“İsgəndərnamə”
poemasının “Şərəfnamə” əsəri özbək
dilində çap edilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi
ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının
birinci hissəsi olan “Şərəfnamə”
əsəri Daşkənddəki
“Zamin Nashr” nəşriyyatında özbək
dilində çap edilib.
Qeyd edək
ki, "İsgəndərnamə"yə
daxil olan “İqbalnamə” əsəri
də 2017-ci ildə özbək dilinə tərcümə edilərək
ayrıca kitab halında Daşkənddə
çap olunub.
Daşkənddəki Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzindən Trend-ə verilən məlumata görə, əsəri özbək dilinə Özbəkistanın Xalq şairi Camal Kamal tərcümə edib.
Kitabın layihə rəhbəri
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov, məsul redaktor və “Ön söz”ünün müəllifi
Əlişir Nəvai
adına Daşkənd
Dövlət Universitetinin
professoru Nurboy Jabborov, redaktoru həmin Universitetin dossenti Gülbahar Aşurova, tərtibçi
isə Azərbaycandan
- filologiya elmləri namizədi Kərimula Məmmmədzadədir.
Artıq
Azərbaycan Mədəniyyət
Mərkəzinin sifarişi
ilə Camal Kamalın tərcüməsində
“Sirlər xəzinəsi”,
“Leyli və Məcnun” və “İsgəndərnamə” əsərləri
özbək dilində
Daşkənddə çap
olunub.
Camal Kamal tərəfindən artıq
“Xosrov və Şirin” əsəri də özbək dilinə tərcümə
edilərək, çap
olunması məqsədi
ilə Mərkəzə
təqdim olunub.
Ənənəyə əsasən, Nizami Gəncəvinin Özbəkistanda
özbəkcə nəşr
olunan kitablarının
üz qabığının
arxa səhifəsində
dahi Nizami Gəncəvinin dünyanın
müxtəlif ölkələrindəki
heykəllərinin şəkilləri
öz əksini tapır.
Hazırda şair-tərcüməçi Camal Kamal dahi
Nizaminin “Yeddi gözəl” əsərini
özbək dilinə
tərcüməsini həyata
keçirir.
Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə
daxil olan əsərlər Özbəkistanın
və Azərbaycanın
aparıcı kitabxanalarına,
elm, təhsil, tədqiqat
müəssisələrinə göndərilir.
Qeyd edək
ki, Nizami irsinin Özbəkistanda tanıdılması və
geniş təbliği
məqsədilə 2015-ci ildən
Azərbaycan Mədəniyyət
Mərkəzi xüsusi
layihəyə start verib. Nizami adına Daşkənd
Dövlət Pedaqoji Universitetində Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov ilə Özbəkistanın
xalq şairi Camal Kamal arasında
Nizami Gəncəvinin
“Xəmsə”sinə daxil
olan beş əsərin bütövlükdə
özbək dilinə
tərcümə olunması
ilə bağlı müqavilə imzalanıb
və bu layihəyə start verilib.
2019-cu ildə layihəyə yekun
vurulacaq və dahi şairin bütün əsərləri
özbək dilində oxucuların istifadəsinə veriləcək.
Xalq
Cəbhəsi.- 2018.- 13 oktyabr.- S.16.