Kənd turizmi ilə bağlı yeni standartlar hazırlanıb

 

Dünyanın müxtəlif ölkələrində turizmin inkişaf tempi, ölkəyə gələn turist axını 5-7 faiz arasında dəyişir. Ötən il Azərbaycana gələn xarici turistlərin sayı 20 faiz artaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə - 2,7 milyon nəfərə çatıb. Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov bildirib ki, belə yüksək artımın əldə olunmasında 2017-ci ildə ölkəmizdə turizm sahəsində həyata keçirilən tədbirlərin, özəlliklə Bakıda ilk dəfə gerçəkləşən şopinq festivalının mühüm rolu var. Festivaldan həm yerli vətəndaşlar, həm turistlər geniş şəkildə yararlanıblar Azərbaycan paytaxtı artıq dünyanın şopinq festivalları təşkil edilən şəhərləri sırasına daxil edilib.

Sektor müdiriAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası istiqamətində işlərin uğurla davam etdiyini qeyd edib. Yeni turizm infrastrukturunun qurulması, investisiya təşviqi sənədinin verilməsi, eləcə turizm xidmətlərinin sayının artırılması istiqamətində görülən işlər buna bariz nümunədir. Onun sözlərinə görə, nazirlik ölkəmizə gələn xarici turistlərə göstərilən xidmətin səviyyəsinin daha da artırılmasını hər zaman diqqət mərkəzində saxlayır: “Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin sayı da artmağa başlayıb, bununla yanaşı turizm şirkətlərinin heç hamısının təqdim etdiyi xidmət arzuolunan səviyyədə deyil. Bu vəziyyətin aradan qaldırılması üçün müvafiq tövsiyələr verilir, xidmətlərin çeşidinin səviyyəsinin artırılması istiqamətində işlər görülür”.

Nazirlik tərəfindən çimərliklərə qoyulan minimal tələblər tövsiyələrin, kənd turizmi ilə bağlı yeni standartların hazırlanaraq Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Agentliyinə təqdim olunduğunu deyən M.Qəhrəmanov ölkəmizdə turizm-rekreasiya mərkəzlərinin yaradılması istiqamətində həyata keçirilən işlərin davam etdirildiyini vurğulayıb.

 

Xalq cəbhəsi.- 2018.- 25 yanvar.- S.12.