İrəvan xanlığı Məhəmməd
xanın dövründə
2-ci yazı
Sultan sərhəddə yerləşən Axalsıq,
Qars, Bəyazid və digər paşalıqlara İrəvanı
müdafiə etmək
üçün hazır
olmaları haqqında
fərman göndərmişdi. Sultanın göstərişlərini
yerinə yetirən paşalar İrəvan xanı ilə əlaqə saxlayır və onu öz
tərəflərinə çəkmək
üçün müxtəlif
vədlər verirdilər.
Axalsıq hakimi Süleyman
paşa xüsusilə
fəal idi. O, İrəvanı rus- gürcü qüvvələrindən
müdafiə etmək
üçün Azərbaycan
xanlarını birliyə
çağırırdı. Onun İrəvan əhalisinə
və şəxsən
xanın özünə
yazdığı məktubları
bu baxımdan diqqətəlayiqdir. Süleyman
paşa 1784-cü il iyulun 10-da İrəvan əyanlarına
yazdığı məktubda
xalqı «müqəddəs
müharibə»yə təhrik
etməklə bildirirdi
ki, onlar lazım olduqda paşaların köməyinə
ümid edə bilərlər. Məktubda
yazılırdı: «Siz
mənim hörmətli
oğlumla (Məhəmməd
xanla-E.Q.) birləşərək
Azərbaycanın yeni
sipəhsaları, qardaşımız
Əhməd xanın sözü ilə hərəkət edin.... Mənim qardaşlarım
- İrəvan xalqı
yerli türklərdir:
əgər dininizi sədaqətlə müdafiə
etdiyinizə görə,
İrəvan qalasında
hər hansı şəxs sizə qarşı pis niyyətə düşərsə,
sizə kömək üçün biz birləşərik.
Sultan mənə, Qars, Van və Bəyazid paşalarına
İrəvan təhlükədə
olduğu vaxt onlara kömək etməyi əmr edib». Süleyman paşanın şəxsən
Məhəmməd xana
göndərdiyi digər
məktubunda ona və başqa Azərbaycan xanlarına göndərilən pul və hədiyyələrdən
bəhs edilirdi.
O, yazırdı: «Sizi
doğma oğlum hesab edərək həmişə əmin-amanlığınız
üçün çalışmışam.
Əlahəzrət hökmdarın fərmanı
və vəzir Həsənin məktubu əsasında Qapıçı
paşa (İbrahim Əfəndi-E.Q.) və Solakzadə Məhəmməd
Sal bəyin vasitəsilə
sizə və Azərbaycanın digər
xanlarına pul və hədiyyələr
göndərilib. Onları bu
yaxınlarda alacaqsınız.
Əgər siz bizim dövlətə sadiqsinizsə və bizimlə dostluq münasibətində olmaq
istəyirsinizsə, o zaman
ali Porta
(Osmanlı dövləti-E.Q.)
bundan xəbərdar olmalıdır. Siz nəinki bizim
sadiq bəndəmiz olacaqsınız, Sultanın
da sizə hörməti artacaq, əgər sözlərimə
inansanız, mənim də sizə qarşı məhəbbətim
artacaq, iltifatlı oğlum və dostum bu məktubu
gətirəni yubanmadan
göndərin».
Qars paşası
da Məhəmməd xana bu məzmunda
məktub göndərmişdi. Məktubda
deyilirdi: «Bizim şöhrətli hakimimiz
sizə və Azərbaycanın digər
xanlarına Qapıçı
paşa və Solakzadə Məhəmməd
Sal bəyin vasitəsilə
pul və hədiyyə göndərmişdi.
Tezliklə Axalsıq hakimi
Süleyman paşa vasitəsilə sizə çatdırılacaq. Allahın
köməyilə biz həmişə
sizinlə dost olacağıq.
Sizə nə xidmət lazımdırsa, əmr edin».
Bu yazıda tarix
üzrə fəlsəfə
doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə
bağlı araşdırmasını
təqdim edirik. Araşdırmada daha sonra bildirilir
ki, Osmanlı dövlətinin İrəvanda
fəallaşması II İraklinin
və onun havadarı olan Rusiyanın narahatlığına
səbəb olmuşdu.
İrəvanda baş verən
hadisələri diqqətlə
izləyən rus komandanlığı sultanın
fərmanından və
Axalsıq paşasının
fəaliyyətindən vaxtında
xəbər tuta bilmişdi. İrəvan
sarayında II İraklinin
tərəfdarları az deyildi. Yeni xanın gürcü olan anası Tiflis sarayı ilə əlaqə saxlayaraq İrəvanda olan hadisələri gizli surətdə oraya çatdırırdı. O, Mirzə Gürgeni gizlincə yanına çağırıraq sultanın
fərmanını göstərmiş,
Mirzə Gürgen isə fərmanı köçürərək Tiflisə
göndərmişdi. Mizə Gürgen
məktubunda II İrakliyə
İrəvanda Osmanlı
təsirinin gündən-günə
artdığını xəbər
vermişdi. Hətta o, II İrakliyə yalan və şişirdilmiş
məlumat göndərməklə
onu İrəvana hücuma təhrik edirdi. O, 1784-cü il iyulun 14-də Kartli-Kaxetiya çarına
göndərdiyi məktubda
həyəcanla yazırdı
ki, guya «Sultan qoşunla bura gəlib və Əhməd xanın adamını özü ilə gətirib ki, qalanı tutsun....Əgər dörd gün ərzində Qəmzəçəmənə
gəlməsəniz, qala
əlimizdən çıxacaq.
Əgər bu iş sizə çətindirsə, oğlanlarınızdan
birini göndərin, lakin yaxşı olar ki, özünüz
gələsiniz, onlar bunu eşidib dağılışarlar».
Bunu eşidən
II İrakli oğlu Yulionun başçılığı
ilə topla təchiz olunmuş 1500 nəfərlik qoşunu İrəvana göndərmək
qərarına gəlmişdı. Lakin nəzərdə
tutulan bu yürüş həyata keçmədi. Çünki Məhəmməd xan anası başda olmaqla II İrakli tərəfdarlarının səyi
nəticəsində 1784-cü ilin avqustunda Axalsıx hakimi Süleyman paşaya yazdığı məktubda
II İrakliyə xidmət
edəcəyini bildirmişdi.
Digər
tərəfdən İrəvan
xanı sultanın göndərdiyi hədiyyələri
qəbul etməmişdi.
Belə ki, sultan 1784-cü ilin payızında İbrahim Əfəndinin başçılığı
altında 60 nəfərdən
ibarət yeni nümayəndə heyətini
Cənubi Qafqaza göndərdi. İbrahim Əfəndi
Cənubi Qafqaza gələrkən sultan fərmanı
ilə yanaşı Azərbaycan xanlarına və Dağıstan hakimlərinə çoxlu
pul və hədiyyə gətirmişdi.
Lakin İrəvan xanı bu hədiyyələri qəbul etməmişdi.
Lakin buna baxmayaraq, İbrahim Əfəndinin Cənubi Qafqazdakı fəaliyyəti müvəffəqiyyətlə
nəticələndi. Osmanlı nümayəndəliyinin
Azərbaycanda apardığı
təbliğatı müəyyən
qədər öz bəhrəsini verdi.
Nəticədə Axalsıx şəhərində
Azərbaycanın bəzi
xanlıqlarının və
Dağıstan hakimlərinin
ittifaq bağlamasına
səbəb oldu.
Bunun ardınca irəvanlı Məhəmməd xan da Tiflisə göndərdiyi məbləğdən
tamamilə imtina etdi. Lakin bu Məhəmməd
xan üçün heç də asan başa gəlməmişdi. Anası başda
olmaqla bir qrup şəxsin Məhəmməd xanın
azyaşlı olmasından
istifadə edərək
Tiflis sarayı ilə
sıx əlaqə saxlaması sultan tərəfdarlarının
xoşuna gəlməmişdi.
Nəticədə Axalsıx hakimi
Süleyman paşanın
təhriki ilə Məhəmməd xana qarşı sui-qəsd hazırlanmışdı. S.D.Burnaşov 1785-ci il martın 17-də P.S.Potyomkinə yazdığı
məlumatda göstərirdi
ki, görkəmli İrəvan əyanlarından
Usmi bəy və onun oğlu
osmanlıların təhriki
ilə xanı öldürmək qərarına
gəlmişdi. Lakin bu
sui-qəsdin üstü
vaxtında açılmışdı.
Usmi bəy qaça bilsə də, Qars sərhəddində həbs edilərək oğlu ilə həbsxanaya salınmışdı. Tezliklə İrəvan xanlığı Xoy xanlığının təsirinə düşdü. Sultan rus-gürcü qüvvələrinin qarşısını almaq üçün Azərbaycan xanlarından Xoylu Əhməd xanın qüvvəsinə daha çox güvənirdi. Qeyd etmək lazımdır ki, XVIII əsrin 80-ci illərin əvvəllərində Əhməd xan Xoylu (1763-1786) Urmiya, Təbriz, Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarını özünə tabe etmək üçün mübarizə aparırdı. Əhməd xan zirək siyasətilə, xüsusilə sultan tərəfindən Azərbaycan sipəhsaları adlandırıldıqdan sonra böyük hörmətə, şöhrətə və nüfuza malik idi. O, çar İraklinin gizli düşməni idi. Rus komandanlığı onun nüfuz sahibi olduğunu görərək Əhməd xanı öz tərəfinə çəkmək istəyirdi. Georgievsk müqaviləsindən sonra knyaz Apraksin vasitəsilə ona fərman və hədiyyələr göndərilmişdi. Əhməd xan rus-gürcü qüvvələrindən ehtiyat edərək əvvəl bu fərmana müsbət cavab vermişdi. Hətta 1784-cü ilin iyulunda knyaz Q.Potyomkin buna cavab olaraq xandan xahişnamə göndərməsini xahiş etmişdi. «Lakin Osmanlı dövlətinin bölgədə fəallaşması (İbrahim Əfəndinin başçılığı ilə nümayəndə heyəti-E.Q.), Azərbaycan xanlarını rus-gürcü qüvvələrinə qarşı birləşmək çağrışı bu planı pozdu. Sultan Əhməd xana sərəsgər rütbəsi verib, Azərbaycana rəhbərlik etməyi xahiş etmişdi. Osmanlı dövlətinin köməyinə arxalanan Əhməd xan Rusiya ilə danışıqları kəsir».
Həqiqətən sultan güclü Xoy xanına böyük ümid bəsləyirdi. Sultan fərmanlarında Azərbaycan xanlarından rus-gürcü qüvvələrinin İrəvan qalasına yürüşünün qarşısını almaq üçün Əhməd xan Dünbülünün başçılığı ilə birgə mübarizəyə girişməyi tapşırmışdı. Sultan Əbdül Həmid İrəvan xanına göndərdiyi məktubda yazırdı ki, «..yaşca böyük olan və ləyaqətli Xoy xanına sipəhsalar rütbəsi verib, bütün xanlara fərman verərək bildirmişik ki, bizim paşa və vəzirlərə İraklinin hərəkətləri barədə xəbər versinlər”.
Xoylu Əhməd xan Məhəmməd xanın hakimiyyətinin ilk günlərindən xanlığın daxili işlərinə müdaxilə etməyə başlamışdı. Əgər o, əvvəllər II İrakli və onun havadan olan Rusiyadan ehtiyat edərək İrəvanın daxili işlərinə açıq-açığına qarışmaqdan çəkinirdisə, artıq bu işdə özünə arxa tapmışdı. Xoylu Əhməd xan bacarıqlı sərkərdə olmaqla bərəbər, güclü qoşuna malik idi. Digər tərəfdən, o, Axalsıx hakimi Süleyman paşa ilə qohum idi və paşa lazım olduqda hərbi cəhətdən ona kömək edirdi. Bundan əlavə, Əhməd xan Qaradağ və Naxçıvan xanları ilə müttəfiq idi. O, həm də İran taxtı uğranda mübarizə aparan Ağa Məhəmməd xan Qacarla dostluq edirdi. Ən başlıcası isə Xoy xanı Osmanlı dövlətinə arxalanırdı. Başı qonşu xanlıqları özünə tabe etməyə çalışan Əhməd xan yalnız 1785-ci ildə İrəvanda möhkəmlənmək arzusunu reallaşdıra bildi. O, ilk növbədə «nikah diplomatiyası»ndan istifadə etməyi qərara aldı. Əhməd xanın mərhum Qulaməli xanla qohum olmaq cəhdi baş tutmasa da, Məhəmməd xanla bu niyyətini həyata keçirə bilmişdi. 1785-ci ilin yayında Əhməd xan özünün 30 yaşlı qızını 13 yaşlı Məhəmməd xana ərə verdi. Bu qohumluğu daha da möhkəmləndirmək üçün Əhməd xan Məhəmməd xanın bacısı ilə evləndi.
Məhəmməd xanın az yaşlı olmasından istifadə edən Əhməd xan qızı vasitəsilə İrəvanda hakimiyyəti idarə etməyə başladı. Xoy xanı İrəvanda mövqeyini daha da möhkəmləndirmək üçün gizli agentini, hərəmağası Ağahüseyni oraya göndərdi. O, İrəvan sarayında Xoy xanının mənafeyinə uyğun siyasət aparmalı idi. Tezliklə, hərəmağası İrəvan sarayında böyük nüfuz sahibi oldu. Hətta o, Məhəmməd xanın etimadını da qazana bilmişdi. İş o yerə çatır ki, Ağahüseyn xanın vəziri təyin olunur. Onun vəzir təyin olunması ilə İrəvanın əldən çıxacağından ehtiyat edən Kartli-Kaxetiya çarı Ağahüseyni oradan uzaqlaşdırmaq üçün hiyləyə əl atdı. O, müxtəlif bəhanələrlə Ağahüseyni Tiflisə dəvət edir. Lakin onun bu niyyəti baş tutmadı. Vəzirliyi ələ keçirməklə böyük səlahiyyət qazanan Ağahüseyn Xoy xanının mənafeyinə uyğun siyasət yeritməyə başladı. Nəticədə, İrəvan xanlığı Xoy xanından asılı vəziyyətə düşdü.
Rusiyanın Kartli-Kaxetiya sarayındakı nümayəndəsi S.D.Burnaşov 1785-ci il avqustun 9-da mərkəzə göndərdiyi məlumatda yazırdı ki, «İrəvan İraklidən daha çox 30 yaşlı qızını 11 yaşlı (13 - E.Q.) İrəvan xanına ərə verən Əhməd xanın hakimiyyəti altındadır. O, (Əhməd xanın qızı - E.Q.) hərəmağası Ağahüseynlə birlikdə İrəvan qalasına sahib olaraq bütün xanlığı idarə edirdi. Onlar Əhməd xanın təhriki ilə II İrakliyə bir daha vergi ödəmir». Bu vəziyyət sultanı da qane edirdi. Lakin yeni vəzirin siyasəti yerli əyanları qane etmədi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 25
sentyabr.- S.13.