Güney azərbaycanlıların diasporunun ana dili uğrunda mübarizəsi

 

 

2-ci yazı

 

Daha bir analoji addım Hamburq Universitetinin əməkdaşı Nemət Rəhmatinin adı ilə bağlıdır. O, 1990-cı ildə universitetin türkologiya bölümündə Azərbaycan dili ədəbiyyatının tədrisinə başlamağa nail olmuşdu. N.Rəhmati universitetin türk əsilli alimi Qorqud Buğdayla birgəAzərbaycan dilinin qrammatikasıadlı vəsait hazırlamışdı.

Berlin Universitetinin əməkdaşı, sosioloq, Berlindəki Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin yaradıcısı Əhməd Yəzdani dil uğrunda fəal mübarizlərdən biri kimi qeyd olunmalıdır. O, güneyli mühacirləri bir yerə toplamaq üçün 1990-cı ildə BerlindəAzərbaycan klubuadlı bir mərkəzin açılmasının təşəbbüskarı kimi çıxış etmişdi. 1993-cü ilə qədər fəaliyyət göstərən klub Azərbaycan dili, mədəniyyəti, milli haqlar uğrunda mübarizə aparan qüvvələrin tez-tez toplaşdığı bu mövzularda çıxışların edildiyi, müzakirələrin aparıldığı bir yer idi. Ə.Yəzdani, Berlində yaşayan cənublu ədib, tənqidçi tədqiqatçı Məmmədəli Hüseyni digər cənublu milli-demokratlar həmin dövrdə azərbaycanlılar arasında milli-maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli rol oynamışdılar.

Güneyli mühacirlər Azərbaycan dilinin funksionallığının artırılması, bu dilin paniranist çevrələrin iddia etdiyi kimi, “məişət ya danışıq diliyox, daha çox inkişaf etmiş elmi, ədəbi-mədəni mətbu dili olmasının sübuta yetirilməsi yönündə ciddi fəaliyyət göstərirdilər. Yaşadıqları ölkələrin demokratik mühiti onlara bu işdə çox yardımçı olurdu. 1989-1990-cı illərdən etibarən cənubi azərbaycanlılar Avropanın əksər iri şəhərlərində (Berlin, Hamburq, Münhen, Amsterdam, Strasburq, Paris, Vyana, Cenevrə, Stokholm, Malmö, Oslo s.) yerli televiziya məkanlarının verdiyi imkanlardan istifadə edərəkAçıq kanal”da (“Offener kanal”) radio televiziya verilişləri hazırlamağa başlamışdılar. Bu verilişlərin hamısı Azərbaycan türkcəsində idi. Orada Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi milli varlığı məsələlərindən bəhs olunurdu.

Mədəni tədbirlər çərçivəsində atılan növbəti mühüm addım Azərbaycan mədəniyyət mərkəzlərinin birgə keçirdiyi birinci beynəlxalq qurultay oldu. Bu tədbir Türkiyənin İstanbul şəhərində 3-6 noyabr 1990-cı il tarixində keçirilmişdi. Qurultayda Berlindəki Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, mahir fırça ustası İbrahim Əhrari, İsveçrə radiosunda Azərbaycan dilində efirə gedən verilişin əməkdaşı Əlirza Ərdəbili, İngiltərənin Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, İsveçdəki (Stokholm) Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Heydər Qaraçal, İspaniyadakıAzərbaycanın Dostlarıcəmiyyətinin rəhbəri Cəlal Ərkin, Norveçdəki cəmiyyətin sədri Kamil Şüai, FransadakıAzərbaycanda demokratiya insan hüquqları cəmiy-yətinin sədri Haidə Bornak başqaları Cənubi Azərbaycandakı vəziyyəti geniş şərh etmiş, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların əlaqələrini asanlaşdırmaq üçün vahid əlifbanın yaradılması ideyasını irəli sürmüşdülər. Növbəti belə tədbir İstanbul Kültür Ocağının 23 oktyabr 1994-cü ildə keçirilmiş Güney Azərbaycanda ana dili fars şovinistlərinin zorakılıq siyasətinin müzakirəsinə həsr edilmiş qurultayı oldu.

Xatırladaq ki, Almaniyanın birləşməsi, Sovet imperiyasının dağılması, 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki milli-azadlıq hərəkatı, Azərbaycanın Güneyi ilə Quzeyi arasındakı sərhədlərin yandırılması nəhayət, Şimali Azərbaycanın yenidən müstəqillik qazanması adı yuxarıda çəkilən cəmiyyətlərin milli mübarizəni siyasi müstəviyə keçirməsinə rəvac verdi. Artıq AlmaniyadakıAzərbaycan kültür ocağıbeynəlxalq təşkilatlara göndərdiyi məktublarda, radio, televiziya verilişlərində s. aksiyalarda siyasi məsələlər qoyurdu. Bu qurum 1991-ci ilin yanvarında BMT baş katibinə göndərdiyi məktubda millətlərin öz müqəddəratını təyinetmə haqqının Güney Azərbaycan xalqı üçün icra olunmasını xahiş etmişdi. Həmin ilin may ayında eyni məzmunlu məktublar insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq qurumlara da ünvanlanmışdı. Məktublarda da beynəlxalq təşkilatların Cənubi Azərbaycanda insan haqlarının pozulmasına biganə münasibəti belə ifadə olunmuşdu: “Güney Azərbaycanda 12 milyon azərbaycanlının öz fikrini azad bəyan etməsi bir yana qalsın, Tehran hakimiyyəti Azərbaycan məktəblərində rəsmi dairələrdə Azərbaycan dilində yazıb, oxumaq danışmağı da yasaq etmişdir. Təəssüf ki, bu günə qədər insan haqlarını qoruma təşkilatları tərəfindən bu məsələyə heç bir reaksiya göstərilməyib”.

Adı çəkilən təşkilatlar 1992-ci ilə qədər ana dilində məktəblərin açılmasını tələb edirdisə, 90-cı illərin əvvəllərindən bu tələblər daha geniş şəkildə qoyulmağa başlandı. Məsələn, “Ana diliqəzetinin baş redaktoru Nurəddin QərəviAmerikanın səsiradiosuna verdiyi müsahibəsində bildirirdi: “Bəli, Azərbaycan məsələsi təkcə bir-iki saat ana dilində oxumaq deyildir. Azərbaycan xalqının davası öz müqəddəratını təyin etmək davasıdır. Bu müqəddəratın içində fars dili ikinci bir dil olaraq qala bilər”.

Xaricdəki güneyli milli-demokratik qüvvələr düşərgəsində iki böyük ideya cərəyanı var idi: radikal yönümlülər federalistlər. Lakin bu fraksiyaların milli məsələnin həllinə münasibətinin araşdırılan zaman bölümündə həm Quzey Azərbaycan, həm Güney Azərbaycandakı ictimai-siyasi atmosfer proseslərdən asılı olaraq tez-tez dəyişməsi müşahidə olunurdu. Azərbaycan dili məsələsinin qabardılması da mühacirətdəki cənublu milli-demokratların fəaliyyətində bəzən digər problemlərin fonunda aktual məsələ kimi dayanmır, arxa plana keçir, bəzən bu məsələyə ən vacib bir mövzu kimi qayıdılırdı.

Radikal xətt tərəfdarı olan “Ana diliqəzeti onun rəhbəri Nurəddin Qərəvi yuxarıda qeyd etdiyimiz kimi mübarizə hədəflərinə görə 90-cı illərin əvvəllərindən etibarən birinci ideya cərəyanına daxil edilməlidir: “Bizim ana davamız təkcə dil deyil, bizim davamız daha böyük, daha əsaslı davadır, o da müstəmlə¬kədən qurtulmaqdır. Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, Azərbaycan Demokrat Firqəsinin sədri Ə.Lahrudi kimilər isə nisbətən mülayim xətt tərəfdarı olaraq ikinci qrupa aid edilə bilər. Qulamrza Səbri Təbrizi milli məsələnin həlli barədə qeyd edirdi: “Azərbaycan belə bir şəraitdə Güneydə özünün müstəqilliyini elan edə bilməz. Bu, bir günün işi deyil. Bunu mərhələ-mərhələ etmək, ən başlıcası isə xalqı bu tarixi hadisəyə hazırlamaq gərəkdir. İbtidai məktəblərdə ana dilinin tədrisinə nail ola bilmiriksə, ana dilində qəzet dərgilər buraxmaq, kitab nəşr etmək yasaqdırsa, kəndlərimizin səksən faizi savadsızdırsa, müstəqillikdən danışmaq çətindir”.

XX əsrin 90-cı illərində Amerikanın müxtəlif şəhərlərində - Los-Anceles şəhərindəAzərbaycan”, “Əlifba”, “Beynəlxalq Azərbaycan”, Vaşinqton şəhərində “Reform”, “Dirilik”, “The turkish world”, Sietl şəhərindəBabilon Azerbaijan” s. jurnallar nəşr olunurdu. Kanadanın Montreal şəhərindəİldırımdərgisi (1998), TorontodaQurtuluşjurnalı (1996) nəşr olunurdu. Avropada digər ölkələrdəAydınlıq”, “Odlar ölkəsi” (İngiltərə), “Qürbət”, “Azərbaycan” (İsveç), “SəhəndÇiçək” (Stohkolm), “Ana dili”, “Savalan”, “Qaynarca” (Almaniya), “Xəzər”, “Azərbaycan türkləri” (Türkiyə), “Dədə Qorqud” (İspaniya), “Yurd” (İraq) kimi jurnal qəzetlər fəaliyyət göstərirdi ki, adları çəkilən dövri nəşrlər 1990-cı illərin sonlarından güclənməyə başlayan milli oyanış hərəkatı, bu hərəkata qarşı çıxan fars şovinizmi ilə qanlı toqquşmalar haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır, “Yaşasın xalqımızın azadlıq, birlik, müstəqillik, özçülük bağlısızlıq savaşı”, “Yaşasın Azərbaycan xalqımız, torpağımız ana dilimizkimi şüarlar altında mübarizə aparırdılar. Diaspor mətbuatında dərc edilən, milli dil mədəniyyətin dirçəlişi üçün göstərilən səylərin təzahürü olan bir sıra məktub müraciətnamələr cənublu mühacirlər arasında milli özünüdərk prosesinin genişlənməsinin əyani sübutudur.

“Carçı” və “Azərbaycanın səsi” (Almaniya), “Xudafərin” (Polşa) kimi mətbu orqanlar bu yöndə mübarizə aparırdı. Altı xarici ölkədə - Polşa, Almaniya, Fransa, İngiltərə, Hollandiya, Belçikada yayımlanan ictimai-siyasi, ədəbi-bədii, elmi-kültüroloji dərgi olan “Xudafərin” hər hansı firqə, ictimai birlik mənafeyindən deyil, Vahid Azərbaycan ideyasından çıxış edirdi. 1995-ci ildən Almaniyanın Köln şəhərində nəşr olunanUlus” qəzetində milli qüvvələrin əsas məqsədinin Azərbaycan varlığının qoruyub düzgün tanıtdırmaq, türk Azərbaycan xalqının birliyinə, torpaq bütünlüyünə qarşı yönəlmiş düşüncələrə qarşı durmaq, müstəqillik uğrunda, işğalçı fars şovinizminə qarşı mübarizə aparmaqdan ibarət olduğu vurğulanıb.

Güneyli mühacirlər çoxsaylı ictimai-siyasi, milli-mədəni təşkilatların vasitəsilə İran daxilindəki Güney Azərbaycan milli hərəkatının bütün nüanslarını, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, dəstək nümayiş etdirirdilər. İsveçdə yaşayan cənublu mühacirlər 1996-cı ildə İranda baş verən etiraz aksiyaları ilə bağlı (İranda Məclis seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilən etiraz nümayişləri silahlı toqquşmalarla başa çatmışdı) iyunun 5-də İran səfirliyi qarşısında keçirdikləri mitinqdə bildiriş yaymışdılar. Bildirişdə həbs olunanların azad edilməsi tələbi ilə yanaşı bir sıra digər tələblər də irəli sürülürdü. 4-cü tələbdə Azərbaycan türkcəsinin rəsmi dil olaraq qəbul edilməsi məsələsi qaldırılırdı. Həmin sənədin 5-ci, 6-cı və 7-ci bəndlərində Güney Azərbaycandakı azərbaycanlıların öz müqəddəratını təyin etmə hüququnun tanınması tələbi irəli sürülürdü. Mühacirətdə olan Milli Müqavimət Şurası qeyd edilən hadisə ilə bağlı bəyanatında İran rejiminə Azərbaycan türklərinin hüquqlarının tapdanmasına qarşı qəti etirazını bildirmişdi.

 

Yeganə Hacıyeva

 

Xalq Cəbhəsi.- 2018.- 19 sentyabr.- S.14.