Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir

 

 

Ümummili Lider Heydər Əliyev: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”

 

Hər bir millətin tarix boyunca inkişaf etmiş, zaman-zaman azacıq dəyişmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Bəzən fərdlərə görə dəyişən milli dəyər anlayışı çox zaman ümumi rahatlıq və vətən naminə birlikdəlik nümayiş etdirməkdir. Çünki bir milləti var edən və daima ayaqda saxlayan milli-mənəvi dəyərləridir.

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar, araşdırmalar qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu qoruyub saxladığını üzə çıxarır. Azərbaycanın milli dəyərləri min illər əvvəl formalaşan, bu günədək demək olar ki, dəyişilməyən, itirilməyən dəyərlərdir. Bu dəyərlər vahid xalq olaraq formalaşmağımızda da əhəmiyyətli rola malikdir.

Mənəvi dəyər özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrupya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.

Bu gün dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik.

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasiiqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna yer ayırdı. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ümummilli Lider əsasən 3 tərkib hissəni xüsusi qeyd edirdi: dil, din, adət-ənənə.

O deyirdi ki, Azərbaycançılığımızı, milli ideologiyamızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirməliyik. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ümummili Lider yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir.

Bu gün dövlətimiz milli dəyərlərimizin qarantına çevrilib, ölkə başçısı İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetinimilli dəyərlərini qoruması önə çəkilir. "Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir" - prinsipi əsas götürülür.

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.

Sosioloq Asif Bayramov deyir ki, hansı xalq qloballaşma dövründə milli dəyərlərə qarşı olan təcavüzə qarşı özünün milli-ideoloji cəbhəsini qura bilibsə və onu qorumağı bacarıbsa, həmin xalqın bu dalğadan salamat çıxma ehtimalı var. Onun sözlərinə görə, müasir gənclərin mənəvi dəyərlərimizə olan münasibətinə və onların özlərində daşıdığı dəyər anlayışına nəzər salsaq, bugünkü səhnənin bir o qədər də ürəkaçan olmadığını görə bilərik: "Lakin bununla yanaşı, digər xalqlarla müqayisədə daha yaxşı vəziyyətdə olduğumuzu da etiraf etməliyik. Hər halda, bu gün Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə yönələn hissəsi çox olduğu kimi, bu dəyərlərə biganə olan və qismən kosmopolitləşən hissəsi də kifayət qədər çoxalıb. Bunun isə özlüyündə müxtəlif səbəbləri var. Gənclərimizin xarici ölkələrdə təhsil alması, Qərb düşüncəsinin, Qərb şüurunun Azərbaycan gerçəkliyinə təsir göstərməsi mühüm faktorlar sırasındadır”.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, ümumilikdə dünyada gedən qloballaşma prosesiinformasiya əsrinə daxil olmaq milli- mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Bunun əsası isə 80-ci illərin sonu-90-cı illərin əvvəlində qoyuldu: "Bu istiqamətdə müxtəlif profilaktik işlər aparılmalıdır deyə düşünürəm. Milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heçasan deyil. Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm amillər sırasındadır. İnsanlar arasındakı gərginlik və stress də təsir edən faktorlar qisminə aid olunur. Bu isə istər milli-mənəvi, istər ailə dəyərlərinin itməsinə, istərsə də müəllim-şagird, valideyn-övlad münasibətlərinə öz təsirini göstərir. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, milli-mənəvi dəyərlərimiz dərindən təhlil edilib araşdırılmalı və bu istiqamətdə əsaslı tədbirlər görülməlidir. Yalnız bu halda hansısa nailiyyət əldə bilərik”.

E.Rüstəmov qeyd etdi ki, milli-mənəvi dəyər anlayışını gənclərə təlqin etməyin müxtəlif üsulları var: "Örnək olaraq qardaş ölkə Türkiyəyə baxmağımız yetərlidir. Türkiyə Avropaya bizdən daha tez inteqrasiya edib. Lakin bununla yanaşı, onlar üçün mühüm olan ilk növbədə vətənpərvərlik və milli-mənəvi dəyərləridir. Onlar vətənpərvərliyi təkcə müharibə etməkdə görmürlər. Onlar gənclərdə bayrağa, vətənə, millətə sevgini kiçik yaşlarından aşılayırlar. Onlar bununla bəzi şeylərin müharibəsiz də mümkün ola biləcəyini dünyaya bəyan edirlər. Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Bunun üçünsə valideynlər öz övladlarına bu ruhda, bu istiqamətdə tərbiyə verməyi bacarmalıdır. Uşaq öz dövlətini, bayrağını tanımalı, adət-ənənəsinə, milli dəyərlərinə yaxından bələd olmalıdır”

Yaşadığımız XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq, «mədəni dünya»nı özündə təcəssüm etdirməkdədir. Zahirən bəzəkli görünən bu dünya, öz acımasız qanunları ilə maraqlariddialar üzərində qurulmaqla yanaşı mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf doğuracaq haldır və bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər.

Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı, bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyivahid sosium üçün uğurlu təməldir. Bu mənada, azərbaycançılıq millətindən asılı olmayaraq özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloyi bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.

Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə torelantlığın bariz təzahürüdür. Əslində, dinietnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylalarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır.

 

Habil Hüseynov

 

Xalq Cəbhəsi.- 2018.- 15 noyabr.- S.7.