Musiqili Teatrın əməkdaşı beynəlxalq festivalın birincisi olub

 

 

İspaniyanın Lloret de Mar şəhərindəFiestalonia Milenioşirkəti tərəfindən “Mediterranean Legends” (Aralıq dənizi əfsanələri) adlı beynəlxalq festival keçirilib. Dünyanın beş qitəsindən 50-dən artıq ölkənin istedadlı nümayəndələrinin qatıldığı, Aralıq dənizi sahilində, açıq səma altında düzənlənən bu yarışmada Azərbaycanı Musiqili Teatrın orkestr artisti, respublika beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Atabəy İsmayılov təmsil edib.

Təmsilçimiz müsabiqədə ona verilən 10 dəqiqəlik zaman kəsiyində tarda milli muğamlarımızdan parçalar Çahargah Rapsodiyası” (Həsən Rzayev) əsərini ifa edib, “İnstrumental alətlərdə ifanominasiyasında IV kateqoriya üzrə birinci yerə layıq görülüb.

Qeyd edək ki, 5 müxtəlif musiqi alətində - tar, fortepiano, bass gitara, violonçel, kontrabasda mükəmməl ifa edən Azərbaycan Milli Konservatoriyasının 3-cu kurs tələbəsi hazırda Musiqili Teatrda orkestr artisti dirijor assistenti kimi çalışır.

“Hər il təşkil olunan bu müsabiqələr dünyanın bir çox ölkələrində müxtəlif nominasiyalaryaş qrupları üzrə keçirilsə də, hər birinin məqsədi eynidir - yeni yaradıcı qrupların üzə çıxarılması, müxtəlif ölkələrlə milli mədəni əlaqələrin möhkəmləndirilməsi, təbliği ... Mən bir çox beynəlxalq müsabiqələrin iştirakçısı və qalibi olsam da, budəfəki təəssüratlarım daha da genişdir. Namizədliyini irəli sürən digər dövlətlərin nümayəndələrindən fərqli olaraq tədbir təşkilatçısı David Çaparidzenin məni rəsmi şəkildə dəvət etməsi, Azərbaycanın milli musiqi aləti olan tara, muğam sənətimizə yaxından maraq göstərməsi məni hədsiz sevindirdi, üzərimə düşən məsuliyyətimi bir az da artırdı. Onlar ifalarımı sosial şəbəkələrdə yayımlanan videolardan izlədikdən sonra məni dəvət ediblər. Fürsətdən istifadə edib, müsabiqədə iştirak etməyimə şərait yaradan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm”, - deyə Atabəy İsmayılov bildirib.

 

Xalq Cəbhəsi.- 2018.- 5 oktyabr.- S.16.