Vyana Ştraus
Festival Orkestri Heydər
Əliyev Mərkəzində
Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində konsert
proqramı ilə çıxış edib.
Konsert orkestrin yaradıcısı
və bədii rəhbəri Peter Qutun dirijorluğu ilə keçib.
Peter Qut bu gözəl şəhərdə
- Bakıda, Zaha Hadidin layihə müəllifi olduğu möhtəşəm memarlıq
abidəsində artıq
üçüncü dəfə
çıxış etdiklərini
və bundan çox məmnun olduqlarını bildirib. “Vyana musiqisini çoxları sevir.
Bu qədər insanın bizi dinləməyə gəlməsindən
çox xoşbəxtik”,
- deyə Peter Qut vurğulayıb.
Vyana Ştraus Festival Orkestri 2014-cü və
2016-cı illərdə də
Heydər Əliyev Mərkəzində çıxış
edib. Orkestrin budəfəki konserti
də anşlaqla keçib.
Bayram ovqatlı konsertdə dünya şöhrətli
avstriyalı bəstəkar,
“valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin – ata İohann Ştraus,
Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri təqdim
olunub. Peter Qut
proqramboyu ifa etdikləri əsərlər
və onların müəllifləri barədə
məlumat verib. Tamaşaçılarla canlı ünsiyyət
quran dirijor maraqlı improvizasiyalar edib, izləyiciləri konsertin fəal iştirakçısına çevirib.
Peter Qut dirijorluqla
yanaşı, həm də skripkada ifa edib. Orkestrin hər çıxışı
alqışlarla qarşılanıb.
1978-ci ildən fəaliyyət
göstərən orkestr
Vyana musiqi ənənələrinin qoruyucusu
kimi klassik əsərlərdən, o cümlədən
Ştrauslar sülaləsinin
bəstələrindən ibarət
geniş repertuarı ilə dünyada nüfuz qazanıb.
Peter Qut
Vyana Musiqi
Akademiyasında təhsil alıb, daha sonra üç il Moskva
konservatoriyasında tanınmış skripkaçı və dirijor David Oystraxın
sinfində məşğul olub. Î, mütəmadi
olaraq tanınmış simfonik
və kamera orkestrləri ilə qastrollara çıxır və böyük opera
teatrlarının səhnəsində təqdim olunan operettalarda dirijorluq edir. Peter Qut dirijor
və skripkaçı kimi hazırda bütün dünyada məşhurdur.
Xalq Cəbhəsi.- 2018.- 28 noyabr.-
S.16.