Moskvanın mərkəzində “Azərbaycanın
payız hədiyyələri“
Oktyabrın 17-də Rusiya paytaxtı Moskvanın mərkəzindəki Tverskaya meydanında "Azərbaycanın payız hədiyyələri" festivalı başlayır.
Moskva sakinləri və Rusiya paytaxtının qonaqları beş gün ərzində - oktyabrın 21-dək Azərbaycanın zəngin tarixi, mədəniyyəti, mətbəxi və milli adət-ənənələri ilə tanış olmaq imkanı qazanacaqlar.
Festivalın qonaqları Azərbaycan təbiətinin müxtəlif hədiyyələrini - xurma, üzüm, nar, həmçinin qurudulmuş meyvə, qoz-fındıq, şirələr, mürəbbə, süd məhsulları, ədviyyatlar ala biləcəklər. Onlar milli şirniyyatlardan dadacaqlar və xüsusi açılmış "Çay evi"ndə əsl şərq çay məclisindən zövq alacaqlar.
Bundan əlavə, Moskvanın ən yaxşı restoranlardan Azərbaycan mətbəxinin ənənəvi təamları - narşab sousu ilə müxtəlif kabab növləri, dolma, qutab və daha çox şey təqdim olunacaq.
Festival qonaqlarına həmçinin geniş suvenir, milli bəzək, toxuculuq məhsulları seçimi təqdim olunacaq. Eyni zamanda, mədəni proqram da nəzərdə tutulub. Belə ki, Dövlət İnstrumental Ansamblının və peşəkar rəqqaslar qrupunun, Ənvər Sadıqovun "Qaytağı" qrupunun çıxışları olacaq və nəhayət, Şəhriyar İmanovun rəhbərliyi ilə konsert keçiriləcək.
Festivalın balaca
qonaqları üçün
nağıllar teatrı təşkil olunacaq
və burada azyaşlılara ənənəvi
uşaq tamaşalar
göstəriləcək və tamaşalarda
iştirak etmək təklif olunacaq.
Xalq
Cəbhəsi.- 2018.- 17 oktyabr.- S.16.