“Azərbaycanın ənənələrə söykənən
dövlət olduğunu nümayiş etdirir”
Elçin Mirzəbəyli:“Tarixə, dövlətçiliyə
münasibətdə mühafizəkarlıq, dövlət idarəçilik
sisteminə yanaşmada isə çevik və innovativ
islahatçılıq inkişafın təməlidir”
Fəzail
İbrahimli:
“Bugünkü Azərbaycan Cümhiriyyət liderlərinin
yaratdığı dövlətin davamıdır”
Fazil Musatafa: “Bu ölkə
başçısının Cümhuriyyət ideyasına olan
münasibətidir”
Zahid Oruc: “Ölkə
başçısının qərarı ADR-in mənəvi-siyasi
mirasını qoruyub saxlamağa xidmət edir”
Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edib. Dövlət
başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında bildirib. Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm
ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin
keçiriləcəyini qeyd edib.
Siyasilər dövlət
başçısının bu qərarını dəyərləndiriblər.
“Xalq Cəbhəsi” qəzetinin
baş redaktoru, analitik Elçin Mirzəbəyli bildirdi ki,
dövlətçilik tarixinə və ənənələrinə
münasibətdə ardıcıllıq bu ənənələrin
gələcək nəsillərə ötürülməsi,
dövlətçilik yaddaşının
formalaşdırılması, inkarçı deyil,
yaradıcı, qurucu, istiqlalçı dövlətçilik
təfəkkürünün formalaşdırılması
baxımından çox mühüm əhəmiyyət kəsb
edir: “Bu amillər dövlətçiliyin mənəvi
sütunlarıdır. Hansı dövlətlərdə
ki tarixə, dövlətçilik ənənələrinə
münasibətdə ədalətli yanaşma var, dövlətçilikdə
varislik, ənənəvilik ardıcıllıqla, “dünənə
daş atmadan” davam etdirilir, o dövlətlər də
dünyanın siyasi xəritəsində öz mövqelərini
möhkəmləndirir və inkişaf etdirirlər. Tarixə, dövlətçiliyə münasibətdə
mühafizəkarlıq, dövlət idarəçilik sisteminə
yanaşmada isə çevik və innovativ
islahatçılıq inkişafın təməlidir. Bu kontekstdə bir nümunə gətirmək istəyirəm.
Məsələn, Rusiyada Romanovlar sülaləsi,
mütləq monarxiya hakimiyyəti süquta uğradı,
burjua inqilabı qalib gəldi və qısa müddətdə,
bəlkə də simvolik mövcud olsa da özündən əvvəlkini
inkar etdi. Daha sonra bolşevik inqilabı baş verdi və yaranan yeni rejim də özündən
əvvəlkilərin üstündən qırmızı xətt
çəkdi. SSRİ süquta uğrayandan
sonra isə 70 illik dönəm inkar edildi. Bu
yanaşmanın təzahürləri müasir Rusiyanın
siyasi sistemində, dövlətçilik ənənələrinə
münasibətində hələ də özünü
büruzə verir. Qonşu İranda 1979-cu
ildə baş verən inqilab da bu ölkəyə oxşar təcrübəni
yaşatdı. Yaxın Şərqə, ərəb
ölkələrinə diqqət yetirsək, daha
acınacaqlı bir vəziyyətin mövcudluğunu görə
bilərik.
Lakin alternativlər də
var. Bizə münasibətdə hansı mövqe sərgiləmələrindən
asılı olmayaraq, Avropanın əksər ölkələrində
tarixdə baş verən bütün kataklizmlərə
baxmayaraq, dövlətçilik ənənələrinin
ardıcıllığı və tarixə münasibətdə
ənənəvilik qorunub saxlanılır.
Azərbaycan da böyük
dövlətçilik ənənələri olan dövlətlərin
yolunu gedir, tarixə münasibətdə ədalətli, həssas,
mütərəqqi mövqe sərgiləyir, özünün
olandan imtina etmir, tarixin səhifələrini cırıb
atmır, əksinə, yanlışlardan nəticə
çıxarır, doğruları isə daha da inkişaf
etdirir.
Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli”
elan etməsini də məhz bu kontekstdən dəyərləndirir
və Azərbaycan dövlətçiliyində ənənə
ardıcıllığının, varisliyin qorunması
baxımından mühüm tarixi qərar hesab edirəm. Bu
yanaşma Azərbaycanın ənənələrə
söykənən bir dövlət olduğunu, öz tarixindən
qürur duyduğunu və gələcək nəsillərə
Azərbaycanın dövlətçilik tarixinə sevgi
aşılamağı qarşısına ali
məqsəd kimi qoyduğunu nümayiş etdirir”.
Millət vəkili, Azərbaycan Milli
Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru,
akademik Yaqub Mahmudov da 2018-ci ili "Azərbaycan
Xalq Cümhuriyyəti ili" elan olunmasını yüksək
qiymətləndirib. Millət vəkili qeyd edib ki, bu addım
Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən
böyük razılıqla qarşılanıb: "Bu, Azərbaycan
dövlətinin başçısının Cümhuriyyət
tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr
olunmuş qəbullar keçirən Azərbaycan prezidenti
bütün çıxışlarında Cümhuriyyət
tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan
dövlətinin başçısı "İstiqlal Bəyannaməsi"
abidəsini ucaltdırıb. Tarix
İnstitutunun direktoru olaraq bəyan etmək istəyirəm
ki, Azərbaycan dövlətinin başçısı
Cümhuriyyət tarixinin işlənməsi ilə əlaqədar
mənə xüsusi tapşırıqlar verib. Cümhuriyyət tarixinin işlənməsini
prezident şəxsi nəzarəti altında saxlayır.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan
Xalq Cümhuriyyəti tarixinin araşdırılması məqsədilə
bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında
göstəriş vermişdi. Xüsusi ehtiramla bildirirəm
ki, prezident İlham Əliyev isə ikicildlik ensiklopedik nəşrin
çapı haqqında göstəriş verdi.
Bu ensiklopediya ikinci dəfə də çap
olundu. Hesab edirəm ki, bu ensiklopediya
Cümhuriyyət tariximizə qoyulan çox böyük abidədir.
Cənab prezident Tarix İnstitutuna qəti olaraq
tapşırıb ki, Cümhuriyyət tarixi ilə
bağlı araşdırmalar genişləndirilsin. Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr
olunan beynəlxalq elmi konfrans keçirəcəyik. Tarix İnstitutu bu gün Elmi Şurasını
keçirib. Bütün tarixçilərin
adından prezident İlham Əliyevə minnətdarlıq məktubu
göndəriləcək. Eyni zamanda qərar
qəbul olundu ki, "Xalq Cümhuriyyətinin görkəmli
dövlət xadimləri" adlı xüsusi kitab çap
olunsun. Azərbaycan dövlətinin
başçısının tarixi keçmişimizə,
varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm
verməsini institutun bütün tarixçiləri adından
alqışlayıram".
Tarixçi alim, deputat Fəzail
İbrahimli deyib ki, Azərbaycan Prezidenti tərəfindən
2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti
ili" élan edilməsi ömür kitabımıza
yazılan tarixi məqamdır. Ötən ilin “İslam Həmrəyliyi”,
2016-cı ilin “Multikulturalizm ili” olduğunu xatırladan deputat
bildirib ki, bunun hər biri böyük məna və mahiyyət
kəsb edir: “Belə ki, ötən ilin “İslam Həmrəyli
ili”nin elan edilməsi dünya islam dəyərlərinin
gündəmə gəlməsi, onlar arasındakı birliyə,
münasibətlərə xeyli təsir etmiş oldu”.
Fəzail İbrahimlinin sözlərinə
görə, 2018-ci ilin Cümhuriyyət ili
élan olunması Cümhuriyyətin tarixinə, cümhuriyyət
liderlərinin həyatına, tərcümeyi-halına,
onların yaratdığı dövlətə göstərilən
diqqətin nümunəsidir: “Bu addım tarixi
keçmişimizə olan münasibətdir. Bugünkü
Azərbaycan Cümhuriyyətin varisidir. Məhz
bu ilin Cümhuriyyət ili élan olunması
ata-balarımızın keçidiyi tarixi yola, ən əsası
isə dövlətə və dövlətçiliyə
münasibətin göstəricisidir”.
Tarixçi alim qeyd edib ki,
bugünkü Azərbaycan Cümhiriyyət liderlərinin
yaratdığı dövlətin davamıdır: “Biz varisik. Cari ilin "AXC ili" élan edilməsi eyni
zamanda o yolda qurban gedən şəhidlərimizin ruhuna
etiramdır. Bu baxımdan bu addımı yüksək
qiymətləndirir, güman edirəm ki, Cümhuriyyətlə
bağlı müstəqillik dövründə əldə
edilən bütün elmi uğurlardan daha yüksək
uğurlar əldə olunacaq, bu tarixin daha yaxşı öyrənilməsinə,o dövrün liderlərinin hər kəs tərəfindən
dərindən tanınmasına rəvac verəcək”.
Millət vəkili Fazil
Musatafa deyib ki, Prezident İlham Əliyev tərəfindən
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət ili” elan edilməsi
ölkə başçısının Cümhuriyyət
ideyasına olan münasibətidir. Onun sözlərinə görə,
hər kəs bu sərəncamdan sonra Cümhuriyyət
ideyasının nə qədər dəyərli olduğunu
bir daha dərk edəcək: “Cümhuriyyətin 100 illiyinin
qeyd olunması yönündə təşəbbüs
göstərəcəklər. Prezident sərəncam
imzalayıb və bu istiqamətdə irəli gələn məsələlərin
ətrafında məmurlar tərəfindən ciddi addım
atılmayıb. Bu il Cümhuriyyət
ili elan edildikdən sonra əsas verəcək ki, hər kəsin
amalı buna yönəlsin. Bu məsələ
könül işidir, qəlb işidir. Təəssüf
ki, bizdə əksəriyyət gözləyir ki, konkret
tapşırıqlar verilsin və onun çərçivəsində
hansısa işlər aparılsın. Ancaq
hamı öz təşəbbüsünü ortaya
qoymalıdır. Buna görə də
prezidentin bu qərarını yüksək qiymətləndirir
və alqışlayıram. Bu çox
yüksək bir addımdır”.
Millət vəkili Zahid Oruc bildirib ki,
ölkə başçısının qərarı
Cümhuriyyət ideallarının əbədiyaşar
olduğunu,onun müstəqil Azərbaycan dövlətinin
quruculuğunda əhəmiyyətli yer tutduğunu göstərməyə,
100 illik tariximizə sahib durmağa və ADR-in mənəvi-siyasi
mirasını qoruyub saxlamağa xidmət edir. Onun sözlərinə
görə, ötən on illər ərzində təkcə
dövlət atributları-bayraq, gerb, himnlə bağlı
deyil, eləcə də Şərqdə ilk demokratik respublika
təsis edərək xalqımızın min illlik
arzularını gerçəkləşdirməyə qadir
olmaq həqiqətən də misilsiz bir hadisədir:
"Sovetlər Birliyinin çöküşü ilə
dünya siyasi xəritəsində öz
varlığını və milli azadlıq arzularını
gerçəkləşdirməyi bacaran bir xalqın öz
milli üstəqilliyinin 100 illik yubileyini qeyd etməyə tam
haqqı var.Hər nə qədər 70 illik sovet dönəmindən
keçilsə də tarixi arasıkəsilməzlik milli məfkurə
sistemimizin əsasını təşkil edir.Ona görə
prezident İlham Əliyev bir əsrin bütün mənəvi-ruhi
bağlarını-Cümhuriyyət irsini Ulu Öndər Heydər
Əliyevin zəngin dövlətçilik xəzinəsi ilə
birləşdirərək keçmişlə gələcək
arasında dərin bir varislik ənənəsi yaratmış
olur. Ölkə rəhbərinin qərarı təkcə
hakimiyyət orqanlarının deyil,hər bir azərbaycanlının
üzərinə məsuliyyət qoyur ki,onlar müstəqilliyimizin
100 illik səlnaməsinə dəyərli töhfələrini
verə bilsinlər.Əslində tarixin hər bir səhifəsindən-hətta
o ağrılı hekəyətlərlə olsa belə,faydalanmağı
bacaran liderlər zamanın fövqünə qalxa və öz
millətinin taleyində əbədi izlər qoya bilirlər".
Politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən öndə gedən səhifələrindən birini təşkil edir. Şərqdə ilk demokratik, müstəqil Cümhuriyyəti quran xalqımız bununla adını tarixə yazmış oldu. Politoloq qeyd edib ki, AXC çox çətin zaman kəsiyində yaranmışdı. Belə ki, həmin dövrdə beynəlxalq aləmdə və regionda vəziyyət çox gərgin idi: “Ermənilərlə münaqişə, Rusiya, İngiltərə və digər ölkələrlə çətin münasibətlər var idi. Buna baxmayaraq AXC 23 ay yaşamağa müvəffəq oldu”. Zaur Məmmədov Prezident tərəfindən 2018-ci ilin AXC ili elan edilməsini hər bir azərbaycanlı kimi yüksək qiymətləndirdiyini bildirib: “Bu dövlət başçısının AXC-nin tarixinə, onun fəaliyyətinə verdiyi qiymətin göstəricisidir. Azərbaycan xalqı AXC-ni quranlarla fəxr edir”.
Əli
Xalq cəbhəsi.-
2018.- 12 yanvar.- S.7.