“Ey Vətən, ey mübarək Vətən, min
yaşa!”
Türk dünyasının azadlıq şairi - Tofiq Fikrət
2-ci yazı
“Qəhrəmanlıq. Əsası qan, vəhşət” deyən Tofiq Fikrət haqlı olaraq tənqid olunub, onun bu fikirlərini “dörd bir tərəfi düşmən olan” millətin qəhrəmanlıq əzminin zəiflədilməsinə təsir edəcək zərərli hal şəklində xarakterizə ediblər. Eyni zamanda müəllifin yaradıcılığında dinə qarşı münasibətlərində də müəyyən ziddiyyətlər özünü göstərib. Lakin hər iki hal Tofiq Fikrət yaradıcılığında ötəri olmuşdur. Tofiq Fikrətin 1905-ci ildə yazdığı “Sabah olursa...” şeiri bilavasitə onun vətəninin sabahına olan inamını əks etdirmək baxımından xarakterikdir. Şairin oğluna müraciətlə yazdığı bu şeirdə ümumən gənclərə üz tutulur, onlarda vətən sevgisi aşılanır. Şeirdə yüksək bir inam hökm sürür. Bu inam vətənin gələcəyinə olan inamdır. Şeirin məzmunundan aydın olur ki, şair arzuladığı günü hələ əldə etməyib. Ancaq o, xoşbəxtliyin açılacaq səhərdə günəş tək doğulacağına şübhəsiz yanaşır:
Əvət, sabah olacaqdır, sabah olur gecələr,
Tüli həşrə qədər sürməz, aqibət bu səma.
Bu mavi göy sizə bir gün açır, məlul olma
Kiçik günəşləri, artıq birər-birər oyanın.
Üfüqlərin əbədi iştiyaqı var nura.
Şeirdə qəhrəmanlıq ruhunun tərənnümü, vətən yolunda ölməyin şərəfı poetik tərzdə əksini tapır:
Tənəvvür. Əsrimizin iştə ruhi-amalı,
Silin buludları, silkin zilali-ehvali
Ziya içində qoşun bir halasi meşkurə
Ümidimiz bu: Ölürsək də biz, yaşar mütləq.
Vətən sizinlə şu zindan qaranlığından uzaq.
Tofiq Fikrət xalqına, elinə hədsiz dərəcədə bağlı olub. Bu səbəbdəndir ki, yaradıcılığının əksəriyyətində o, ölkənin acınacaqlı hala düşməsinə görə narahatçılığını bildirib, səbəbkarları kəskin tənqid atəşinə tutub. “Xani-yağma” şeirində Tofiq Fikrət xalqın malını mənimsəyən, onların zəhməti ilə yaşayan məmur-əfəndiləri tənqid edir. Göstərir ki, bu əfəndilər təkcə zəhmətkeşlərin qazancını yemir, həm də onların həyatını mənimsəyir, qanını sorur:
Bu sofracıq əfəndilər ki iltiqama müntəzir,
Hüzurunuzca titriyorşu millətin həyatıdır.
Şu millətin ki, müztarib, şu millətin ki mühtazir,
Fəqət sakın çəkinməyin, yeyin, yutun hapır-hapır.
Yeyin, əfəndilər, yeyin, bu xani iştəha sizin,
Doyunca, tıksıkınca, çatlayıncaya qədər yeyin.
Müəllif var-dövlət sərməstliyindən gözləri tutulmuş, ruhu ölmüş, insani hisslərdən məhrum olmuş, bu zənginləri şərəfsizlikdə ittiham edir, halal-haram tanımadıqlarını nəzərə çatdırır. Tofiq Fikrət bunları zülmün, istibdadın nəticəsi kimi qiymətləndirir. Şairə görə, nə qədər ki, mütləqiyyət rejimi hakimdir, xalqa heç bir nicat yoxdur. Ona görə də istibdad özbaşınalığından istifadə edib, ölkənin bütün nemətlərini ələ keçirən əfəndilərin harın vəziyyətini təsvir etməklə onlara qarşı xalqda nifrət hissi oyadır:
Verir zavallı məmləkət, verir nə varsa, malını,
Vücudunu, həyatım, ümidini, xəyalım.
Bütün fəraqi-halını, olanca şekvi-balını
Həmən yutun, düşünməyin haramını, halalını,
Yeyin, əfəndilər, yeyin, bu xani iştəha sizin,
Doyunca, tıksırınca, partlayıncaya qədər yeyin.
Şair bu ixtiyar sahiblərinə üz tutaraq onların əllərində cəmlənən sərvətin, ixtiyarlarında olan sarayların nə vaxtsa məhv olacağına şübhəsiz yanaşır:
Bu xırmanın gəlir sonu, qapışdırın gedər ayaq,
Yarın, baxarsınız, sönər bu gün çıtırdayan ocaq.
Bu gün ki mədələr qəvi, bu gün ki çorbalar sıcaq,
Atışdırın, tikişdirin qarış-qarış, çanaq-çanaq.
Yeyin, əfəndilər, yeyin, bu xanipürnəva sizin,
Doyunca, tıksırınca, çatlayıncaya qədər yeyin.
Onu da qeyd edək ki, Tofiq Fikrət varlılar üçün “xırmanı sona yetirəcək” hadisəni inqilabla bağlayırdı. Təsadüfi deyil ki, şairin təxminən 1907-ci ildən sonra yazdığı şeirlərin böyük qismində üsyana çağırış meylləri üstünlük təşkil edir. 1908-ci ildə Tofiq Fikrət “Tənin” qəzetinə redaktor təyin edildikdən sonra özünün inqilabi görüşlərini əks etdirən yazılarla qəzet səhifələrində çıxış edib.
Bu səbəbdəndir ki, inqilabi görüşləri mənimsəyən, xalqın nicatını inqilabda görən şair bütün türk ədəbiyyatında əks-səda doğuran “Millət şərqisi” şeirini yazdı. Dərin məzmun və inqilabi ideyaya malik bu əsər türk gəncliyinin tez-tez müraciət etdiyi və izdihamlı meydanlarda oxuduğu şeir kimi qiymətlidir. Qeyd edək ki, 1908-ci ildə gənc inqilabçı qüvvələr İstanbulun izdihamlı küçələrində Tofiq Fikrətin inqilab himnini əzbərdən demişlər. “Millət şərqisi” şairin vətən məhəbbətindən doğan, vətənin gələcəyini xoşbəxt görmək arzularını əks etdirən bir nümunədir. Şair sinəsi çarpaz dağlanan vətənin dərdinə yanır, onun harayına qalxır. Milləti bu dərdlərə çarə axtarmağa çağırır:
Çeynəndi, yetər, varlığımız cəhd ilə qəhrə,
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün bulmalıyız dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili
millət, yaşa, var ol.
Demək olar ki, şeirdə
ən kəskin deyim və ifadələr
özünə yer tapır. Şairin nəzərində əsl dövlət və onun qanunları
xalqa xidmət etməlidir. Yaşadığı ölkədə isə bunun əksini gördükdə ölçüyəgəlməz
dərəcədə narahatçılıq
ifadə edir. Xalqı zülm və istibdadın kökündən qoparılmasına
səsləyir:
Haqsızlığın ənvaini gördük... Bumu qanun?
Ən qəmli səfalətlərə
düşdük... Bumu dövlət?
Dövlətsə də, qanunsa da, artıq yetər olsun,
Artıq
yetər olsun bu dəmi zülmü
cəhalət...
Müəllifin şeirdəki inqilabi görüşlərində demək
olar ki, hər şey obyektiv qiymətini ala bilir. O, zülmün, haqsızlığın
yıxılmasını labüd
hesab etsə də, bunun o qədər də asan və rahat
başa gəlməyəcəyini
başa düşür.
Lakin son anda haqqın zülm üzərində qələbəsinə
inam nümayiş etdirir, haqqın bir silah kimi
bütün odlu silahlardan üstün olduğunu nəzərə
çarpdırır:
Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən,
nə qədər nuri qalarsa,
Sönməz əbədi, hər gecənin gündüzü
vardır.
Millət
yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa, ey sevgili
millət, yaşa, var ol.
Vaxtilə baban kimsəyə minnətmi edərdi?
Yox, qalmadı
haşa sənə zillətpədərindən.
Dünyada şərəfdir yaşadan
milləti, fərdi,
Silkin, şu məzəllət tozu uçsun üzərindən.
İnsanlığı pamal edən alçaklığı
yıx, əz,
Billah yaşamaq
yerdə sürüklənməyə
dəyməz.
Tofiq Fikrətin
inqilab ruhlu şeirlərində qadın
azadlığı məsələsi
özünəməxsus yer
tutur. Belə ki, bir Şərq ölkəsi kimi şairin vətəndaşı olduğu
Türkiyədə qadına
aşağı nəzərlərlə
baxılıb, onların
həyatı dözülməz
olub.
Təbii olaraq Tofıq Fikrət mütərəqqi
şəxsiyyət olaraq
qadınların halına
biganə qalmayıb, həm şeirlərində,
həm də publisistik yazılarında
onların problemlərinə
toxunub. Tofıq Fikrət ilk növbədə
qadınların təhsil
almasını əsas
şərt hesab edib. O, “Bir qız məktəbi üçün’’, “Tibb bacım üçün’’,
“Para və həyat’’,
“Validə’’, “Ninni” və s. şeirlərində
Şərq üçün
xarakterik olan qadın problemlərindən
bəhs açıb,
yeganə ilkin çarə kimi qadınların maariflənməsini
təbliğ edib.
Qeyd etdiyimiz kimi həm mövzu, həm də forma baxımından yeni olan Tofıq Fikrət yaradıcılığı
“Tənzimat”, “Sərvəti-funun”,
“Fəcri-a- ti” və digər ədəbi təşkilatların
mövcudluğu şəraitində
türk ədəbiyyatında
gedən proseslərlə
bilavasitə bağlı
idi. Tofiq Fikrətin yaradıcılığında
nəzirəçilik, təmtəraqlı
ifadələrə aludəçiliklə
yanaşı, ideya-əqidə
mübarizəsi səciyyəsi
daşıyan vətən,
azadlıq, müharibə
və s. mövzular üstünlük təşkil
edir. Tofiq Fikrət elə
bir dövrdə yaşayırdı ki, ölkədaxili ictimai-siyasi
çaşqınlıq və
ziddiyyətlər, xarici
təzyiq və müdaxilələr ölkənin,
həm də millətin gələcək
taleyini sual altında saxlayır, mövcud siyasi böhran Osmanlı dövlətinin qüdrətini
günü-gündən aşağı
salırdı. Heç şübhəsiz,
ölkənin bu cür gərgin və ağır zamanı xüsusi şəkildə ziyalıları
düşündürüb, onları çarə yolları axtarmağa məcbur edib. Millətin xoş gələcəyini gah “qanlı”, gah da “qansız” mübarizədə görən
Tofiq Fikrət müəyyən mənada
daha çox “tək bir çarənin”
olduğunu əsas sayırdı: “Millətin
mədəni səviyyəsini
yüksəltmək, ziyalı,
yaradıcı və bacarıqlı gənclər
yetişdirmək”.
Gənclərə ölkənin gələcəyi
kimi baxan Tofiq Fikrət ilk növbədə yeni tipli məktəblərin açılmasını, uşaqların
bu məktəblərdə
milli, vətənpərvər
ruhda tərbiyə almasını “bilim adamı deyil, həm dəiş və həyat adamı” şəklində
formalaşmasını istəyirdi. Şəxsən özünün çalışdığı
Qalatasaray, İstanbul,
Robert məktəblərində bu məqsədlə xüsusi təşəbbüslər
irəli sürüb,
gənclərin vətənin
sabahkı ümidi naminə təhsilin keyfiyyətinin yüksəldilməsi
sahəsində ciddi işlər görüb.
Tofiq Fikrət təkcə pedaqoq kimi deyil,
həm də vətəndaş şair
kimi uşaqlara, gəncliyə xitab etməklə onların “vətən borcunun” nədən ibarət olmasını açıqlayır,
mahiyyət etibarilə
gənclərdə vətənpərvərlik
hisslərini gücləndirməyə
təsir göstərən
şeirlər yazırdı.
Şairin 1911-ci ildə
“Xəluqun dəftəri”,
1914-cü ildə “Şərmin”
şeirlər toplusunda
cəmlənən şeirlər
bilavasitə gəncliyə
nəsihət, onlarda vətəndaşlıq ruhunun
formalaşmasına xidmət
və s. baxımından
əlamətdardır. Tofiq Fikrətin
poeziyasında uşaq
şeirlərinin özünəməxsus
yeri var. 1914-cü ildə
çapdan çıxmış
“Şərmin” şeirlər
toplusu heca vəznində yazılmış
uşaq şeirlərindən
ibarətdir. Bu şeirlərdə əsasən
uşaq ruhu və uşaq psixologiyasının əksi
aparıcı yer tutur. “Şərmin”
şeirlər toplusu həm də Tofiq Fikrətin bir növ pedaqoji
görüşlərinin əksi
və tərənnümü
baxımından xarakterikdir.
Burada dərsə maraq, bu günkü
və sabahkı dərslərə münasibət
və onların öyrənilmə metodikası
və s. məsələlər
pedaqoji prinsiplər baxımından öz həllini tapa bilib. Əməksevərlik, əməyə münasibət məsələləri
Tofiq Fikrətin uşaq şeirlərinin əsas mövzusudur.
O, “İş salonunda”,
“Maranqoz”, “Qırıq
at”, “Cırcırama və
qarışqa” və
s. şeirlərində uşaqları
əməyi sevməyə
çağırır, onlarda
əməyə dərin
məhəbbət hissi
oyadır. Şairin bu tipli şeirlərində göstərilir
ki, insan şöhrətə əməyi
ilə çatar.
Həyatda zəhmətin
qalib gəlmədiyi heç nə yoxdur:
Çalışqan hər işi görür,
İnsan
üçün sənət
çoxdur,
Edilməyəcək iş yoxdur.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 21 noyabr.-
S.14.