Tarzən Məmməd
Ağasıyevin xatirəsi anılıb
Beynəlxalq Muğam Mərkəzində tarzən Məmməd Ağasıyevin 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Muğam Mərkəzindən SİA bildirilib ki, tədbir “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.
Xalq artisti Vamiq Məmmədəliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva və jurnalist-publisist Sədaqət Kərimova çıxış edərək Məmməd Ağasıyevin həyat və yaradıcılığından söz açıb, sənət fəaliyyəti haqqında məlumat veriblər.
Tədbir respublikanın tanınmış ifaçılarının iştirak etdiyi konsert proqramı ilə davam edib. İfaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi ilə AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansambl müşayiət edib.
Sonda sənətkarın
qızı, bəstəkar-müğənni Sevinc
Ağasıyeva tədbirin təşkilatçılarına və
iştirakçılarına dərin minnətdarlığını
bildirib.
Xalq Cəbhəsi.- 2018.- 27 noyabr.-
S.16.