“Türk dünyasının ortaq dili – naxışlar” mövzusunda simpozium
Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində üçüncü
“Türk dünyasının
ortaq dili – naxışlar” mövzusunda
beynəlxalq simpozium işə başlayıb. Simpozium
Mədəniyyət Nazirliyi,
Yunus Əmrə İnstitutu, UNESCO üzrə
Azərbaycan Respublikasının
Milli Komissiyası,
MDB-nin iştirakçısı
olan ölkələrin
Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək
simpoziumun əhəmiyyətindən
danışıb. Deyib ki, bu il ölkəmizdə
üçüncü dəfə
təşkil edilən
simpoziumun coğrafiyası
olduqca genişdir. Belə ki, simpoziumda türkdilli ölkələrlə
yanaşı, bir sıra digər ölkələrdən də
aparıcı tədqiqatçılar,
kolleksiyaçılar, xalçaçı
rəssamlar və bu sahə üzrə
ixtisaslaşmış mütəxəssislər
iştirak edirlər.
Belə ki, 22 ölkədən sənətşünaslar, rəssamlar,
moda sənayesi xadimləri də simpoziumun işinə töhfə verəcəklər.
Bildirib ki, simpoziumun
təşkilində məqsəd bu tədbir
vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının
araşdırılması sahəsində aparılan tədqiqat
işlərini daha da
genişləndirmək, xalqımızın öz
milli-mədəni dəyərlərinə olan
qayğı və diqqətini, bu sahədə
olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir.
“Keçə sənətindəki kəsişmə
nöqtələri” mövzusunda
keçirilən simpozium çərçivəsində
“Keçə sənəti müasir incəsənətdə”
və “Ənənəvi keçə sənəti” adlı sərgilərin
açılışı da nəzərdə
tutulur. Çıxış edən digər
natiqlər simpoziumun əhəmiyyətindən
və iştirakçı ölkələr arasında
qarışlıqlı əməkdaşlıq əlaqələrindəki
rolundan söz
açıblar.
Xalq Cəbhəsi.- 2018.- 26 oktyabr.-
S.15.