İstiqlal - bir millətin
namusu və ən böyük
sərvəti
Ceyhun Hacıbəylinin həyat və
yaradıcılığı
5-ci yazı
Ceyhun Hacıbəylinin «Bir il xəyallarda... və bütöv bir ömür» memuarı bir istiqlal aşiqinin gündəliyidir, çoxşaxəli, çoxplanlı, ilk baxışda yüzlərlə temanın pərakəndə toplusu, lakin dərindən nüfuz etdikcə vahid süjeti, ideya istiqaməti, məramı olan möhtəşəm əsərdir. Memuarı oxuduqca, sanki onun qəmə, qüssəyə bürümüş sətirləri arxasından istedadlı və müdrik, zəngin həyat və qələm təcrübəsinə malik, fəqət dalğın və kədərli Ceyhun Hacıbəyli boylanır... Müəllif memuarı XX əsrin 40-cı illərinin sonundan qələmə almağa başlamış, 50-ci illərin sonunda bitirmişdir. Memuar fransız dilində yazıb. Makina ilə əlyazması S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır.(ARDƏİA) saxlanılır (fond N°649. siy.1, saxlama vahidi 11, vərəqlərin sayı 104).
Memuarı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə Şamil Zaman 2015-ci ilin əvvəllərində dilimizə çevirmişdir. Əsər “Xan” nəşriyyatında çap olun (Ön sözün müəllifi akademik İsa Həbibbəyli,redaktor Nərgiz Cabbarlı, Bakı, 2016, 255 səh.). Mərhum f.e.namizədi Bayram Ağayev də vaxtı ilə bu sətirlərin müəllifinə, digər həmkarlarına əsərin tərcüməsi ilə məşğul olduğunu bildirsə də, tərcümə ortaya çıxmayıb. Ceyhun Hacıbəylinin bir neçə əsərini, o cümlədən qürbətdə fransız dilində qələmə aldığı 4 hekayəni dilimizə çevirən fransız dili mütəxəssisi Mirzəbala Əmrahov da memuarı tərcümə edib (“Bir il xəyallarda... və bütöv bir ömür”, Bakı, “Təhsil” nəşriyyati, 2017, 262 səh). Əsər mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və ədəbi dəyəri baxımından Azərbaycan bədii publisistikasının, mühacirət ədəbiyyatının ən parlaq və nadir nümunələrindəndir. C.Hacıbəylinin yaddaşı ilə xəyallarının birgə məhsulu olan memuar:
- Vətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan istiqlal aşiqinin ürək çırpıntıları, qəlbinin səsidir;
- çar və sovet imperiyasının milli siyasətinin əsl mahiyyətini, eybəcərliklərini göstərən və ifşa edən sənəddir;
- 1905-ci və 1918-ci illərdə ermənilərin Azərbaycanda, xüsusilə Bakıda törətdikləri vəhşiliklərə, qırğınlara şahidlik edən məxəzdir;
- milli adət-ənənələri, xalqımıza mənsub ailə-məişət münasibətlərini, dini mərasimləri, şifahi ədəbi nümunələri əks etdirən mənbədir;
- inqilabdan əvvəlki Bakı həyatı, xüsusi ilə qoçuların şəhərdəki fəaliyyəti, əhali arasındakı nüfuzu barədə müəllifin özünəməxsus görüşləridir;
- Qarabağın, xüsusən Şuşanın Azərbaycan tarixində və mədəni həyatındakı yerinə, roluna işıq salan əsərdir;
- bir mühacirin
qürbət - Paris macəralarıdır;
- nəhayət, böyük Hacıbəylilər
nəslinin zəngin və maraqlı həyat hekayəsindən
bir parçadır.
Ceyhun Hacıbəyli bu memuarında yaşadığı
və mübarizə apardığı dövrün
obyektiv mənzərəsini
yaratdığından, geniş
bir coğrafi məkanda cərəyan edən hadisələrin ictimai-siyasi mahiyyətini, insanlararası münasibətləri,
mühacir həyatının
yaşantılarını, Vətən, ata-ana, bacı- qardaş, qohum həsrətini, övlad niskilini, yad məmləkətdə
və mühitdə milli kökə, adət- ənənələrə
bağlılığı özünəməxsus ustalıqla
qələmə aldığından,
nəsillərə nümunə
ola biləcək fədakar ömrünü
təcəssüm etdirdiyindən
əsər böyük
elmi, bədii-publisistik
və tarixi əhəmiyyət kəsb
edir.
Səriştəli tərcüməçi Oktaedr Qəbələli Ceyhun Hacıbəylinin ötən əsrin 50-ci illərində qələmə
aldığı “İlk
Azərbaycan operası
necə yarandı” adlı xatirəsini rus dilindən dilimizə çevirmişdir
( Ceyhun Hacıbəyli.
Seçilmiş əsərləri. Bakı, “Elm”, 2017, 368 səh.).
Əsərdə bir sıra mübahisəli məqamlar olsa da ( nəzərə
almaq lazımdır ki, xatirə məlum hadisədən 40-50
il sonra qürbətdə, heç
bir mənbəyə
, tarixi sənədə
yox, yalnız yaddaşın gücünə
istinad edilərək qələmə alınmışdır),
bir sıra ədəbi, tarixi və mədəni hadisələrin tədqiqi
və dəyərləndirilməsi
baxımından aktual
və faydalıdır.
Diqqətçəkicidir ki, Ceyhun Hacıbəylinin
publisistikasına zəngin
faktlarla yanaşı uğurlu bədii təsvir vasitələri hakimdir. Onun dilinə xas kinayə, istehza, , qanadlı
ifadələr, atmacalar
mətni ağırlaşmaqdan
qoruyur, eyni zamanda müəllif istəyini oxucuya daha canlı, daha təsirli formada çatdırır.
Ceyhun bəyin qələmə aldığı
və Parisdə nəşr olunan « Revue de deux Mondes » (
yanvar, 1934) irihəcmli
« SSRİ-də ziyalılar
» adlı məqaləsində
rejimin elm, ədəbiyyat,
mədəniyyət, incəsənət
xadimlərini kölə
vəziyyətinə salmasından,
senzuranın yaradıcı
insanlara qarşı amansız münasibətindən
bəhs olunur. Müəllif ədəbiyyata, sənətə sinfi, partiyalı münasibətin,
marksizm-leninizm ideologiyasının
mahiyyətini məharətlə
açır və ədəbiyyatın milli,
ənənəvi dəyərlərdən
məhrum edildiyini də vurğulayır.
Çoxşaxəli, çoxsahəli
fəaliyyəti ilə
xalqımızın istiqlal
mücadiləsi tarixində
olduğu kimi, ədəbi-mədəni, mətbu
həyatında da xidmətlər göstərən
Ceyhun Hacıbəylinin
folklorşünaslıq, ədəbiyyatşünaslıq,
sənətşünaslıq, tarix və politologiya
istiqamətlərində araşdırmaları
bu gün də aktuallığını
və əhəmiyyətini
itirməyib. Fikrimizcə, C.Hacıbəylinin araşdırmaları barədə
dolğun, sistemli elmi -nəzəri nəticələr əldə
etmək üçün
ayrı-ayrı tədqiqat
sahələrinə müvafiq
olaraq onun qələmə aldığı
əsərlərin təsnifatını
verməklə təhlil
etmək və dəyərləndirmək məqsədəuyğundur.
Onun ədəbiyyarşünaslığa, tariximizə, mətbuat, mədəniyyət və
incəsənət xadimlərinin
həyat və yaradıcılığına dair
əsərləri bu gün də böyük maraq doğurur. Hələ ilk yaradıcılığı
dövründə ədəbiyyat
tarixi və ədəbiyyatşünaslıq məsələlərinə maraq
göstərən C. Hacıbəyli
sahə ilə bağlı bir sıra dəyərli məqalələr yazmış
və dövrün mətbu orqanlarında dərc etdirib.
Onun Mirzə Hüseyn Əfəndi Qayıbov, Abbasqulu Ağa Bakıxanov, İsmayıl
Qaspiralı, milli mətbuatımızın banisi
Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Mirzə Ələkbər
Sabir, Abdulla bəy Divanbəyoğlu, Haşım
bəy Vəzirov, Hüseyn Ərəblinski,
Ağabəyim Ağa,
Aşıq Pəri, Gövhər Ağa, Fatma xanım Kəminə, Xurşud Banu Natəvan, Fatma Bikə, Qubalı Bikə xanım, tatar şairi Abdulla Tukay, görkəmli macar türkoloqu Yuli Remet, gürcü şairi, yazıçı,
ictimai xadimi Akaki Sereteli, klassik Şərq poeziyasını parlaq simaları Hafiz Şirazi, Əbülqasım Firdovsi
kimi ədəbiyyat, mədəniyyət xadimlərinə
həsr etdiyi yazıları Ceyhun bəyin maraq dairəsinin zənginliyinə,
eyni zaman da peşəkar, səriştəli tədqiqatçı
olduğuna dəlalət
edir.
Ceyhun Hacıbəyli
tərəfindən mətbuat
tariximizlə bağlı
müəyyən araşdırmalar
aparılmış, xatirələr,
icmallar yazılıb. Ceyhun bəy
ilk dəfə Azərbaycan
mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini qələmə alıb. Firidun bəy Köçərli
ədəbiyyat tariximizin,
C.Hacıbəyli mətbuat
tariximizin bünövrəsini,
təməlini qoyublar.
C.Hacıbəylinin təxminən 100 il
əvvəl topladığı,
80 il əvvəl Parisdə fransız dilində nəşr etdirdiyi “Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)” kitabı
ilə Azərbaycan oxucusu, elmi ictimaiyyəti
yalnız 1999-cu ildə
tanış olub: AMEA Ədəbiyyat İnstitutunun
əməkdaşı, f.e.n.
Bayram Ağayev həmin əsəri “Asiya” jurnalındakı variantına əsasən tərcümə və Kirill əlifbası ilə nəşr etdirib (Bakı, “Ozan”, redaktoru prof. Məhərrəm Qasımlı, 1999, 48 səh.).
Əsər bu gün də aktuallığını
saxlamaqdadır və Qarabağ etnoqrafiyasını,
dialekt və folklorunu öyrənmək
üçün mötəbər
məxəzdir. Əsər
Ceyhun Hacıbəylinini
2017-ci ildə buraxılmış
“Seçilmiş əsərləri”nə
də daxil edilib ( Bakı,
“Elm”, 2017, 368 səh.)
Ceyhun Hacıbəyilinin yaradıcılığında
və fəaliyyətində
folklor nümunələri,
izləri və elementləri bu bu qənaətə gəlməyə əsas verir ki, yazıçı-publisist
həm mühairətəqədərki
dövrdə maarifçilik
missiyası ilə qələmə sarılanda,
həm də mühacirət dövründə
istiqlal mücahidi kimi sovet rejimi
və kommunist ideologiyasına qarşı
mübarizə aparanda
bədii və publisistik əsərlərində
şifahi ədəbi
nümunələrdən məharətlə
bəhrələnmiş, bunun
sayəsində ideya və istəklərini, milli duyğu və düşüncələrini
daha canlı, daha obrazlı, daha təsirli çatdırmağa müvəffəq
olmuşdur; tükənməyən
sevgi və qayğı ilə folklor nümunələrini
toplamaqla, tədqiq və təbliğ etməklə Azərbaycan
mədəni irsinin qorunmasına və tanıdılmasına böyük
töhfə vermişdir;
bu gün də aktuallığını
itirməyən irsi ilə, eyni zamanda folklor toplayıcısı və
folklorşünas kimi
də tariximizdə qalmaq haqqını qazanıb.
Mühacirət illərində Münhendəki
SSRİ-ni Öyrənən
İnstitututla sıx əlaqə saxlayan və əməkdaşlıq
edən Ceyhun Hacıbəylinin «Bərpa
quruculuq işinin ümumi problemində Azərbaycanda iqtisadi vəziyyət», «İslam əleyhinə təbliğat
və onun Azərbaycanda yeni metodları», «Rus demokratları bolşeviklərlə
harada birləşir»,
«Söz və əməl»,«SSRİ-də ziyalılar»
və digər irihəcmli məqalələri
onun səriştəli,
sanballı sovetoloq və politoloq olduğunu təsdiqləyir.
C.Hacıbəylinin arxivindəki sənədlər
onun tarixlə bağlı araşdırmalar
apardığını da
söyləməyə əsas
verir. Onun fondunda tarixi şəxslərə, qədim
Arran dövlətinin,
Bakı, Bərdə və Dərbənd şəhərlərinin, Türkiyənin,
İranın, Gürcüstanın,
Dağıstanın tarixinə,
Rusiyanın Qafqaz siyasətinə, eləcə
də Türkmənçay
və Gülüstan müqavilələrinə dair
əlyazmaları, qeydləri,
makina yazıları Ceyhun bəyin tarixi mövzularda tədqiqatlarından xəbər
verir. Fransız dilində olan
həmin materiallar öz araşdırmaçılarını
gözləyir.
Doğma dildən başqa rus və fransız
dillərini də mükkəməl bilməsi
Ceyhun Hacıbəyliyə
həm hər üç dildə yazmağa, həm də tərcüməçilik
fəaliyyəti ilə
məşğul olmağa
imkan verib. İvan
Turgenevin "Pulsuzluq"
komediyası (1909-cu il) ilə Azərbaycan oxucusu ilk dəfə məhz C.Hacıbəylinin tərcüməsindən
tanış olmuşdur.
Mühacirət dövründə Ceyhun bəyin tərcüməçilklə fəal çəşğul
olduğu məlumdur.
Hələ 1925-ci ildə
C.Hacıbəylinin tərcüməsində
və onun rejissorluğu ilə Parisin “Femina” teatrında Üzeyir Hacıbəylinin “Arşın
mal alan” operettası tamaşaya qoyulub. Bunlardan əlavə o, öz
əsərlərindən bəzilərini
də fransız dilinə çevirib.
Ceyhun Hacıbəylinin
müxtəlif sahələrdəki
araşdırmaları bu
gün də aktuallığını saxlamışdır
və onların dərindən öyrənilməsinə,
dəyərləndirilməsinə ehtiyac var.
Abid Tahirli
Xalq Cəbhəsi.- 2018.- 29 noyabr.-
S.14.