Saransk teatrı mövsümü
“Yeddi gözəl” baletinin
premyerası ilə açıb
Saransk şəhərindəki musiqili
teatr 83-cü mövsümü
böyük Azərbaycan
bəstəkarı, anadan
olmasının 100 illiyi
bu il həm
Azərbaycanda, həm
də Rusiyada qeyd edilən Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası ilə açıb.
Tamaşanın quruluşçu xoreoqrafı
Rusiyanın və Azərbaycanın Əməkdar
artisti, Rusiya Teatr Sənəti İnstitutunun professoru, vaxtilə bu əsərdə Şah Bəhram partiyasının
parlaq ifaçısı
olmuş Vitali Axundovdur.
Vitali Axundov Mordva teatrı ilə bir neçə il bundan
əvvəl də əməkdaşlıq edib.
Görkəmli Azərbaycan bəstəkarı
Fikrət Əmirovun
“Min bir gecə” tamaşası baletmeyster ilə bu teatrın
truppasının birgə
yaradıcılığının yekunu kimi teatrın
repertuarına daxil olub.
Balet tənqidçisi
Aleksandr Maksov dahi Nizaminin “Yeddi gözəl” poemasının motivləri
əsasında baletin librettosunun yeni redaksiyasını hazırlayıb. Tamaşanın səhnə tərtibatçısı
musiqili teatrın baş rəssamı
Vladimir Fursov, orijinal kostyumların müəllifi
Svetlana Tundavinadır.
Saransk teatrının bu tamaşasına Qara Qarayevin oğlu, bəstəkar Fərəc Qarayev “xeyir-dua verib”. O, Azərbaycan
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə musiqi materialının hazırlanmasını kömək
edib.
Yay aylarında
bu sevimli teatr üçün darıxmış tamaşaçılar
premyera günündə
salonu doldurmuşdular. Bir məqam
xüsusilə xoşagələndir
ki, tamaşaçıların
çoxu buraya əllərində gül
gəlmişdi. Qara Qarayevin
gözəl musiqisi Danila Serqaninin rəhbərliyi ilə teatrın orkestrinin ifasında təqdim edilib. Gözəl tamaşa, sevgidən,
insanlıq borcundan bəhs edən bu dramatik mövzu
zala toplaşanların
qəlbini riqqətə
gətirib. Azərbaycan baleti
Saransk tamaşaçılarının xoşuna gəlib. Onlar ifaçıları gül-çiçəklə,
alqışlarla mükafatlandırıblar.
Amma premyeranın az qala baş tutmayacağını
yalnız quruluşçular
bilirdi.
Vitali Axundov jurnalistlərlə söhbətində deyib:
“Yeddi gözəl” mənim ən sevimli tamaşamdır. Vaxtilə bu əsərdə əsas partiyanı ifa edəndə də belə olub, indi, quruluşçu
xoreoqraf kimi işləyəndə də.
Burada həm ifa texnikası,
həm emosiyalar, həm də aktyor məharəti yerindədir. Bu baletə quruluş vermək üçün
dəvət olunmağım
mənə ikiqat xoş təsir bağışladı. Mordva teatrının
truppası ilə çoxdan tanışam, bu artistlərlə işləmək mənim
üçün asan oldu. Onlar şərq hərəkətlərinin,
şərq əllərinin,
şərq plastikasının
nə olduğunu bilirlər”.
Balet tənqidçisi Aleksandr Maksov deyib: “Ümidvaram ki, Saransk tamaşaçıları bu baletdən məmnun olacaqlar.
İndi, Sovet
İttifaqı dağılandan sonra bütün insani əlaqələr
və yaradıcılıq əlaqələri zəifləyir,
ölkələr bir-biri ilə münasibətləri
ayırd etməyə çalışır. Bizim vəzifəmiz ölkələr
arasında, Rusiya ilə Azərbaycan
arasında, Saransk ilə Bakı
arasında mədəni əlaqələri dəstəkləməkdir”.
Xalq Cəbhəsi.- 2018.- 22 sentyabr.-
S.16.