Dubayda milli mətbəxi
günü
Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) bütün ərazisində
məşhur olan “BakuCafé Dubai” restoranında
“Azərbaycan Milli Mətbəxi Günü”
keçirilib. Tədbir Azərbaycanın BƏƏ-dəki Əmirliyinin və ölkəmizin Dubaydakı Baş Konsulluğunun dəstəyi
ilə təşkil edilib.
Tədbirdə ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı
baş konsulu Cavidan Hüseynov, Azərbaycanın ticarət
nümayəndəsi Elnur
Əliyev, dövlət
təşkilatlarının və BƏƏ-də akkreditə edilmiş müxtəlif diplomatik missiyaların təmsilçiləri,
Azərbaycan diasporunun
üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak
ediblər.
Tədbirin çoxsaylı qonaqlarına
Azərbaycan mətbəxinin
çoxəsrlik tarixə
malik ənənəvi
yeməkləri, Azərbaycanda
yerli təbii məhsullardan hazırlanıb
BƏƏ-yə gətirilmiş
ənənəvi şirniyyat
növləri təklif
edilib. Menyuda zəfəranlı plov, tikə kabab, dolma, həmçinin
milli geyimli qadının elə oradaca bişirdiyi qutablar, bir sıra
başqa ləziz milli yeməklər vardı.
Dubaydakı “Bakı” kafesinin
baş meneceri Musa Sadıqovun AZƏRTAC-a verdiyi
məlumata görə,
Dubayda “Azərbaycan Milli Mətbəxi Günü” keçirilməsi
Azərbaycanın zəngin
mədəniyyətinin, adət-ənənələrinin
və əlbəttə,
milli mətbəximizin
ölkə hüdudlarından
kənarda təbliğ
edilməsi baxımından
böyük əhəmiyyət
kəsb edir. Bu həm də
Azərbaycan icması
üçün ölkəmizin
mədəniyyətinin qorunub
saxlanması baxımından
böyük əhəmiyyətə
malikdir və belə tədbirlər həmvətənlərimizin görüşüb
ünsiyyət qurması
üçün münasib
məkandır. M.Sadıqov
deyib: “Azərbaycan çoxəsrlik ənənələrə
malik olan zəngin ölkədir və bizim əsas
məqsədimiz ölkəmizi,
onun qədim ənənələrini, həmçinin
yüksək qiymətləndirilən
Azərbaycan mətbəxini
məşhurlaşdırmaqdır. Azərbaycan həm də özünün qonaqpərvərliyi
ilə məşhurdur
və belə tədbirlərin keçirilməsi
yerli ictimaiyyətin xalqımızı tanıması
üçün daha bir fürsətdir. Hazırda bizim əsas vəzifəmiz ölkəmizi
Dubayda və bütün Əmirliklərdə
təbliğ etməkdir,
qoy insanlar bizim mədəniyyətimizlə,
adət-ənənələrimizlə daha yaxından tanış olsunlar, onu anlasınlar, bizim insanların necə xeyirxah və qonaqpərvər, milli yeməklərimizin necə dadlı olduğunu bilsinlər”.
Baş menecer onu da
vurğulayıb ki, oktyabrın 21-də Dubayda
Azərbaycan restoranının
açılmasından düz
bir il
keçir. Bu qısa müddətdə
həmin restoran həm Əmirlikdə yaşayan Azərbaycan vətəndaşları, həm
də əcnəbilər
arasında çox populyarlaşıb. M.Sadıqov
xüsusi qeyd etdi ki, restorana
dünyanın müxtəlif
guşələrindən qonaqlar
gəlir, ərəblər
özləri də bizim gözəl mətbəximizlə tanış olur və tədricən onun pərəstişkarlarına
çevrilirlər.
Qonaqlar yekdilliklə qeyd ediblər ki, Azərbaycan mədəniyyəti, Azərbaycan
ənənələri onların böyük
marağına səbəb olur və bu cür tədbirlər
Azərbaycanı, onun mehriban
və qonaqpərvər xalqını daha
yaxından tanımaq üçün
yaxşı fürsətdir. Onlar qeyd
ediblər ki, Azərbaycan mətbəxinin
yeməkləri son dərəcə ləzzətlidir,
Dubayda təşkil edilmiş
“Milli mətbəx günü”
isə ağzının dadını bilənlər və Azərbaycan
milli mətbəxinin pərəstişkarları
üçün əsl bayram
oldu. Tədbir
iştirakçıları vurğulayıblar ki,
Azərbaycan mətbəxinin geniş çeşidli və bənzərsiz nümunələrini
dadmaqdan özünü
saxlamaq çox
çətindir, buna görə təsadüfi
deyil ki, Azərbaycan
artıq neçənci ildir qastronomik turistlər üçün
ən populyar istiqamətlərin ilk beşliyinə daxildir.
Xalq Cəbhəsi.- 2018.- 23 oktyabr.-
S.16.