Türkiyədə “Son iclasfilminin nümayişi keçirilib

 

 

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin şərəfinə “Son iclasfilminin nümayişi keçirilib.

Tədbirdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Milli İstikbarat Təşkilatı rəhbərinin müavini Şuay Albay, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərləri əməkdaşları, səfirlər, ictimaiyyət nümayəndələri, elm mədəniyyət xadimləri, QHT KİV təmsilçiləri qatılıblar.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, inkişafı süqutunun səbəbləri barədə danışıb. O, müstəqil Azərbaycanın inkişaf yoluna da nəzər salan salıb, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Azərbaycan-Türkiyə qardaşlığından söz açıb, bu birliyin sarsılmaz əbədi olduğunu bildirib.

“BP-Türkiyəşirkətinin rəhbəri Mick Stup Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli çətin yoldan bəhs edib, bu təcrübənin müstəqillik uğrunda mübarizə aparan dövlətlər üçün böyük təkan verdiyini dilə gətirib.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan Xalq Cümhuriyyətini ilk olaraq Osmanlı dövlətinin tanıdığını söyləyib, Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə, eləcə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına toxunub. O, Azərbaycan Türkiyənin tarix boyu bir-birinin yanında yer aldığını bu bərabərliyin əbədiyyətə qədər davam edəcəyini vurğulayıb.

Filmin ssenaristi Müsəllim Həsənov bildirib ki, filmdə Cümhuriyyət tarixinin son iki ayı daha çox öz əksini tapıb: “Məqsəd Cumhuriyyətin qurucularının tarixin ağır sınaqları ilə üz-üzə qaldığı şəraitdə necə qərar qəbul etdiklərini tamaşaçılara göstərməkdir. Bu gün belə filmləri göstərməklə gənclərə tariximizin önəmli səhifələrini göstərməyə çalışırıq”.

Sonda çıxışçılar filimin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin minnətdarlıqlarını ifadə ediblər.

Rəsmi hissədən sonra filmin nümayişi olub.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğuSon iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün çəkilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Filmdə Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi indiyədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Filmin növbəti təqdimatı London şəhərində keçiriləcək.

 

Xalq Cəbhəsi.- 2018.- 25 oktyabr.- S.16.