Qarabağda yaşayan alban tayfalarının ermənilərlə
heç bir bağlılığı yoxdur
1980-ci ildə
çap olunmuş «Erməni xalqının tarixi» əsərində
erməni alimləri özləri qeyd edir ki, ermənilər Fəratın
yuxarı axarında məskunlaşmışdılar
1-ci yazı
Ermənilərin Qafqaza gəlmə
olduqlarını ciddi tarixi mənbələr təsdiqləməkdədir. Bu gün onlar özlərinin
bu torpaqların "köklü-köməcli sakinləri
olduğunu" "təsdiqləyən" filmlər
çəkir, kitablar yazır, yazdırır, elə
sanırlar ki, tarixi ardıcıl saxtalaşdıra biləcəklər.
Artıq yüz ildir Azərbaycanın tarixi ərazilərində
havadarlarının əliylə "Ermənistan" adlı
qondarma dövlət quran ermənilərin onillərdir hədəfi
Qarabağdır. Dağlıq
Qarabağı və ətraf rayonları işğal edən
ermənilər dayanmadan bu bögənin də dədə-babadan
"onların tarixi əraziləri olduğunu"
uydurmaqdadırlar. Qarabağ
xanlığının tarixinə həsr olunmuş Azərbaycan
tarixçilərinin araşdırmalarının əsasında
da sübut olunur ki, bu uydurmaların heç bir əsası
yoxdur.
Tarix elmləri doktoru Zemfira
Hacıyevanın araşdırmasında vurğulanır ki,
Qarabağ xanlığının sosial-iqtisadi və
sosial-siyasi tarixinə toxunmazdan öncə regionun özəl
inkişaf tarixinə ekskurs etmək zəruridir. Uzaq
keçmişdən üzü bəri bu ərazi müxtəlif
etnik qrupların qədim yaşayış məskəni olub,
quldar və feodal dövlətlərin maraq dairəsinə
düşüb və bu səbəbdən də Qarabağ
bölgəsi çoxsaylı hərbi yürüşlər
və basqınların baş verdiyi məkana çevrilib.
O, zəngin təbiəti, faydalı qazıntıları və
normal həyat üçün gərəkli olan digər təbii
resursları ilə dünyanın «mənəm-mənəm»
deyən neçə-neçə fatehini özünə cəlb
edib. Qarabağa sahib olmaq üçün
şücaət və şöhrət ehtiraslı sərkərdələr
bu məkanda rəqiblərinə qarşı qılınc
sıyırıb, onlarla ölüm-dirim savaşlarına
çıxıblar. Lakin bu əzəli Azərbaycan
torpağı hər dəfə özündənrazı, xudpəsənd
fatehləri özünə ram edib, qəsdlərə və qəsblərə
layiqincə sinə gərib. Hələ qədim
dövrlərdə Qarabağ zonası mülayim iqlimi, zəngin
flora və faunası ilə seçilirdi. Təsadüfi
deyil ki, ilk insan məskənləri məhz burada aşkar
edilib: "Qarabağ ərazisindəki Azıx mağarası
bu qədim məskənlərdən biridir və tədqiqatlarla
hələ bir milyon il öncə burada insanların məskunlaşdığı
isbatlanıb. Buna görə də
sözügedən mağarada aşkarlanmış zəngin
arxeoloji materiallar ibtidai insanlarm formalaşması, ibtidai-icma
quruluşunun yaranması prosesini, habelə qədim
insanların maddi və mənəvi nailiyyətlərinin
öyrənilməsində dünyamiqyaslı mənbə
sayılır. Əcdadlarımızın
məskəni olmuş Azıx mağarasının sayəsində
bütün dünya qarşısında tariximizin necə dərin
köklərə malik olmasını sübut edə
bilmişik".
Qarabağ ərazisində
mövcud olan arxeoloji abidələrin tədqiqi sübut edir
ki, regionun əhalisi artıq daş dövründən Ön
Asiyanın tayfa və vilayətləri ilə sıx əlaq ələr
saxlayıb. Alimlərin fıkrincə, hələ eneolit
dövrünün (e.ə. VI - e.ə. IV minilliklər) sonunda
Qarabağ düzündə Mesopotamiya ərazisindən gəlmiş
miqrantlar - bir sıra etnik qruplar məskunlaşıb. Beləliklə, Qarabağ əhalisinin mədəniyyəti
qonşu xalqlarla, ilk növbədə Mesopotamiyanın
inkişaf etmiş xalqları ilə sıx əlaqədə
formalaşıb. Aparılmış
arxeoloji qazıntılar sübut edir ki, əgər daş
dövründə insanlar əsasən Qarabağın düzən
ərazisində yaşayırdılarsa, artıq erkən tunc
dövrünün sonlarında onlar dağətəyi və
dağlıq zonalarda məskunlaşıblar. Müxtəlif zəngin filiz ehtiyatları olan
rayonlara nəzarət burada yaşayan tayfalara dağ-mədən
sənəti və metalişləməni inkişaf etdirməyə
imkan verib. Tədricən Qarabağ bu
baxımdan aparıcı rayonlardan birinə çevrilib.
Eyni zamanda, Qarabağ Mil düzü ilə
yanaşı Azərbaycanda tunc dövründə mövcud
olmuş iki iri keramika mərkəzlərindən biri hesab
edilir. Qarabağ ərazisində mövcud
olmuş abidələrin tədqiqi Azərbaycan xalqının
təkcə maddi mədəniyyət nümunələrinin
deyil, ölkəmizin ərazisində əmlak bərabərsizliyinin,
siniflərin və nəhayət, ilk dövlət
quruluşlarının yaranma şəraitini öyrənməyə
imkan verir.
Akademik İ.Əliyevin
fıkrincə, e.ə. I minillikdə Qarabağ ərazisi
güman ki, əvvəlcə Midiya dövlətinin tərkibində
olub, sonra isə Əhəməni dövlətinin XIV
satraplığına daxil edilib. Bu ərazidə
yaşayan alban tayfaları e.ə. IV əsrdə Atropaten
dövlətindən asılı olublar. Tədqiqatlar
sübut edir ki, burada yaşayan alban tayfaları avtoxton əhali
olub və onların nə mənşəcə, nə də
dil baxımından ermənilərə heç bir aidiyyəti
olmayıb. Tarixi saxtalaşdırmağa
çalışan erməni «alimləri» isə son dövrlərdə
Azərbaycan tarixinin məhz Albaniya dövrünə daha
çox müraciət edir, albanların bütün Alban qəbri
üzərində xaçdaş nailiyyətlərini ermənilərin
adına çıxır və hətta alban
tayfalarının ermənilərin bir qolu olması barədə
cəfəng fıkirlər səsləndirirlər.
Halbuki tədqiqatlar sübut
edir ki, ermənilər bir xalq kimi e.ə. I minilliyin I
yarısında Fərat vadisinin yuxarı axarında
formalaşmağa başlayıb və onların nə
Qarabağa, nə də ümumiyyətlə, Azərbaycan ərazisinə
heç bir bağlılığı olmayıb. 1980-ci ildə çap olunmuş «Erməni
xalqının tarixi» əsərində erməni alimləri
özləri qeyd edir ki, ermənilər Fəratın
yuxarı axarında məskunlaşmışdılar. Təsadüfı
deyil ki, erməni alimlərinin bir qismi ermənilərin
köçmə xalq olmalarını əsla inkar etmir:
"Erməni xalqının soykökü haradandır, o nə
vaxt və necə Ermənistanda məskunlaşıb, haradan və
hansı yollarla buraya gəlib, onun dili və etnik tərkibinə
kim təsir göstərib? Bütün
bunlar barəsində bizim dəqiq məlumatımız
yoxdur".
Akalemik İ.Əliyev erkən orta əsr
tarixçiləri Moisey Xorenski və Musa Kalankatlıya istinad
edərək göstərir ki, bu dövrdə Albaniyanın
Qarabağ ərazisində uti, savdei, qarqar tayfaları
yaşayıblar. Əzəli Azərbaycan torpağı -
Qarabağın «Böyük Ermənistan»ın tərkib hissəsi
olması barədə uydurma fıkirləri yazılı mənbələrdən
başqa, həm də Fərat vadisindən tapılmış
numizmatik materiallar da alt-üst edir: "Erməni tədqiqatçıları
özləri də təsdiqləyirlər ki, o dövrün
erməni pullarında Ermənistan alleqorik formada Roma
imperatorunun ayaqları altındakı kəniz və ya ram
edilmiş öküz, yaxud aman diləyən əsir erməni
döyüşçüsü şəklində təsvir
edilir. Bu da təsadüfı deyil: Roma imperiyasının
tabeçiliyində olan, vaxtaşırı gah Atropaten, gah da
İberiya hökmdarlarının idarə etdiyi ermənilər
heç vaxt güclü dövlət olmayıb və «dənizdən
dənizə» olan əraziləri əhatə etməyib".
Tədqiqatçı F.Məmmədova
qeyd edir ki, antik müəlliflərin əsərlərində
Qarabağ «Orxistena», daha sonra isə «Arsax» coğrafi adı ilə
bildirilirdi. O,
tarixi faktlara əsaslanaraq sübut edir ki, erməni «alimləri»nin bu adları özününküləşdirmək,
erməniləşdirmək cəhdləri uğursuzdur və
heç bir tarixi həqiqətə əsaslanmır. VIII əsrin
əvvəllərinədək Albaniya dövlətinin tərkib
hissəsi olan Qarabağ sonralar ərəb xilafətinin tərkibinə
qatılıb: "Qarabağm düzən ərazilərində
yaşayanlar İslamı qəbul edib, lakin dağ ərazilərində
yaşayan albanlar öz xristian inanclarında qalıb və
öz hakimlərinə - Mehranilər sülaləsindən
olan knyazlara tabe idilər. Ərəb
işğalından sonra əsasən düzənlikdə yerləşən
ərazi Uti, Aran, Arsax v ə Aqvan adlandrılıb,
«Qarabağ» istilahı isə təxminən XII əsrdən
işlənməyə başlayıb".
Qarabağ ərazisi IX əsrin
sonlarından Sacilər, X əsrdən Salarilər, XI-XII əsrin
əvvəllərində isə Şəddadi dövlətinin
tərkibinə daxil olub. Sözügedən dövlətlərin xaraktercə Azərbaycan
dövlətləri olması və ermənilərə
heç bir aidiyyəti olmaması dünya
tarixşünaslığında çoxdan qəbul
olunmuş həqiqətdir: "Ərəb xilafətinin zəiflədiyi
dövrdə, IX əsrdə Mehranilər sülaləsindən
olan knyaz Qriqori Hamama Qarabağda Alban dövlətinin bərpa
olunmasını bəyan edib, oğlu Saak-Seva da bu işi davam
etdirib. Beləliklə, regionun siyasi xəritəsində
yenidən Albaniya dövləti peyda olub və bu dəfə
onun ərazisi bütün Şimali Azərbaycanı deyil,
Qarabağ bölgəsini əhatə edib. Çox hissəsi yüksək yayla olan
Qarabağın iqlimi mülayim, suyu bol, torpağı məhsuldar
olduğu üçün həmişə böyük
dövlətlərin hökmdarlarınm diqqətini cəlb
edib. XI əsrdə Gürcüstan səfərindən
dönərkən böyük Səlcuq sultanı I Məlikşah
burada qışlamışdı.
Məlumdur ki, 1136-cı ildə
yaranmış Azərbaycan Atabəylər dövləti (Eldənizlər
dövləti) bütün Azərbaycan torpaqlarını
öz tərkibində birləşdirib. Alban
knyazlarının vassal asılılığı ilə kifayətlənən
Atabəylər knyazlığının mövcudluğuna
toxunmayıblar. XII-XIII əsrlərdə
Qarabağda mövcud olan Alban dövləti Xaçın
dövləti kimi tanınırdı. Dövlətin
ən məşhur hökmdarı Mehrani sülaləsindən
olan Həsən Cəlal olub. Qarabağı
özününküləşdirmək istəyən ermənilər
hazırda Azərbaycan xalqının görkəmli şəxsiyyətini
də erməniləşdirir, onun adını "Həsən
Cəlalyan" kimi göstərirlər. Halbuki
belə bir ad heç bir tarixi sənəddə
xatırlanmır. Həsən Cəlalın
dövründə inkişaf edən alban Xaçın
knyazlığı hətta monumental abidələr inşa etmək
iqtidarında olub. Onlardan ən məşhuru
isə Qanzasar monastırı hesab olunur. Üzərində
«Albaniyanın baş kilsəsi», «alban xalqı
üçün» olan yazılara baxmayaraq, ermənilər bu
abidəni də erməni kilsəsi kimi qələmə verirlər.
XIII-XIV əsrlərdə də Qarabağın
dağlıq hissəsinin xristian əhalisinin çoxu hələ
də alban dilində danışmaqda davam edirdi".
Məlumdur ki, ərəblərin təzyiqi
altında VIII əsrdə alban kilsəsi ərəblərə
düşmən olan Bizansın etiqad etdiyi diofızit məzhəbindən
üz döndərib monofızit məzhəbini qəbul
etmişdi: "Alban kilsəsi monofizit kilsəsinə tabe
edilmişdi. Ancaq ehkam ümumiliyinə baxmayaraq, alban kilsəsi
həmişə müstəqilliyə can atmışdı. XI - XV əsrlərdə alban patriarxları erməni
katolikosu ilə razılaşmadan fəaliyyət göstərirdilər.
1240-cı ildən Qanzasar məbədi
yepiskoplarının nüfuzu qalxmağa başlayır və
Qanzasar alban kilsəsinin mərkəzi olur, alban
katolikosluğunu Qanzasar katalikosluğu adlanmağa
başlayırlar. Lakin 1836-cı ildə
ruspərəst erməni katolikosluğunu gücləndirmək
məqsədilə çar hökuməti müstəqil alban
katalikosluğunu ləğv edir".
Elçin Qaliboğlu
Xalq cəbhəsi.- 2018.- 26 yanvar.- S.13.