jurnalının
növbəti 21-ci nömrəsi
işıq üzü
görüb. Jurnalı 20 ildən çoxdur ki, latın
və əski (ərəb) əlifba ilə Azərbaycan və farsca çap olunur.
Nəşrin yeni nömrəsi Azərbaycan mətbuatında
jurnal haqqında yazılmış qısa
xəbərlərin təqdimatı
ilə başlayıb.
Nəşrə başladığı gündən
jurnalda Azərbaycan və İran mədəniyyəti, incəsənəti,
yazıçı və
şairləri haqqında
məxsusi yazılar dərc edilir. Məhəmməd
Füzuli, Xurşidbanu
Natəvan, Məmməd
Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadənin və
türk şair, yazıçılarının həyat və yaradıcılığından, Xocalı, 20 Yanvar faciələrindən, müasir
ədəbiyyatın aparıcı
nümayəndələrindən söhbət açılır.
Jurnalın 21-ci nömrəsi görkəmli
Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə
keçirilən silsilə
tədbirlərə həsr
edilib. İlk səhifələrdə Prezident İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi
haqqında imzaladığı
Sərəncam təqdim
edilib. Eyni zamanda, jurnalın bu nömrəsində “Hər oxuyan Molla Pənah olmaz”, “Hüseyn Cavid”, “Şah İsmayıl”, “Göy məscid” və digər sərlövhəli
yazılar dərc olunub.
Geniş
oxucu kütləsinin rəğbətini qazanan jurnalın son nömrəsində
Ukrayna şairi, yazıçısı, rəssamı
Taras Şevçenko
haqqında məlumat və onun poeziyasından
nümunələr də
yer alıb.
Akademik İsa Həbibbəylinin
“M.P.Vaqifin həyat və yaradıcılığı”
monoqrafiyası, akademik
Nizami Cəfərovun
“Azərbaycan Xalq Cümhuriyyətinin yüz
illik yubileyi azərbaycançılıq ideologiyasının
təntənəsidir” elmi-publisistik
məqaləsi, Abdulla Şaiqin,
Zərəngiz Dəmirçi
Qayalının uşaq
şeirləri nəşrin
bu nömrədə oxuculara təqdim edilib.
Jurnalın təsisçisi və
baş redaktoru
Aqşın Ağkəmərlinin hər nömrədə olduğu kimi bu dəfə də müxtəlif səpkili
yazıları, Xalq Şairi
Bəxtiyar Vahabzadənin “Gülüstan”
poeması və digər yazılar ədəbi ictimaiyyət tərəfindən
böyük maraqla
qarşılanıb.
Xalq Cəbhəsi.- 2018.- 2 noyabr.-
S.16.