Qarabağ xanlığının tarixi ilə
bağlı tədqiqatlar
Elm xadimləri
qarşısında duran vəzifələrdən biri də
ermənilərin sərsəm torpaq iddialarının əsassız
olduğunu elmi faktlarla isbat etməkdir
2-ci yazı
Azərbaycan xanlıqları
tarixinin görkəmli tədqiqatçılarından biri də
H.B. Abdullayev olub. Onun əsərləri əsasən Quba
xanlığının tarixinə həsr olunsa da, müəllif
bütövlükdə Azərbaycan xanlıqlanının, o
cümlədən Qarabağ xanlığının
sosial-iqtisadi və dövlət quruluşuna da müəyyən
yer ayırıb. Ayrı-ayrı
xanlıqların tarixinə həsr olunmuş əsərlərdə
həmin xanlıqların sosial-iqtisadi və sosial-siyasi
quruluşu tədqiq olunub və bunun da mövzunun öyrənilməsi
üçün mühüm didaktik əhəmiyyəti var.
Zemfira Hacıyevanın
araşdırmasında vurğulanır ki, H.Ə.Dəlilinin
və N.Mustafayevanın Cənubi Azərbaycan
xanlıqlarınä həsr olunmuş əsərlərində
həmin xanlıqlarının sosial-iqtisadi və sosial-siyasi həyatı
ilə bağlı irəli sürülən mülahizələr
də Qarabağ xanlığında oxşar münasibətlərin
anlaşılmasına yardım edir. C.M.Mustafayevin Azərbaycan
xanlıqlarında sənətkarlığın vəziyyətinə
həsr olunmuş əsərlərində yeri gəldikcə
Qarabağ xanlığında sənətkarlığın vəziyyətinə
toxunulur.
Müəllifin məqaləsində Şuşa şəhərinin salınma tarixi
ilə bağlı maraqlı və əsaslandırılmış
mülahizələr irəli sürülüb. Şuşa
şəhərinin salınması və quruluşu
haqqında maraqlı məlumatlar A.Salamzadə, E.Avalov,
R.Salayevlə birgə hazırladıqları kitabda da yer
alıb: "Burada Şuşa şəhərinin yaranma tarixi
araşdırılır. Müəlliflər
şəhərin bir çox tarixi tikililəri haqqında
vacib məlumatlar verir, onların şəkil və sxemlərini
göstərir. Şəhərin qədim
hissəsinin tarixi görkəminin bərpa olunması ilə
bağlı təkliflər də maraq doğurur.
Mövzu ilə bağlı əsərlər
sırasında ak. İ.Əliyevin
«Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr» əsəri
qeyd olunmalıdır. Azərbaycan
tarixşünaslığında ilk dəfə olaraq bu kitabda
Qarabağ xanlığının Azərbaycan dövləti
olması təsbit edilir, onun ermənilərə heç bir
aidiyyəti olmaması vurğulanır. Dağlıq
Qarabağın tarixi keçmişinə qısa formada nəzər
salan müəllif erməni «tədqiqatçıları»nın bütün uydurmalarma tutarlı faktlarla
cavab verir və bununla Qarabağın əzəli Azərbaycan
torpağı olmasını bir daha təsdiqləyir. Kitabda xanlığın sosial-iqtisadi quruluşu barədə
cüzi məlumat olsa da, xanlıqda mövcud olmuş
sosial-siyasi əlaqələr haqqında müəyyən məlumat
mövcuddur.
Son dövrlərdə
Qarabağ xanlığının tarixinə həsr
olunmuş əsərlər sırasında Azərbaycan Milli
Elmlər Akademiyasınm Arxeologiya və Etnoqrafıya
İnstitutunda çapa hazırlanmış «Qarabağ»
adlı məqalələr toplusu xüsusi qeyd
olunmalıdır. Görkəmli tarixçi, arxeoloq, etnoqraf
alimlərin məqalələrindən ibarət olan bu toplu təkcə
nəfıs tərtibatı ilə deyil, yüksək elmi səviyyəsi
ilə də seçilir. Məqalələrdə
xronoloji ardıcıllıqla Qarabağın dünəni və
bu günü təsvir edilir, zəngin faktik material əsasında
ermənilərin işğalçı siyasəti, onların
heç bir tarixi əsası olmayan torpaq iddiaları əyani
surətdə göstərilir. Monoqrafıya üzərində
iş zamanı topluya daxil olan məqalələrin
hamısına diqqət yetirilib, lakin tədqiqatda F.Əliyevin
«Qarabağ xanlığı (XVIII əsr)»
adlı məqaləsinə üstünlük verilib. Məqalədə müəllif əsas diqqəti
siyasi hadisələrin gedişinə yönəltsə də,
xanlıqda mövcud olmuş sosial- iqtisadi və sosial-siyasi məsələlərə,
o cümlədən xanlıqda idarəetmə
aparatının qurulmasına müəyyən yer verib.
Qarabağın memarlıq abidələri, burada mövcud
olmuş sənət növləri, mədəniyyətin
inkişaf səviyyəsinə həsr olunmuş məqalələr
də tədqiqat baxımından önəmlidir: "2005-ci
ildə Azərbaycan Milli Elmlər Akademiyasının
A.Bakıxanov adına Tarix İnstitutu
«Qarabağ: Kürəkçay müqaviləsi - 200» adlı
məqalələr toplusunu nəşr edib. Adından
göründüyü kimi, toplu əsasən Qarabağ
xanlığını Rusiya imperiyasına birləşdirmiş
məlum Kürəkçay müqaviləsinə həsr
olunub. Bununla belə, tərtibçilər
məqalələri xronoloji ardıcıllığı nəzərə
alınmaqla toplayıb, nəticədə təkcə
müqavilə deyil, Qarabağın ən qədim
keçmişindən 1805-ci ilədək olan tarixi nəzərdən
keçirilib. Qeyd etmək lazımdır ki, bu topluda
Qarabağın xanlıq dövrünə önəıiıli
yer ayrılmış və ayrı-ayrı məqalələrdə
məliklər, onların Qarabağ xanlarma olan münasibətləri,
habelə xanlığın inzibati quruluşu və dini-etnik tərkibi,
Şuşa şəhərinin yaranma tarixi, eləcə də
problemlə bağlı olan bir sıra mənbələr
haqqında müfəssəl məlumat verilib: "Həm
arxeologiya və Etnoqrafiya, həm də Tarix
institutlarının nəşr etdikləri toplulara nəzər
yetirdikdə bir müsbət xüsusiyyət dərhal diqqəti
cəlb edir: məqalələr zəngin, nəfis
illüstrasiya və fotoşəkillərlə tamamlanıb. Məhz buna görə topluların hər bir məlumatı
bu əlavələrlə daha aydın və əyani şəkildə
qavranılır.
Ə.Qubaydulin, F.Əliyev,
F.Ağamalı, T.Mustafazadə, M.Gülmalıyev, M.Abdullayev,
A.Novoseltsev və başqalarının əsərlərində
də Qarabağ xanlığının tarixinin müəyyən
aspektlərinə toxunulub. Yeddicildlik Azərbaycan
tarixinin III cildində Azərbaycanda xanlıqların
yaranmasının tarixi şəraiti haqqında qısa da
olsa, xanlıqların siyasi-iqtisadi, mədəni həyatına
dair ümumiləşdirilmiş material var”.
Qarabağ xanlığının
sosial-iqtisadi və sosial-siyasi quruluşunu öyrənmək
üçün hər hansı bir tarixi problemin tədqiqində
olduğu kimi, ilk mənbələrin müstəsna əhəmiyyəti
var. Bütövlükdə xanlıqların, o cümlədən
Qarabağ xanlığının sosial-iqtisadi və siyasi
tarixinə aid məlumatlar çox az və səpələnmiş
vəziyyətdədir: "Bilavaşitə xanlıqlar
dövründə əhalinin təsərrüfat fəaliyyəti
və sosial-siyasi münasibətləri haqqında müfəssəl
məlumat verən mənbələr yoxdur. Lakin
təsərrüfat fəaliyyətinin səviyyəsinin
yüzillər ərzində tədricən dəyişdiyini nəzərə
alaraq xanlığın yaranması ərəfəsində və
ləğvindən dərhal sonra tərtib olunmuş sənədlərdən
istifadə etmək mümkündür. Bu səpkidə
olan materiallardan danışarkən ilk növbədə «Gəncə-Qarabağ
əyalətinin müfəssəl dəftəri»ni qeyd etmək lazımdır. Məlumdur
ki, 1722-ci ildə əfqanların Səfəvi dövlətinin
mərkəzi hissəsini işğal etməsindən istifadə
edən Rusiya və Osmanlı dövlətləri Azərbaycanı
müvəqqəti olaraq öz aralarında
bölüşdürmüşdülər. Azərbaycan ərazisinin çox hissəsi, o
cümlədən sonralar Qarabağ xanlığını təşkil
etmiş ərazi Osmanlı dövlətinin idarəçiliyinə
keçmişdi. Osmanlılar vergi
toplanmasını nizama salmaq üçün bölgənin əhalisini
təsərrüfat subyektlərini siyahıya
almışdılar. Məhz həmin tarixi
dönəmdə, daha doğrusu, 1728-ci ildə «Gəncə-Qarabağ
əyalətinin müfəssəl dəftəri» tərtib
olunub. Tədqiqatçı H.Məmmədov bu qiymətli
mənbəni ərəb qrafikasmdan latın
qrafikasına çevirərək 2000-ci ildə nəşr
etdirib. Digər mötəbər mənbələrin
azlığmı nəzərə alaraq xanlığın təsərrüfat
həyatı haqqmda təsəvvür əldə etmək
üçün «Müfəssəl dəftər»ə
müraciət etmək vacibdir. Bu sənəddə
xanlıqların yaranması ərəfəsində
Qarabağ əyalətinin inzibati-ərazi vahidləri, kənd,
məzrəə (boşalmış kənd),
yaylaq-qışlaq tipli yaşayış məskənlərinin
sayı haqqında, əhalinin etnik-dini tərkibi, məşğulluğu,
mövcud vergi sistemi, vergilərin miqdarı haqqında dəqiq
məlumatlar var.
Qarabağ xanlığında
sosial-iqtisadi münasibətləri öyrənmək
üçün ən mühüm mənbələrdən
biri də 1823-cü il təsvirləridir.
Qarabağda xanlıq ləğv edilən kimi Qafqazdakı rus
qoşunlarının komandanı, general A.Yermolovun göstərişi
ilə həqiqi dövlət müşaviri Mogilevski və
Gürcüstan qrenader polkunun komandanı, polkovnik II Yermolov
Qarabağm əhalisinin saymı və gəlirlərini əks
etdirən 35 cədvəl tərtib ediblər. Sonralar
daha iki əlavə xüsusi cədvəl də tərtib
olunub. Cədvəl tərtibçiləri
etiraf edirlər ki, onlar Qarabağ əhalisinin sayını
düz hesablaya bilməyiblər, çünki onlar
hesablamalarında ancaq mahal bəyləri və kəndxudalarm
şifahi cavablarma əsaslanıblar. Onların
gümanma görə, vergilərdən yayınmaq
üçün bu şəxslər xeyli adamın admı
gizlədiblər. Tərtibçilərin
fıkrincə, Qarabağın kameral təsviri həyata
keçirilərdisə, əhalinin sayı ən azı 30%
artardı. Əgər kəndxuda və
yüzbaşıların, mahal naiblərinin çoxunun
müsəlman-azərbaycanlı olduğunu nəzərə
alsaq, inamla deyə bilərik ki, adı siyahıya salınmayan
şəxslərin çoxu məhz müsəlmanlar (Azərbaycan
türkləri – red.) olub. Demək, müsəlmanlar
(Azərbaycan türkləri – red.) «Təsvir»dən
də göründüyü kimi, Qarabağ əhalisinin 80%-ni
deyil, daha çox hissəsini təşkil ediblər.
Qarabağ xanlığının
tarixini öyrənmək üçün XIX əsrin 30-cu illərinin
birinci yarısında rus məmuru Dmitri Zubaryevin yazdığı
və «Qafqazarxası rus mülklərinin təsviri»nin 3-cü hissəsində nəşr
olunmuş «Qarabağ əyaləti» adlı məqalə
çox böyük əhəmiyyətə malikdir. Bilavasitə
xanlıq dövrünə aid statistik materiallar az
olduğundan xanlığının iqtisadiyyatı haqqında
təsəvvür əldə etmək üçün həmin
məqalədə verilmiş fakt və rəqəmlərdən
istifadə etmək mümkündür. Xanlıqda
sosial-iqtisadi münasibətləri və dövlət
quruluşunu öyrənmək üçün arxiv
materialları ilə bərabər, çap edilmiş mənbələrdən
də geniş istifadə olunub. Belə mənbələr
arasında öz əhəmiyyətinə və həcminə
görə Qafqaz Arxeoqrafiya Komissiyasının
topladığı və nəşr etdiyi sənədlər
(aktlar) mühüm yer tutur.
Elçin Qaliboğlu
Xalq cəbhəsi.-
2018.- 24 yanvar.- S.13.