Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib

 

 

Sentyabrın 21-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Bəstəkarlar İttifaqının İdarə Heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə AYB-in sədri, Xalq yazıçısı Anarın Azərbaycan ədəbiyyatında müstəsna xidmətlərindən danışıb, onun musiqi tariximizdə əhəmiyyətli işlərini qeyd edib. Anarın ssenarisi quruluşçu rejissorluğu ilə lentə alınanUzun ömrün akkordlarıbədii-sənədli filminə toxunan Firəngiz Əlizadə bildirib ki, Azərbaycan kinematoqrafiyasında dahi Üzeyir bəyin obrazı ilk dəfə onun təşəbbüsü ilə ekranlara çıxıb: “Uzun ömrün akkordlarıfilminə qədər dahi Üzeyir bəyi portretlərdə rəsm əsərlərində görmüşük. Lakin ilk dəfə onun obrazını həmin filmdə seyr etdik. Bu film, həqiqətən çox lazımlı əvəzolunmazdır, Üzeyir bəyin yaradıcılığına böyük ehtiramın göstəricisidir. Bu səbəbdən biz - Bəstəkarlar İttifaqı olaraq yeni təsis etdiyimizÜzeyir Hacıbəylimedalının böyük yazıçımız Anara verilməsi barədə qərar qəbul etdik”.

Daha sonra Firəngiz ƏlizadəÜzeyir Hacıbəylimedalını AYB sədrinə təqdim edib.

Xalq yazıçısı Anar bu mükafatın onun üçün böyük önəm daşıdığını vurğulayaraq deyib: “Mən hər hansı bir əsəri yazandaya filmi çəkəndə onunvaxtsa mükafata layiq görüləcəyini düşünməmişəm. Ona görə də belə sürprizlər mənə ikiqat sevinc bəxş edir. Bu mükafatı Firəngiz xanım kimi dünya şöhrətli bəstəkar, xüsusən ölkəmizdə bu günlərdə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edirsə, bu sevincin ölçüsü daha da artır. Ü.Hacıbəyli bəstəkar, musiqiçi olmaqla yanaşı, həm də görkəmli yazıçı, qələm əhli idi. Bir Azərbaycan yazıçısı, dramaturqurejissoru kimi onun haqqında film çəkmək mənim üçün mənəvi borc idi. Ekran əsərinin Azərbaycanda sevilməsi məni xoşbəxt edir”.

 

Xalq Cəbhəsi.- 2018.- 22 sentyabr.- S.16.