Xalq artisti İlham Əsgərovun xatirəsi anılacaq
Oktyabrın 11-də Akademik Milli Dram Teatrında görkəmli
aktyor, Xalq artisti İlham Əsgərovun 60 illiyinə
həsr olunan tədbir keçiriləcək.
Xatirə gecəsi Mədəniyyət
Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı
ilə reallaşacaq. Təbir
çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyinin arxivindən İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq, sənətkara həsr olunan videoçarx nümayiş
etdiriləcək.
Anım mərasimində İlham Əsgərovun Azərbaycan
Teatrının inkişafındakı
xidmətlərindən danışılacaq,
sənət dostları
onunla bağlı xatirələrini bölüşəcəklər. Sonra isə
İlham Əsgərovun
xatirəsinə həsr
olunan “Qürbətdən
gələn məktublar”
tamaşası nümayiş
olunacaq.
Yazıçı-diplomat Həsən Həsənovun
eyniadlı əsəri
əsasında hazırlanan
ikihissəli dramın
rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin
quruluşçu rəssamı
Əməkdar mədəniyyət
işçisi İlham
Elxanoğlu, musiqi tərtibatçısı Həmid
Kazımzadədir. Tamaşada
əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Əjdər Həmidov, Əməkdar artistlər Kazım Abdullayev, Elşən Cəbrayılov,
Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edəcək.
Çağdaş günümüzlə səsləşən
tamaşada M.F.Axundzadənin
obrazını vaxtilə
Xalq artisti İlham Əsgərov canlandırıb.
Qeyd edək ki, İlham
Əsgərov 1958-ci il iyulun
16-da anadan olub. 1980-ci
ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib.
1982-ci ildən Akademik Milli
Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq"
verilişinin aparıcılarından olub.
Xalq Cəbhəsi.- 2018.- 10 oktybar.-
S.16.