VI Bakı Beynəlxalq Humanitar Forumu

 

 

Ceyhun Bayramov : ”Biz daha yaxşı dünya üçün çalışmalıyıq

 

 

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Təhsil elm kapitalının inkişaf kontekstində" adlı panel keçirilib. Birinci plenar sessiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov moderatorluq edir.

Paneldən çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi üçün ciddi işlər həyata keçirilir: "Hökumət hər kəsə yüksək təhsil vermək istiqamətində işlər görür. Savadlılıq dərəcəsinin artırılması istiqamətində işlər görülür, təhsil sahəsi inkişaf etdirilir".

O bildirib ki, Azərbaycanda hər kəs üçün eyni təhsil almaq imkanı yaradılıb. Nazirin sözlərinə görə, ötən dövr ərzində bu sahədə xeyli islahatlar həyata keçirilib. BMT-nin İqtisadi Sosial Şurasının sədri İnqa Ronda Kinq Forumu təşkil etdiyinə görə, Azərbaycana təşəkkür edib: "Bu gün 134 milyon insanın humanitar yardıma müdafiəyə ehtiyacı var. İnsanların şəxsiyyət ləyaqəti, BMT-nin əsas qayəsidir. İnsanların sağlamlığığının müdafiəsi əsas prinsiplərdəndir. BMT-nin yeni planında davamlı inkişaf məsələləri öz əksini tapıb. Müxtəlif sahələrə nüfuz edərək sektorları özündə cəmləyir. Təhsil əsas insan hüquq bazası, məqsədlərə çatmaq üçün əsas pillə, davamlı inkişafın mühüm tərkib hissəsidir. Dünyada 260 milyona yaxın uşaq hələ məktəbə getmir. 800 milyona yaxın uşaq ən fundamental qabiliyyətlərə malik olmayacaqlar. Buna səbəb münaqişələr olacaq. Biz bu minvalla hökumətlərə bunun üçün mühit gücləndirməyi təşviq etməli, hamı üçün keyfiyyətli təhsili təmin etməliyik. Təhsilin inkişafı müharibə Təbii fəlakətdən didərgin düşən insanlara təbliğ edilməlidir. Biz daha yaxşı dünya üçün çalışmalıyıq. Təhsilin gələcəyə təsirini düşünməliyik. Bu, yoxsulluğun azalmasına rəvac verəcək. İnsanlar arasında ünsiyyətin, əl çatan resurslardan maksimum faydalanmağa geniş imkanlar açacaq. Burada insan potensialını gücləndirməliyik. Nəticələrə əsaslanan məsələlərə yer ayrımalıyıq. Artıq biz sıra ölkələrdə tədqiqat nəticəsində yaradıcı kapital ən mühüm dəyərə çevrilib. 2030 proqramında bu mühüm məsələ kimi ortaya qoyulub. Davamlı inkişaf naminə insanların, ölkələri buna uyğunlaşmalı, bilik, bacarıq, qabiliyyət kimi dəyərlərinin gələcəkdə töhfə verməsinə şərait yaratmalıyıq".

Küveyt dövlətinin İslam Xeyriyyə Təşkilatının sədri Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdulla Matuqu Foruma görə. Azərbaycana dərin təşəkkürümü ifadə edib: "Beynəlxalq şəxslərin bur araya toplanması çox vacibdir. Təşkilatımız təbii fəlakətlərdən əziyyət çəkən insanlara kömək edirik. Bu fəaliyyət əsasən beynəlxalq təşkilatla birgə həyata keçiririk. Xüsusilə də təhsil, səhiyyə və digər sahələrdə bağll birgə proqramlar həyata keçiririk. Küveyt dövləti Suriya ilə bağlı xeyriyyə tədbirlə həyata keçirib, onların ağrı acılarını az da olsa azalmasına çalışıb. Bundan başqa Küveytin himayəsi altında keçirilən tədbirlərdə toplanan maliyyə Suriyaya yönəldilib. Biz dünya ictimaiyyəti olaraq münaqişələrin qarşısının alınması istiqamətində çalışmalıyıq. Biz bir birimizə dəstək olub, həll yollarını araşdırmalıyıq. Habelə biz xeyriyyə fəaliyyətin əhatə dairəsini genişləndirilməliyik Küveyt təhsil dərsliklərinə xeytiyəçiliklə bağlı fənn salıb. Xalqımızın bu işə verdiyi böyük önəmin bariz nümunəsidir. Şübhə yoxdur ki, təhsil sahəsində xeyriyyəçiliyin həyata keçirilməsi mühümdür. Həmçinin gənclərin bu sahə ilə bağlı proqramlara cəlb olunması bu işə öz töhfəsini verə bilir. Aparılan təcrübələr sübut edir ki könüllü fəaliyyət təkcə yardımla kifayətlənmir, bu elə bir mənəvi davranışdır ki həmrəylik baxımından mühümdür. Xeyriyyəçilik İslamın məqsədlərindən biridir. Biz övladlarımızı bu dəyərlərə sövq etməliyik".

 

Xalq Cəbhəsi.- 2018.- 26 oktyabr.- S.3.