Şeir haqqında düşüncələr...

 

Sözə sığal çəkmək, onu mənalandırmaq olduqca çətindir. Bu yolda hər kəs uğur qazana bilmir. Yalnız vergisi olan şəxslər müvəffəqiyyət əldə edir. Əsrdə bir dəfə yetişən belə insanlar dünya ədəbiyyatı üçün ölməz əsərlər miras qoyur. Bəşəriyyət belə əsərlərlə qaranlıqdan aydınlığa çıxıb. Həmin insanlar unudulmur. Unudulsa belə sözləri əbədi yaşayır. Tarix göstərir ki, qəhrəman və mütəfəkkirlər həmişə bizlədir. Burada şairlər xüsusi ilə fərqlənir. Şairliyin tarixi çox qədimdir. Onların əsər və şeirlərində böyük tarix var. Əsrlərin dərdi, qəmi, kədəri, sevinci, qubarı onların şeirlərində cəmlənib. Bu baxımdan əsrlər boyu poeziya insan taleyi üçün mühüm rol oynayıb.

Poeziyanın insan taleyi ilə yanaşı, insan ömrünə də misilsiz faydası var. Şeir bizə düzgün yol göstərib, haqqı nahaqqdan ayırıb, ədaləti üzə çıxarıb, qəmimizi azaldıb, yaşamı öyrədib, tərbiyəmizi zənginləşdirib, gözəlliyi sevdirib və təbiət-insan arasında qırılmaz tellər yaradıb. Xoş günümüz və dərdimiz poeziyasız keçməyib. Bir xalq olaraq poeziyanın dərin ənənələrinə malikik. “Şeirsiz həyat olmaz”, – desək bəlkəmdə yanılmarıq. Şeir ilhamdı, yenilikdi, haqq carçısıdır. Vaxtı ilə ilk dərsimizi şeirlə almışıq. Şeir döyünən, çırpınan ürəyin həyacanını kağıza köçürülməsidir. Şeir deyərkən göz önünə ilaham pərisi ilə yanaşı həyacanlı ürək gəlir. Şeir Göyün hökmünü Yerə çatdırır. Göylər istəyini şeirlə dilə gətirir.

Ümumiyyətlə, elmin milliyyəti, dini və sərhədi yoxdur. Elm ümmansız dənizdir. Bu sözləri poeziya üçün də demək olar. Poeziya insan təfəkkürünün nəzəri biliklərlə cilalanaraq kağıza köçməsidir. Şübhəsiz ki, şair vergili insandır. Günümüzdə çoxlu şair işıqlı dünyaya şeirlər bəxş edir. Bu müsbət hal olsada, bir tərəfdən də mənfi yükü ilə poeziyanı ağrılaşdırır. Belə şeirlərdə adətən poeziyada olan qayda-qanun qorunmur. Bəs, bu şeirlərə şeir demək olar? Əlbəttə, yox. Şeirdə söz, qafiyə, ritim, mənə olmalıdır. Bunlar qorunmayanda şeir öz funksiyasını itirir. Bir çox şair isə hal-hazırda nəzəri qanunlardan kənar şeir yazır. Həmin şeirlə şairlər bir çox zaman mötəbər tədbirlərdə çıxış edirlər. Buna yol vermək olmaz. İnsanları ən gözəl şeirlərdən uzaqlaşdırmaq yol verilməzdir. Zəif şeirlər oxucunu adətən yorurpoeziya eşqini söndürür. Çox zaman məişət dilini poeziyaya gətirməyə çalışırlar. Bu yol verilməzdir. Məişət dilindən poeziya olmaz. Belə şeirlər doğulan an ölürlər. Şübhəsiz ki, şeirin ana sütunlarını söz, qafiyə, ritim və məna kəsb edir. Bunlarsız dünyaya gələn şeirlər şikəst olur.

Şeir vahid bir nizamla yazılır. Nizamsız şeir, şeir deyil. Şeir o zaman daha çox oxunaqlı və sevilən olur ki, orada bəddi və fəlsəfi fikirlər öz əksini tapır. Oxucu şeirlə tanış olduqdan sonra oradan nəsə yeni bir fikir öyrənə bilir. Bu zaman şeir sevilən olur və şairlər oxucu auditoriyası qazanır. Əks təqdirdə belə şairlər ədəbiyyatda uzunömürlü yaşaya bilmirlər. Maraqlıdır ki, bəddi və fəlsəfi yük dedikdə nə nəzərdə tutulur? Öncə şeirin bədii yükündən danışaq. Bədii yük dedikdə ədəbiyyatda bədii ifadə vasitələri nəzərdə tutulur. Buraya epitet, təşbeh (bənzətmə), metafora (istiarə), metonimiya, simvol (rəmz), kinayə, bədii sual, bədii təzad, təkrir, mübaliğə, litota, inversiya və başqaları aiddir. Hər bir şair şeirlərində bunların qorunmasına nəzarət etməlidir. Bir çox zaman şairlərin yaradıcılığında bunlara rast gəlmək mümkünüdür. Buda şübhəsiz bədahətən şeir deyən şairlərin şeirlərində özünü daha çox büruzə verir. Ancaq şeirin bu cür bədii yükü həmin şairlərin əsərlərində nizamsızlıqla öz əksini tapır. Bu isə çox zaman həmin şairlərin şeirin bədii yükü haqqında biliyinin kasad olmasından irəli gəlir. Çox az-az rast gəlinən bədahətən şeir deyən şairlərin şeirlərində bədii yükün müfəssəl təsvirini görürük. Bu həmin şairlərin həm bədahətən şeir deməsindən, həm də şeirin bədii yükünü müfəssəl bilməyindən irəli gəlir.

Şeirin fəlsəfi yükü haqqında konkret bir nəzəri baxış yoxdur. Bu şairin yeni söz yaratma qabiliyyəti ilə daha çox bağlıdır. Və yaxud şairin atalar sözü və məsəlləri öz şeirində yerində işlətmək bacarığı ilə də ölçülə bilir. Bu baxımdan fəlsəfi yükdə şeirdə xüsusi bir məqam kəsb edir. Çünki hər bir şeir oxucuya nəsə bir yeni bilik çatdırır. Bu bilikləri şeirin ən çox bədii-fəlsəfi yükü çatdırır. Şairlərdə buna görə şeirlərində bədii-fəlsəfi yükün ağrılığına fikir verməlidirlər.

Şeirdə məzmun xüsusi yer tutur. Məzmunu qorunan şeirlər oxunaqlıdır. Hər bir şair bu məsələyə həssas yanaşmalıdır. Şeirin məzmunu tədqiqatın ilk cığırını təşkil edir. Poeziya incilərini təhlil edərkən daha çox məzmun baxımdan qruplaşdırılır. Məzmunsuz şeiri təsəvvür etmək olmaz. Şeir yazılarkən öncə onun məzmunu təyin olunur. Şeirin məzmunu müəllifin oxucuya çatdırmaq istədiyi əsas fikiri ifadə edir. Oxucu daha çox şeirin mahiyyətini dərk edərkən onun məzmununu nəzərdən keçirir. Çünki məzmun şeirin dərki nöqteyi-nəzərdən oxucuya yardımçı olur. Məzmunsuz yazılan şeirin ömrü olmur. Adətən belə şeirlər doğularkən ölür. Məzmun baxımdan yazılan şeirlərdə, bir-birindən fərqlənir. Biz bunu daha çox şairin dərin biliyinin olub-olmamasında görürük. Hansı şairin biliyi yüksəkdirsə, onun şeirləridə məzmun qorunur. Çox zaman biliyi qaneedici olmayan şairlərin şeirlərində məzmun pozulur. Xalq şairi dahi şairlərin şeirlərində məzmun qorunur. Ancaq el şairlərinin şeirlərində məzmunun pozulmasına tez-tez rast gəlirik. Şübhəsiz ki, bu həmin şairlərin təhsil mühiti mütaliəsinin zənginli ilə sıx bağlıdır. Şeirin məzmun baxımdan təhlili isə Ədəbiyyatın ayrıca tədqiq olunası bir sahəsidir.

Şeirdə məzmun müəyyənləşəndən sonra onun formasının təyin olunması olduqca mühüm məsələdir. Əksər şairlər burada səhv seçim edir. Bu isə öz növbəsində yeni doğulan şeirin ölmə məhkum edilməsi ilə sonuclanır. Şeirin forması da məzmun kimi həssas mövzudur. Bunları bilən əməl edən şairlərin şeirləri daha uzunömürlü olur. Formaya nisbətən məzmun ilkindir; müəllif əsəri yazmağa başlayarkən, ilk növbədə, hansı hadisə, fakt fikirləri çatdıracağı barədə düşünür. Yalnız bundan sonra yazacağı əsərin formasınıjanr, üslub s.-ni müəyyən edir. Eyni məzmunlu, lakin müxtəlif formalı əsərlər ola bilər. Eləcə eyni formalı, müxtəlif məzmunlu nümunələr vardır. Göründüyü kimi məzmun forma köklü sürətdə bir-birindən fərqlənir. Bunları eyniləşdirmək olmaz. Şeir ədəbiyyatın nəsr janrında yazılır. Buna gör nəsrdə olan bütün qayda-qanunlarqafiyə, misra, bölgü s. ölüçüləri forma kimi qəbul edilir. Çox zaman isə şairlər dərin bədii-fəlsəfi yüklü şeirlərini yazarkən forma janr məsələsində düzgün seçim edə bilmirlər. Belə ki, zəngin bədii-fəlsəfi yüklü ifadələri gəraylıda cəmləməyə çalışırlar. Bu addım bir çox zaman uğurlu olmur. Daha çox zəngin bədii-fəlsəfi yüklü ifadələr özünü 11, 12, 14 hecalı şeirlərdə müfəssəl əksi tapır. Bəzəndə bunun əksini görürük. 11, 12, 14 hecalı şeirlərdə əks olunan zəif bədii-fəlsəfi yüklü ifadələr özünü daha çox gəraylıda yaxud 7 hecalı şeirlərdə əksini tapır. Şairlər bu baxımdan şeirin məzmun forma cəhətlərinə diqqətlə yanaşmalıdırlar. İlhamla yazan şairlərdə bu meyarlara riayət etməlidir. Çünki şeirin yazılmasının öz nəzəri qaydaları var. Sərbəst şeirlər belə məzmun forma meyarlarına uyğun olaraq yazılır. Yəni onunda nəzəri yönümləri mövcuddur.

 

Mahmud Əyyub

 

Xalq Cəbhəsi.- 2017.- 6 yanvar.- S.14.