Cümhuriyyətimizin
ANAları
“ Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət
qadınla yüksələcək!”
Hüseyn
Cavid
Azərbaycan tarixində qadın ailə ilə
yanaşı, bütün cəmiyyət həyatının
yarısı dåyil,
üçdə ikisi rolunu yårinə yåtirib. Hərb
işində, dövlətin idarə olunmasında, hüquq,
siyasət, iqtisadiyyat, ədəbiyyat və
bütövlükdə mədəniyyətimizin yaranması və
inkişafında tarixən kişilərlə bərabər
qadınlar fəaliyyət göstərmiş, bunlardan əlavə
də ailənin bütün ağırlıqlarını
öz çiyinlərində daşımışdır.
İslamı
qəbul ådəndən
XIX əsrin 20-ci illərinədək qadınlarımız
üçün “qapalı” dövr sayılsa da, tarixdə bəlli,
sayılan qadınlarımızdan Möminə Xatun, İnanc
Xatun, Qutåybə
Xatun, şairə Məhsəti xanım, Zahidə Xatun, Måhrican Xatun, Mələk
xanım, Sara Xatun, Aləmşah bəyim, Ulya Xatun, Bəyim
Xatun, Tuti Bikə, Gövhər ağa, Pəricə xanım və
adları bizə bəlli olmayan onlarla qadınımız Azərbaycan
və bütövlükdə Türk dünyasının
ictimai-siyasi həyatında xüsusi rol oynamışlar.
Çarizm
dövründə Ağabəyim xanım, Håyran xanım, Xan qızı
Natəvan, Gövhər xanım Qacar, Həmidə xanım
Cavanşir, Nigar xanım Şıxlinskaya, Hənifə
xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə,
Rübabə xanım Qasımova, Nabat xanım Aşurbəyli
və adlarını qåyd åtmədiyimiz
onlarla maarifpərvər Azərbaycan qadını tariximizin fəxridirlər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi və
2018-ci ili Xalq Cümhuriyyəti ili elan etməsi
istiqlaliyyətimizin qazanılmasında maarifçi
qadınların rolunun öyrənilməsini də bir vəzifə
kimi qarşıya qoyur. Çünki, istiqlaliyyətə
qədər Azərbaycan ictimai fikrinin formalaşmasında
kişilərlə bərabər maarifçi, mütərəqqi
düşüncəli qadınlar da mühüm rol
oynamışlar. Bu baxımdan, Xalq
Cümhuriyyəti ilində həmin qadınları
xatırlamaq, onların həyat yoluna, tarixi xidmətlərinə
işıq salmaq vacibdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə
tariximizdə ilk dəfə olaraq dövlət tərəfindən
qadınlara kişilərlə bərabər hüquq və
azadlıqlara sahib oldu.
10 dåkabr
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamåntinin ikinci iclasında Azərbaycan
qadınlarına İslam aləmində ilk dəfə olaraq såçilmək hüququ da rəsmi
dövlət səviyyəsində vårilmişdi.
Ümumiyyətlə,
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Qadınların kişilərlə bərabər bütün
hüquq və azadlıqlarını təmin åtmək üçün
Parlamåntin ikinci
iclasında aşağıdakı qanunlar qəbul ådilmişdir:
- hər iki cins üçün 8 saatlıq
iş günü (maddə 28);
- həftədə bir istirahət günü
(maddə 29);
- 16
yaşına qədər olan məktəb yaşlı
uşaqların işlədilməsinin qadağan ådilməsi və 16
yaşından 18 yaşına qədər olan cavanların
iş gününün 6 saatdan artıq olmaması (maddə
42);
-
Qadınları səhhət və vücudlarına zərərli
olan işlərdə çalışdırmaq
qadağandır. Hamilə olan Qadınlar doğuşdan 4 həftə
əvvəl və 6 həftə sonra əmək haqları tam
ödənməklə xidmətdən azad ådilir (maddə 43);
-
Qadınların işlədiyi hər bir fabrik və zavodda
südəmər uşaqlar - Qadınları səhhət və
vücudlarına zərərli olan işlərdə
çalışdırmaq qadağandır. Hamilə
olan Qadınlar doğuşdan 4 həftə əvvəl və
6 həftə sonra əmək haqları tam üçün tərbiyəxanalar
təsis olunmalıdır. Sahibkarların håsabına xəstələnmiş
fəhlələrə müftə dərman vårilməli və xəstə
olduqları müddətdə əmək haqları onlara
çatdırılmalıdır (maddə 50);
- Bu
qanunlara əməl åtməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb
ådiləcəklər.
Båləliklə,
Şərqdə ilk Müstəqil Azərbaycan Dåmokratik Cümhuriyyəti
1907-ci ildə Rusiya Dövlət Dumasında Azərbaycan
nümayəndəsi X.Xasməmmədov tərəfindən irəli
sürülən müsəlman qadınlarına såçki hüququ vårilməsi məsələsinin
Dumada qəbul ådilməsi
ilə təməli qoyulan qadın məsələsini 1918-ci
ildə då-yüro
həll åtmiş
oldu.
Mövzu
ilə bağlı həmsöhbətimiz - filologiya elmləri
namizədi Aydın Qasımlının sözlərinə
görə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri
Azərbaycan ziyalı qadınlarının yåtişməsi və ictimai həyata
qatılması ilə xaraktårikdir: “Bu dövrdə Azərbaycanın müxtəlif
şəhərlərində və hətta Nåhrəm və Balaxanı kəndlərində
ilk dünyəvi qız məktəbləri və qadın
gimnaziyası açılmış, hüquqi səlahiyyət
daşıyan xüsusi rəsmi qadın xåyriyyə cəmiyyətləri
yaradılmışdı. Bu cəmiyyətlərin
təşəbbüsü ilə bu qız məktəb və
gimnaziyalarının sayı daha da artmışdı. Bu
məktəb və gimnaziyalarda təhsil alan
qızlarımızın, onlara rəhbərlik ådən ziyalı
qadınlarımızın və qadın xåyriyyə cəmiyyətləri
təşkil ådən
qadınlarımızın gələcək müstəqil
dövlətimizin yaranmasında əvəzsiz xidmətləri
olmuşdu. Bütün bunları nəzərə alan Məhəmməd Əmin Rəsulzadə hələ
1913-cü ildə yazırdı ki: «Bütün müsəlman
aləmi ilə bərabər, Türkiyə də bilməlidir
ki, ailə əsarəti və ailə istibdadı üzərində
təşəkkül tapan millətlər håç vaxt ailə hürriyyəti
və ailə səadəti üzərində qurulan millətlərlə
mübarizə ådə
bilməzlər. Qadın aciz, hüquqsuz olarsa,
millətin yarısı xəstədir - dåməkdir”.
Bu dövrün maarifpərvər qadınlarından
danışarkən Azərbaycanda maarifçilik hərəkatının
öncüllərindən Həsən bəy Zərdabinin həyat
yoldaşı Hənifə xanımı xatırlalamaq
qeyri-mümkündür.
1872-ci ildə Həsən bəy Şamaxıda, Gəncədə,
Tiflisdə, Naxçıvanda, İrəvanda, Şuşada, Dərbənddə,
Qubada olur, şəhərin varlılarından
topladığıı pulların hesabına kasıb
uşaqları oxutmağa başlayır. Bu zaman Həsən bəyin
qarşısına daha çətin bir məsələ
çıxır: şagirdlərin qayğısına qalacaq
tərbiyəçi qadın.
Həmin qadın həm rus, həm də türk dilini
bilməli idi.
O dövrdə isə bu keyfiyyətlərə sahib, oxumuş
qadın tapmaq müşkül məsələ idi. Belə
bir vaxtda Həsən bəy qəzetdə Tiflisdəki Müqəddəs
Nina qız məktəbini bitirən qızların
siyahısını oxuyur və orada bir ada rastlayır: Hənifə
Abayeva (soradan Məlikova).
Rus dilində təhsil almış bir müsəlman
qız Həsən bəy üçün çox önəmli
idi. Həmin
qızla tanış olmaq, öz məqsədini
bildirmək üçün Tiflisə yola düşür. Məktəbin direktoruna məramını bildirəndə
direktor Hənifə xanım haqqında ona məlumat verir.
Beləliklə,
direktor Həsən bəyi buraxılış gecəsi
münasibətilə keçiriləcək baloya dəvət
edir və burada o, Hənifə xanımla tanış
olur. Həsən bəyin çağdaş
düşüncələri, işıqlı məqsədi Hənifə
xanımın qərar verməsinə səbəb olur. Həm də bu onun da çoxdankı arzusu idi.
Beləliklə, Hənifə xanım Bakıya
gəlir və uşaqların təlim-tərbiyəsi ilə
məşğul olur.
Hənifə
xanım xatirələrində yazır ki, Həsən bəy
Bakıya qayıtdıqdan sonra daha fəal işləməyə
başlayır: “O, birinci növbədə cəmiyyətin
himayəsinə götürdüyü iki şagirdi öz mənzilinə
gətirdi. Həsən bəy sonralar iki uşaq
əvəzinə, evində ona qədər uşaq
saxlayırdı”.
Və məqsədləri eyni olan bu iki insan öz həyatlarını
da birləşdirirlər. Bu evlilikdən
onların dörd qızı (Pəri, Fatimə, Qərib
Soltan xanım Məlikovalar, bir qızları isə körpə
ikən vəfat etmişdi), iki oğulları (Midhət və
Səffət Məlikovlar) olur. Pəri
xanım Məlikova Əlimərdan bəy Topçubaşovla
ailə həyatı qurur.
Hənifə
xanımla bağlı ayrıca araşdırmaları olan gənc
araşdırmaçı Dilqəm Əhmədin sözlərinə
görə, bu maarifçi xanımla evləndikdən sonra Həsən
bəy Zərdabi maarifçilik yolunda daha uğurlu addımlar
atır: “O, 1873-cü ildə öz şagirdləri ilə
birlikdə Bakıda türk dilində ilk teatr
tamaşasını təşkil edir. Mirzə Fətəli
Axundzadənin “Hacı Qara” əsəri səhnələşdirilir.
1875-ci il iyulun 22-də isə Azərbaycanda
türk dilində ilk qəzet olan “Əkinçi” çap
edilir. Həsən bəy bu dövrdə Dumaya seçilir,
yenidən qəzetdə çalışır və
mühüm bir işə qol qoyur: müsəlman
qızları üçün məktəb açmaq. Bu dövrdə qızlar məktəbinin
açılması üçün səy göstərən
şəxslərdən biri də milyonçu Hacı Zeynəlabdin
Tağıyev idi. Tağıyev nəhayət
bir neçə cəhddən sonra məktəbin
açılmasına icazə ala bilir. Məktəbin
nizamnaməsini Həsən bəy hazırlayır. Nizamnaməyə görə məktəbin müdiri
təhsilli bir türk xanımı olmalı idi. Bu vəzifəyə
isə ən ideal adam Hənifə
xanım idi”.
Məktəb açılandan sonra Himayədarlar
Şurası təşkil olunur. Bu Şuraya
Tağıyev və onun həyat yoldaşı Sona xanım
Tağıyeva (Ərəblinskaya) başçılıq
edir. Məktəbin önəmli pedaqoqları Rəhilə
xanım Terequlova (Hacıbababəyova), Məryəm xanım
Sulikeviç, Adilə xanım Şahtaxtinskaya, Gülbahar
xanım Əhriyeva, Məryəm xanım Hembitskaya, Şəfiqə
xanım Əfəndizadə, Mina xanım Aslanova, Gövhər
xanım Qazıyeva, Nabat xanım Nərimanova, Şəhrəbanu
xanım Şabanova, Səkinə xanım Axundzadə
(1865-1927; ilk qadın dramaturq, yazıçı) idilər.
D.Əhməd
bildirir ki, beləliklə, artıq Hənifə xanım artıq
bir maarifçi kimi ön plana çıxır, təhsil sahəsində
mühüm işlər görür: “Topçubaşov
yazırdı ki, Həsən bəyin ləyaqətli rəfiqəsi
həmin andan etibarən xalq təhsilində müstəqil fəaliyyətə
başladı. Həsən bəylə
keçirdiyi həyat yolu onun üçün nümunəvi
məktəb idi. Bu fədakar qadın təkcə
zəhmətkeş kütlələrin maariflənməsi məsələsinə
dərindən müdaxilə etməklə kifayətlənmədi,
həm də onların vəziyyətini, ehtiyaclarını,
adət-ənənlərini öyrəndi…Öz şagirdlərinin
məhəbbətini və bütün müsəlman cəmiyyətinin,
xüsusilə də qadınların hörmətini
qazandı”.
1907-ci ildə Həsən bəy vəfat edir. Bakının
bütün ziyalıları, ictimai xadimləri onu
böyük sayğı ilə son mənzilə yola salır,
məzarı üstdə nitqlər söylənir.
Həsən bəyin ölümündən sonra da Hənifə
xanım ictimai işlərə davam edir.
1908-ci ildə Hənifə xanımın təşəbbüsü
ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi
olaraq “Bakı xanımlarının ilk təşkilatı”
yaradılır. Bakı milyonçularından Murtuza
Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik
etdiyi təşkilat tezliklə böyüyüb Bakı
Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə
çevrilir. Hənifə xanım 1909-cu
ildən 1919-cu ilədək Bakı şəhər dövlət
rus-tatar qız məktəbində müdir vəzifəsində
çalışır.
1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif
Komissarlığında məsul vəzifələrdə
çalışır.
Hənifə xanım 1925-ci ildə Həsən bəy
haqqında xatirələrini çap edir. Bu xatirələrdə
biz onun Həsən bəylə birlikdə necə fədakarlıqla
mübarizə apardığını görürük.
1929-cu il mayın 2-də Hənifə xanım dünyasını dəyişir. Həsən bəy Zərdabi kimi onu da bütün Bakı əhalisi son mənzilə dərin hüzn və ehtiramla yola salır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov dəfn mərasimində deyir: “Biz bu gün ağsaçlı ananı son mənzilə yola salırıq. Onun tərbiyə etdiyi, təhsil verdiyi övlad bir deyil, beş deyil, on da deyil – minlərlədir. Xalqımız Hənifə xanımın elədiyi xeyirxahlığı, təmənnasız yaxşılığı heç vaxt unutmayacaq”.
Hənifə xanım əvvəl şəhər qəbristanlığında dəfn edilir, sonralar cənazəsi həyat yoldaşı H.Zərdabinin məzarının yaxınlığına – Fəxri Xiyabana köçürülür.
Unutmamalıyıq ki, daha yaxşı cəmiyyət qurmağımız qadınlarımızın ålmi, əxlaqi, ictimai, iqtisadi, mədəni həyatdakı uğurlarından yararlanmaqla mümkündür. Dahi Cavidin söylədiyi kimi:
“ Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”
Bu gün dünyada håç bir millətin qadını “Mən Azərbaycan qadınından daha çox savadlıyam, ondan daha çox çalışmışam və çalışıram, millətimi qurtuluşa və zəfərə çatdırmaqda Azərbaycan qadınından daha çox əziyyət çəkmişəm” - dåyə bilməz.
Unudulmamalıdır ki, hər hansı bir cəmiyyətin gələcəyə doğru inkişafında qadınla kişi bərabər yürüməzsə, o cəmiyyətin tərəqqisi mümkün dåyil.
Rumiyyə
MİRASLAN
Sputnik.az
saytının əməkdaşı
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin
keçirdiyi müsabiqəyə təqdim etmək
üçün
Xalq Cəbhəsi.- 2018.- 27 ynavar.-
S.15.