Qarabağ bəylərbəyliyinin və
regionun idarə olunmasında ermənilər iştirak etməyib
2-ci yazı
Ermənilərin Qafqaza gəlmə olduqlarını
ciddi tarixi mənbələr təsdiqləməkdədir. Bu gün onlar özlərinin
bu torpaqların "köklü-köməcli sakinləri
olduğunu" "təsdiqləyən" filmlər
çəkir, kitablar yazır, yazdırır, elə
sanırlar ki, tarixi ardıcıl saxtalaşdıra biləcəklər.
Artıq yüz ildir Azərbaycanın tarixi ərazilərində
havadarlarının əliylə "Ermənistan" adlı
qondarma dövlət quran ermənilərin onillərdir hədəfi
Qarabağdır. Dağlıq
Qarabağı və ətraf rayonları işğal edən
ermənilər dayanmadan bu bögənin də dədə-babadan
"onların tarixi əraziləri olduğunu"
uydurmaqdadırlar.
Qarabağ xanlığının tarixinə həsr
olunmuş Azərbaycan tarixçilərinin
araşdırmaları əsasında da sübut olunur ki, bu
uydurmaların heç bir əsası yoxdur. Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, bu dövrdə, yəni XIX əsrin əvvəllərinə
kimi Qarabağın köklü xristian əhalisi
özünün alban mənliyini qoruyur və ermənilərdən
xeyli fərqlənirdi. Çar Rusiyası
Azərbaycanı işğal edib digər ölkələrdən
yüz minlərlə ermənini Azərbaycana, o cümlədən
Qarabağa köçürdükdən sonra isə
Dağlıq Qarabağın erməniləşdirilməsi
prosesi sürətləndi. 1872-1873-cü illərdə Şuşa qəzasının tarixinə məqalə
həsr etmiş K.Nikitin yazırdı ki, türklər bu ərazinin
yerli sakinləridir, ermənilər isə buraya XVII əsrin
sonundan köçməyə başlayıblar.
Artıq qeyd edildiyi kimi, XII əsrdən başlayaraq mənbələrdə
geniş şəkildə «Qarabağ» istilahından istifadə
edilir. Tədqiqatçılar Qarabağ toponimini
peçeneq-kəngərlərin bir qolu olan Qarabay (Qarabağ)
tayfasının adı ilə bağlayırlar. Görkəmli
alim V.Piriyev qeyd edir ki, bu terminə Şimali Qafqaz, Türkmənistan,
Özbəkistan, Əfqanıstan və s. ölkələrdə
rast gəlmək olar. Üstəlik Azərbaycanın
bir neçə bölgəsində Qarabağ adlı yer
mövcud olub. Onlan bir-birindən fərqləndirmək
üçün məlum ada coğrafi məkanın adı əlavə
edilirdi. Qarabağ bu dövrün mənbələrində
«Arran Qarabağı» kimi göstərilirdi:
"Qarabağın Xocavənd kəndində alban kilsəsi
XIII-XIV əsrlərdə Qarabağ Aranın «mərkəzi»,
«qəlbi», «paytaxtı» hesab olunurdu. Bu dövrdə Qarabağ
cənubda Araz çayı, cənub-qərbdə Həkəri
çayı, şimal-qərbdə Zəqəm çay,
şimal və şimal-şərqdə Kür çayı,
cənub-şərqdə Güştasfi ilə hüdudlanan ərazini
əhatə edirdi. XIII əsrin əvvəllərində
burada yerləşən Xaçın knyazlığı
monqolların və xarəzm şah Cəlaləddinin
hücumlarına məruz qalmışdı. Bununla belə, knyazlığm
başçısı Həsən Cəlal onlarla ümumi dil
tapa bildi və Qarabağ dağıntılardan xilas edildi.
Lakin 1261-ci ildə monqollar Həsən Cəlalı qətlə
yetirdilər, onun oğlu Cəlal Atabəy hakimiyyətə gəlsə
də, knyazlığı uzunmüddət qoruyub saxlamaq
mümkün olmadı, 1287-ci ildə Xaçın
knyazlığı ləğv olundu. Göründüyü
kimi, bu dövrdə də Qarabağın ermənilərə
heç bir aidiyyəti olmayıb".
XIII-XIV əsrlərdə Qarabağda əhalinin etnik mənsubiyyətinə
gəldikdə isə akademik Z.Bünyadovun qeyd etdiyi kimi, burada
həm monqol yürüşlərindən əvvəl, həm
də monqol yürüşlərindən sonra türkdilli əhali
tam əksəriyyət təşkil edib. Monqol
yürüşləri zamanı Qarabağa yeni-yeni türk
tayfaları köçürülüb və onlar alban mənşəli
əhali ilə heç bir münaqişəyə girmədən
burada məskunlaşıblar. Tarixi mənbələrin məlumatları
erməni «alimləri»nin bütün
uydurmalarmı əyani şəkildə təkzib etdiyinə
görə üzdəniraq alimlər tarixi mənbələri
təhrif etməkdən və ya bu mənbələrin məlumatlarını
özlərinə uyğun formada şərh etməkdən
belə çəkinmirlər: "XIII əsrdə Gəncədə
yaşamış alban tarixçisi Kirakosun «Tarix» adlı əsəri
1976-cı ildə rus dilində çap olunarkən «Ermənistan
tarixi» adını alıb. Halbuki müəllif əsərdə
erməniləri və albanları fərqləndirir və
albanlarm Qarabağın ən qədim sakinləri olduğunu
qeyd edir.
XV əsrdə Qarabağ müvafıq olaraq Qaraqoyunlu və
Ağqoyunlu Azərbaycan dövlətlərinin tərkib hissəsi
olub. XV əsrdə Həsən Cəlalın nəsli
Cahan şah Qaraqoyunludan «məlik» titulunu alıb. Sonralar bu nəsil 5 ailəyə bölünüb
ki, onların hər birinin nümayəndələri özlərini
«məlik» adlandırıb. XVIII əsrdə
Rusiya imperatoruna imzaladıqları məktublarda isə onlar
özlərini «Alban Ərşakilərinin varisləri» kimi
tanıtdırıblar. Öz dövlətləri
olmayan və yalnız kilsələri ətrafında cəmləşən
ermənilər XV əsrdə əriyib yox olmaq təhlükəsi
ilə üzləşmişdilər, çünki Bizans
hökmdarları və kilsəsi erməniləri assimilyasiyaya
uğradırdı. 1441-ci ildə erməni
katolikosluğunun mərkəzi Aralıq dənizi sahillərində
yerləşən Kilikiyadan əzəli Azərbaycan ərazisi
- Üçkilsəyə (Eçmiədzinə) köçürüldü.
Bu mənada erməni alimi A.Papazyanın qeydlərini
xatırlamaq yerinə düşər: «Öz dövlətçiliyini
çoxdan bəri itirmiş erməni xalqının
ictimai-siyasi tarixində erməni-qriqorian kilsəsi
böyük rol oynayırdı».
Həmin bu tarixdən başlayaraq ermənilər Zəngəzur
və Qarabağın onlara məxsusluğu haqqında fərziyyələr
uydurmağa başladılar. Bu məkrli işdə
erməni kilsəsinin təhrikedici missiyası
danılmazdır. Tədqiqatçı
İ.Petruşevski də bu faktı təsdiqləyərək
qeyd edir ki, Eçmiədzin kilsəsi müxtəlif
üsullarla ətraf torpaqları əldə etməyə
başlamışdı: "XVI əsrdə Qarabağ Azərbaycan
Səvəfi dövlətinin tərkibinə
qatılmış və burada hətta ayrıca bəylərbəyilik
- Qarabağ bəylərbəyiliyinin əsası
qoyulmuşdu. Qüdrətli Səfəvi
dövlətinin mövcudluğu şəraitində ermənilərin
hər hansı ərazi iddiasından söhbət gedə bilməzdi.
İnzibati mərkəzi Gəncə şəhəri
olan Qarabağ bəylərbəyiliyi Araz və Kür
çayları arasında, qərbdə Samxet dağları və
Göyçə gölünə kimi uzanan geniş bir ərazini
əhatə edirdi. Bəylərbəyiliyin
tərkibinə Bərdə şəhəri, Aqstabad (indiki
Ağstafa), Bərgüşad, Arazbar, Cavanşir və digər
mahallar daxil idi. Qarabağ bəylərbəyisi
vəzifəsinə adətən Səfəvilərin hakimiyyətə
gəlməsinə kömək etmiş qızılbaş
tayfalarından biri - Qacar tayfasından olan Ziyadoğulları nəslinin
nümayəndələri təyin olunurdu. İlk Qarabağ bəylərbəyi isə
Şahverdi sultan Ziyadoğlu (1551-1568) idi.
XVII əsrdə Qarabağ ərazisi bütünlüklə
Qarabağ bəylərbəylərinin tabeçiliyində
olmuş, burada yaşayan türk-müsəlman əhalisi və
məliklərin idarə etdiyi alban-xristian əhalisi bəylərbəyinə
tabe idi. Əhalinin tərkibində də dəyişikliklər
olmamışdı. Hazırda erməni «alimləri»
yazırlar ki, guya XVII əsrdə burada ermənilərdən
başqa heç kim yaşamayıb. Halbuki tarixi mənbələr açıq- aydın
şəkildə burada türk-müsəlman əhalisinin
çoxluq təşkil etməsini göstərir. XVI-XVII əsrlər Qarabağ bəylərbəyilərinin
adları bir daha sübut edir ki, sözügedən ərazini
türkmənşəli müsəlman Ziyadoğulları nəsli
idarə etmiş və regionun idarə olunmasm da ermənilərin
iştirakı əsla olmayıb. O.Əfəndiyevin tədqiqatı
əsasında tərtib edilmiş aşağıdakı
siyahı bunu bir daha təsdiq edir: Şahverdi sultan
Ziyadoğlu, İbrahim xan Ziyadoğlu,Yusifxəlif Ziyadoğlu,
Peykər sultan Ziyadoğlu, İmamqulu xan Ziyadoğlu, Məhəmməd
xan Ziyadoğlu, Osmanlı hakimiyyəti, Məhəmməd xan
Ziyadoğlu, Mürşüdqulu xan Ziyadoğlu, Məhəmmədqulu
xan Ziyadoğlu, Davud xan, Məhəmmədqulu xan Ziyadoğlu,
Murtuzqulu xan Ziyadoğlu.
Qarabağın dağlıq hissəsində olan
xristian-alban məliklərinin hər birinin hakimiyyəti XVII
yüzilliyin əvvəllərinə kimi adətən bir kəndə
yayılırdı. Səfəvi şahı I Abbas məlik rütbəsini
(Türkiyəyə qarşı müharibədə göstərilən
yardımın müqabilində) ilk dəfə olaraq hakim səviyyəsinə
qaldırdı: "Qarabağın dağlıq ərazisi beş hissəyə bölünüb, hər
hissə bir məlikin idarəsinə verildi. Məlik
öldükdən sonra vəzifə oğluna keçirdi.
Məlikin digər oğlanları «bəy»
adlanırdı. Tarixi təhrif etməyə
adət etmiş erməni «tədqiqatçıları»
yazırlar ki, guya Qarabağın məlikləri erməni
olduqlarına görə XVIII əsrin əvvəllərində
Rusiya çarlarının tərəfıni saxlayır və
Rusiyanın regiondakı siyasətini dəstəkləyirdilər.
Lakin tarixi faktlar və ilk növbədə o
dövrün rus rəsmi sənədləri bunu təkzib edir.
G.Məmmədovanın aşkar etdiyi 1724-cü
ilə aid məktublarda qeyd olunur ki, məliklərdən
«Çiləbördlü Sarkis qızılbaşların,
Gülüstanlı Esai osmanlıların, məlik
Bağır qızılbaşların tərəfini
saxlayırlar».
XVIII əsrin 20-ci illərinin ortalarında Azərbaycanın
bir çox yerləri kimi Qarabağ bəylərbəyinin ərazisi
də Osmanlı hakimiyyəti altında idi. Osmanlı
hakimiyyəti dövründə bu ərazi «Gəncə əyaləti»
adlanırdı. Gəncə əyalətinin
ərazisi Qarabağ bəylərbəyinin ərazisindən
xeyli kiçik idi. Məsələ
burasındadır ki, əvvəllər bu bəylərbəyiliyin
tərkibinə daxil olan Qazax 1723-cü ildə müvəqqəti
olaraq Tiflis əyalətinə birləşdirilmişdi. Elə bu səbəbdən də 1724-cü ildə
Qarabağ bəylərbəyiliyinin Lori və Pəmbək
mahalları ələ keçirilərkən onlar İrəvan
əyalətinə birləşdirilmişdi.
XVIII əsrin əvvəllərində Qarabağ
osmanlıların nəzarətinə keçmiş və nəticədə
əhalinin etnik tərkibində müəyyən dəyişikliklər
olmuşdu. 1727-ci ildə osmanlıların tərtib etdiyi
hesabatlara nəzər salsaq görərik ki, Qarabağın
dağlıq hissəsində 272 kənddən 112-sini müsəlman
əhali tərk edib. O.Əfəndiyevin
fikrincə, buna səbəb Osmanlı-Səfəvi müharibələri
olmuşdu. Müəllif qeyd edir ki,
osmanlıların yeritdiyi siyasət nəticəsində
Qarabağı əsasən şiə müsəlmanlar tərk
edir, xristian əhaliyə isə toxunulmurdu. Bununla belə, regionda yaşayan türk-müsəlmanlar
yenə də üstünlük təşkil edirdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 27 yanvar.-
S.13.