ABŞ-da keçirilən simpoziumda Azərbaycan multikulturalizmi müzakirə olunub

 

 

ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində keçirilən Beynəlxalq hüquq din simpoziumunda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub.

Bu barədə "Xalq Cəbhəsiqəzetinə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, 50 ölkədən 150-dək siyasi-ictimai din xadimlərin, elm, QHT media nümayəndələrinin qatıldığı simpoziumda insan haqları, beynəlxalq dini azadlıqların qorunması digər mövzular üzrə müzakirələr aparılıb.

Simpoziumda çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq multikulturalizm ənənələri haqda ətraflı məlumat verərək, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Baş konsul Azərbaycanda tarixdən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Rəsmi Bakının dinlərarası harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda tarixi katakombaların, eləcə də Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən söhbət açıb.

 

Xalq Cəbhəsi.- 2018.- 13 oktyabr.- S.16.