XX əsrin əvvəllərində Azərbaycanda siyasi hərəkatlar

 

 

2-ci yazı

 

1904-cü ilin payızında Bakıda yaradılan “Hümmət” qrupundan söz açmaq istəyirik. Osmanlı dövlətinin tarixində böyük rol oynayanİttihad və Tərəqqi” partiyasının ilk özəyini təşkil edən “İttihadi Osmani cəmiyyəti” (1892) adı ilə yaradılan təşkilatın beş qurucusundan ikisi Azərbaycan türküdür. Ohrili İbrahim Tema, harputlu Abdulla Cevdət, qafqazlı Rəşid, diyarbakırlı İshak Sükuti və bakılı Çəmənzadə Əli (sonradan məşhur olan Əli bəy Hüseynzadə) (Təhsin Dəmiray. Türkiyədə son 50 ildə daxili siyasət. İstanbul, 1955, səh. 4).

Bakıda “Hümmət” qrupun yaradılması haqqında Azərbaycanın siyasi tarixində verilən məlumatlar bir-birinə ziddir. Əvvəlcə Azərbaycan azadlıq mübarizəsində böyük əmək sərf edən və həyatının sonuna qədər bu mübarizədən əl çəkməyən Məhəmməd Əmin Rəsulzadəni dinləyək. 1954-cü ildə “Dünya” qəzetində “Stalinlə ihtilal” başlığı ilə xatirələrini dərc etdirən M.Ə.Rəsulzadə Bakıda (1903) rus sosial-demokrat partiyası daxilindəki bolşevikmenşevik axımından söz açaraq yazır: “...Müxtəlif millətlərin oxuduğu rus letseylərində və digər orta məktəblərdə azərtürk şagirdlərindən ibarət gizli bir dərnək vardı...” (“Dünya” qəzeti, 1954-cü il 23 may). Dərnəyin “Hümmət” adlı bir jurnalı vardı. Bolşeviklər və menşeviklər bizim dərnəyi ələ almaq istəyirdilər. Bolşevik fraksiyası Tiflisə nisbətən Bakıda daha qüvvətli idi. Bolşevik fraksiyasına Koba adlı birisinin rəhbərlik etdiyini eşitmişdim”.

M.Ə.Rəsulzadə sonra yazır ki, “Mən Koba ilə Balaxanıda bir fəhlənin evində tanış oldum”.

M.Əmin bəy o dövrdə bolşeviklərlə birgə çalışdığını gizli saxlayır və sözlərinə belə davam edir: “İnqilabi mühitdə, yəni bolşevikmenşevik mühitində “Təkamül” qəzetini mən təmsil edirdim. Bir toplantıda “Milli müxalifət” cərəyanının taktikasını bolşevik mövqeyindən üstün tutan bir ifadə işlətdim. Rus dilini zəif bilir, - deyə menşevik Vışinski məni tənqid etdi. Stalin isə məni müdafiə edərək dedi: “Yoldaş Vışinski, əgər sən türkcə danışsan, Rəsulzadədən yaxşımı danışacaqsan? Toplantıya Stalin rəhbərlik edirdi” (“Dünya” qəzeti, 1954-cü il 24 may). M.Ə.Rəsulzadə bu yazısında o dövrdə özünü Azərbaycanda olan milli müxalifətin, Bakıdakı bolşevik və menşeviklərə isə “Təkamül” qəzetinin nümayəndəsi kimi göstərir.

Əmin bəy “Hümmət” təşkilatını yaradır və bu təşkilatın eyni adlı qəzeti də nəşr olunur. Beləliklə, “Hümmət” təşkilatı bolşeviklərin azərtürk bölməsini təşkil edirdi. Əmin bəyin yazdığına görə, bu təşkilatı özü yaratmışdı. Qeyd etdiyimiz kimi, bolşevik və menşeviklərə “Təkamül” qəzetinin nümayəndəsi olduğunu söyləyirdi, çünki bu qəzet tam mənasıyla sosialist qəzeti idi. Sonradan Əmin bəy “Dünya” qəzetində dərc etdirdiyi “Stalinlə ihtilal” adlı xatirəsində bütün bu hadisələri qələmə alır.

“Hümmət” təşkilatının yaradılması “Azərbaycan ədəbiyyatı tarixi” kitabında belə qeyd edilir: “1904-cü ilin payızında Bakı komitəsinin nəzdində sonradan təşkilat şəkli alan Azərbaycan sosial-demokrat “Hümmət” təşkilatı yarandı. “Hümmət” təşkilatında Stalin, N.Nərimanov, S.M.Əfəndiyev, M.Əzizbəyov, A.Caparidzebaşqa bolşeviklər fəaliyyət göstərirdilər” (Azərbaycan ədəbiyyatı tarixi. II cild, səh. 359).

“Azərbaycan tarixi”ndə isə belə deyilir: “Qeyd etmək lazımdır ki, Bakı mədən fəhlələrinin böyük faizini türklər və iranlılar (Cənubi Azərbaycandan gələnlər) təşkil edirdilər. Müsəlmanlar arasında aparmaq məqsədilə Bakı komitəsi tərəfindən 1904-cü ildə “Hümmət” adlanan təşkilat yaradıldı”. “Azərbaycan tarixibundan sonra “Hümmət” təşkilatının yaradıcıları arasında Azərbaycanın siyasi tarixində məşhur olmayan adlar qeyd edir. N.Nərimanov ilə M.Əzizbəyovun sonralar, 1905-ci ildə bu təşkilata daxil olduqlarını yazır. Yuxarıda qeyd olunan “Azərbaycan ədəbiyyatı tarixi” 1960-cı ildə, “Azərbaycan tarixi” isə 1964-cü ildə nəşr edilib. Bu kitabların heç biri M.Ə.Rəsulzadənin “Hümmət” təşkilatının yaradılmasında oynadığı başlıca roldan söz açmır.

Bütün dünya bilir ki, Sovet İttifaqında görkəmli şəxslərin xidmətləri saxtalaşdırılır. Həqiqət belədir ki, “Hümmət” təşkilatının yaradılmasında M.Ə.Rəsulzadə və Stalin əsas rol oynayıblar. M.Ə.Rəsulzadə 1905-ci il inqilabından sonra, 1909-cu ildə başlayan İran inqilabında da “Hümmət” təşkilatının fəal nümayəndəsi kimi iştirak edir. Bütün bu hadisələr M.Ə.Rəsulzadənin Azərbaycan tarixindəki oynadığı rolu kölgədə qoya bilməz. Qeyd etmək lazımdır ki, “Hümmət” Azərbaycanda yaranan ilk türk siyasi təşkilatı olub.

 

Millət olma gerçəyi

 

Ortakiçik burjuaziya olan, sayı minə çatan toptançı və pərakəndəçi tacirlər Azərbaycanın bütün vilayət və qəzalarını əhatə etmişdi. Onlar Azərbaycanın idxalat və ixracatında mal toplamaqsatmaq yolunda çox əhəmiyyətli rol oynayırdılar. Bu tacirlər təkcə Azərbaycanda deyil, Tiflis və İrəvan ticarətində də önəmli yer tuturdular. Kənd təsərrüfatında çalışan varlı əkinçilər yetişmişdi və ölkəni kənd təsərrüfatında istehsalçı və yetişdirici kimi hörmətli yerləri vardı. Beləliklə, bu dövrdə Azərbaycanda sənaye və ticarət həyatı Qərb anlamında kapitalizm çığırına girmiş və olduqca irəliləmişdi. Azərbaycanda xanlıq dövründən qalma təkbaşına toplum münasibəti yerinə, xalqı və toplumun müxtəlif siniflərini bir-birinə bağlayan, birləşdirən ticarət və şəhər həyatı meydana gəlmiş, feodal rejimi əhvali-ruhiyyəsi ilə birlikdə ortadan yox olmuşdu.

Bakı-Batumi dəmir yolu, neft borusu xətti, dəmir yollarının keçdiyi ərazilərdə yerləşən ixracatidxalat işlərində çox yer tutan vağzallardakı fabrikemalatxanalar və Rusiyanın dərinliklərinə uzanan dəmir yolu Azərbaycan türklərini ticarət üçün Rusiyanın sənayeləşən mərkəzlərinə doğru apardığı kimi, Qərbi Avropaya da çəkib aparırdı. Bu münasibətlər xalqımızın dünya görüşündə çox böyük rol oynayırdı. Azərbaycan burjuaziyası yüksəlməkdə və irəliləməkdə olan kapitalizm çağında ticarətdə rəqabətin öhdəsindən gəlməyi, yeni texnikaya yiyələnmək, yaradıcı potensiala malik olmaqla mümkün olacağını qismən şüurlu şəkildə, qismən də tarixin seyrinə ayaqlaşaraq dərk etməyə və anlamağa başlamışdı. Fəqət, Azərbaycan Rusiyanın müstəmləkəsi olduğu üçün çarlıq rejimi Azərbaycanın sənayesinin və ticarətinin inkişafına mane olmağa çalışmasına baxmayaraq azərbaycanlı kapitalistlər bir tərəfdən çarlıq rejiminin maneələrini aradan qaldırmağa, digər tərəfdən də kapitalist rəqabəti meydanında neftdaxil olmaqla sənayenin bütün sahələrində vətənində özünəlayiq yer tutmağa çalışırdı. Bir tərəfdən də Azərbaycan milli burjuaziyası yalnız xalqın ancaq sərvətilə var olmayacağını, milli mədəniyyətsiz sərvətini və ticarətini inkişaf etdirə bilməyəcəyini tarixin gedişindən mütəfəkkir və uzaqgörənlərin təsirilə anlamışdı. Millət və toplum həyatının milli mədəniyyətə və milli məktəbə, milli teatra və səhnəyə, mətbuata, xülasə, daha çox mənəvi və əxlaqi quruluşlara ehtiyacı olduğunu hiss etmiş və öyrənmişdi.

Bundan başqa, öz vətənindən, öz torpağından çıxan neft, metal, kənd təsərrüfatı məhsulları və başqa sərvətlərin özlərinə və xalqına aid olduğunu və bunları yabançı imperialist dövlətlərin, kapitalistlərin qarət etdiklərini görürbaşa düşürdü. 1888-1890-cı illərdə çarlığın göstərdiyi təzyiqə baxmayaraq dərc olunan “Kəşkül” qəzetində belə bir yazı oxuyuruq: “İndi bizdə daha böyük sərmayə sahibi zadlar vardır, təcrübəli və hüşyar olanlarımız da az deyildir. Etiqadetibar lillahül-hamd (Allaha şükür) meyanında bərqərardır ki, bu hal ilə belə məmləkətimizdən və məmləkətimizə qarışan hissələrdən bu gün hər millət kompaniyaları fayda təmin eyləməyə girişməkdə ikən, bizim sərmayədar olan tacirlərimizin kənardan tamaşa eyləyib bir-birindən ayrı-ayrı durmalarına təəssüf eyləməmək olmur. Diqqət buyurulsun...” (Azərbaycan tarixi. II cild, səh. 275).

Bu yazıda açıq deyilir ki, ruslar, ermənilər, qərbi avropalılar Azərbaycanın sərvətini soyub-talayır və istədikləri kimi xalqımızı, ölkəmizi qarət edirlər, biztamaşa edirik. Həmin yazıda Azərbaycanda ilk milliyyətçilik ruhunun doğduğunu görürük. Qərbi Avropada kapitalizm dövrü, milliyyətçilik siyasi cərəyanının doğulduğu dövrü sayılır. Avropada millətlərin siyasiiqtisadi rəqabəti gömrük hududları milliyyətçilik siyasi fikir cərəyanı hərəkəti olaraq meydana gəlmişdi. Beləliklə, milli sərmayələrinə kənardan gələn sərmayə ilə rəqabətetmə imkanını təmin etmişdilər. Azərbaycanda isə çarlığın minbir badalaq vurmasına və maneələr yaratmasına baxmayaraq, tarixin seyri ilə çətin mübarizələrdə meydan gələn Azərbaycanın milli kapitalistləri də bu ticarət rəqabətində özlərinin və xalqının qarət olunduğunu və müstəmləkə şəklində idarə edildiklərini dərk edirdilər. Bax, bu idrakşüur içərisində Azərbaycan yerli kapitalistinin himayəsində Azərbaycan mədəniyyəti, kültürü, mətbuatı, səhnəsi, ədəbiyyatı, texnikibaşqa müasir cəmiyyətləri meydana gələcəkdi.

Deməli, tarix özü buna şərait yaradırdı, yoxsa Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlu Fransadan, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə İstanbuldan gətirdiyi düşüncəsi yanlışdır. Şəraitin yetişmədiyi bir zamanda kənardan heç kim, heç bir fikri gətirib toplum həyatına yerləşdirə bilməz. Köhnə Praqa universitetinin professorlarından olan S.Prokopoviç deyir ki: Kapitalizmin meydana çıxması və daxili gömrük maneələrinin ortadan çıxmasının ətrafında tranzit yollarının inkişaf etməsi, poçt, tək bir idarə rejimi, ticarət və sənaye hüququnun birləşdirilməsi, tək bir dil ehtiyacını gərəkli edir”... Bax, milliyyətçilik fikrinin doğuşu buradan gəlir.

Yeni doğan və bir-birinə dolaşdırılmış olan qarışıq kapitalist sənaye, ticarət və sosial həyat bütün həyatının başlaması ilə milli həyat da başlayıb. Bu səbəbdən alman sosializminin atalarından Otto Bauer deyir ki: “Millətin inkişaf səviyyəsi, istehsal və mülkiyyətin tarixi tərzini göstərməkdədir” (Otto Bauer anlamlarını və ehtiyaclarını ifadə edə biləcək tək bir dilin gərəkliyini hiss etdirib".

Oxucular bu müqayisəni çox səthi, marksistcə hesab edəcəklər. Marksizm ilə heç bir əlaqəsi olmayanbu ittihamdan kənar olan Yohannet milliyyət məsələsində iqtisadiyyatın heç bir rolu olmadığını iddia edən Renana qarşı belə deyir: Siyasi iqtisadiyyatı yaxşı oxuyub öyrənməyən və izah etməyən, xarici ticarət işlərində şəxsən iştirak etməyən şəxslərə milliyyət məsələsində söz söyləməyi qadağan etməlidir” (R.Yohannet. Le principe des nationalite. 1918-ci il).

 

ŞİŞLİ–İSTANBUL

28.05.1975

 

Hüseyn Baykara

 

 

Xalq Cəbhəsi.- 2018.- 27 sentyabr.- S.14.