Balakəndə ikinci
Beynəlxalq Xurma Festivalı keçirilib
Balakəndə Beynəlxalq Xurma Festivalı start götürüb.
Festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak edirlər.
Festivalın rəsmi açılış mərasimi Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında baş tutub. Sonra qonaqlar parkın ərazisində xurma ağacları əkib, xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxaraq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olublar.
Parkda həmçinin xurmadan hazırlanan məhsulların – doşab və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunub, xurmaya aid ekspozisiyalar sərgilənib. Festivalda yerli folklor kollektivləri və idmançılar çıxış ediblər.
İştirakçılar “Balxurma”
Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun
Katex kəndində yerləşən meyvə
və giləmeyvələrin quru və
yarımquru emalı müəssisəsinə baş
çəkib,istehsal prosesi ilə də
tanış olublar.
Xalq Cəbhəsi.- 2018.- 30 oktyabr.-
S.16.