Qarabağ xanlığı necə
yarandı?
3-cü yazı
Qarabağ xanlığının tarixinə həsr
olunmuş Azərbaycan tarixçilərinin
araşdırmaları əsasında sübut olunur ki, ermənilər
Qarabağ torpaqlarına gəlmədilər. Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, Nadir şah Əfşarın hakimiyyətə
gəldiyi dövrdə əhalinin etnik tərkibində dəyişikliklər
olmasa da, siyasətdə müəyyən dəyişikliklər
baş vermişdi. Ziyadoğulları nəslindən
olan Qarabağ bəylərbəyiləri müxtəlif vasitələrlə
Nadir şah Əfşarın mərkəzi hakimiyyəti
gücləndirmək cəhdlərinə qarşı
çıxır, bunun əvəzində Nadir şah
Qarabağ məliklərini onlara qarşı
qaldırırdı. Nadir şah
Əfşarın ölümündən sonra Azərbaycanda
müstəqil xanlıqlar yaranmağa başladı. Mirzə
Camal Qarabağ sərhədini göstərərək
yazır: «Qədim tarix kitablarının yazdığına
görə, Qarabağ vilayətinin sərhədi belədir: cənub
tərəfdən Xudafərin körpüsündən
Sınıq körpüyə qədər Araz
çayıdır. İndi (Sınıq
körpü) Qazax, Şəmsəddin və Dəmirçi Həsənli
camaatı arasındadır və Rusiya dövləti məmurları
onu rus istilahilə krasnı most, yəni qırmızı
körpü adlandırırlar. Şərq
tərəfdən Kür çayıdır ki, Cavad kəndində
Araz çayına qovuşaraq Xəzər dənizinə
tökülür. Şimal tərəfdən
Qarabağın Yelizavetpolla (Gəncə - Z.H.) sərhədi
Kür çayına qədər - Goran çayıdır və
Kür çayı çox yerdən keçib Araz
çayına çatır. Qərb tərəfdən
Küşbək, Salvartı və Ərikli adlanan uca
Qarabağ dağlarıdır».
Tədqiqatçı G.Məmmədova XIX əsr müəllifı
Mirzə Adıgözəl bəyə istinad edərək
yazır ki, Qarabağın xristian məlikləri
Qarabağın azərbaycanlı əhalisi ilə vəhdət
təşkil edir və onlar da özlərini alban
sayırdılar. O dövrün mənbələrində də Qarabağın
ermənilərə heç bir aidiyyatı olmamasını
görmək mümkündür. Təsadüfi
deyil ki, XVIII əsr müəllifi Esai Həsən Cəlal
öz əsərində Qarabağı «Aqvan ölkəsi»
adlandırır. XIX əsr müəllifi
Mir Mehdi Xəzani isə yazırdı ki, «ermənilərin əcdadları
Qarabağ torpağına köçmədirlər». Beləliklə, sadalanmış faktlar sübut edir
ki, Qarabağ xanlığı yaradılarkən bölgə əhalisinin
əksəriyyəti türk-müsəlman olub, dağlıq ərazilərdə
mövcud olan məlikliklərin əhalisi isə özlərini
alban mənşəli hesab ediblər. Regionun
ən qədim dövrlərdən XVIII əsrin ortalarınadək
olan siyasi tarixinə nəzər saldıqda isə burada
heç vaxt erməni dövlətinin mövcud
olmamasının şahidi oluruq.
Qarabağ
xanlığının müxtəsər siyasi tarixinə gəldikdə,
tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmasında vurğulanır ki, XVIII əsrin 20-ci
illərində Səfəvi dövlətinin ərazisinin xeyli
hissəsi əfqan təcavüzünə məruz qalıb,
bu dövlətin digər böyük bir hissəsi isə
Osmanlı imperiyası və Rusiyanın işğalı
altında olub. Həmin dövrdə məşhur
Azərbaycan sərkərdəsi Nadir xan Əfşar İranda
mərkəzi hakimiyyəti ələ keçirmiş, əfqanları
və osmanlıları geri oturtmuşdu. İran
və Azərbaycanın bir çox əraziləri kimi
Qarabağ bəylərbəyiliyi də yadellilərdən azad
edilmişdi.
1736-cı
il martda o, Kür və Araz
çaylarının qovuşduğu yerdə - Cavadda
özünü şah elan etdi. Ziyadoğlular və
bir sıra başqa azərbaycanlı tayfa
başçıları şah nəslindən olmayan Nadirin
şah elan edilməsinə etiraz etdilər. Buna görə də şahlıq taxtına oturan
Nadir şah Ziyadoğluların gücünü zəiflətmək
məqsədilə Qazax və Borçalı elatlarını
onların tabeliyindən çıxarıb Kartli
çarının tabeliyinə keçirdi. Daha sonra isə
o, Şirvan, Qarabağ, Təbriz, Çuxursəd bəylərbəyiliklərini
mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan
vilayətinə daxil etdi və bu vilayətin idarəsini, yerli
Azərbaycan feodal hakimləri üzərində nəzarəti
artırmaq məqsədi ilə qardaşı İbrahim xana
verdi.
Nadir şah Qarabağda yaşayan və ona müxalif
mövqedə dayanan Cavanşir, Otuziki və Kəbirli tayfa
birliklərini cəzalandıraraq Xorasanın Sərəxsan
mahalına köçürdü. Qarabağın dağlıq hissəsində
yaşayan alban məliklərinə əmr etdi ki, Qarabağ (Gəncə)
bəylərbəyinə deyil, onun özünə, yaxud Azərbaycana
hakimi təyin etdiyi qardaşı İbrahim xana tabe olsunlar:
"Otuziki tayfa birliyi Qarabağın qədim və
güclü tayfalarından olub otuz iki oymaqda yerləşdiyinə
görə belə adlanırdı. Həmin
tayfa birləşməsinin tərkibində cavanşirlərin
nümayəndələri də vardı.
Cavanşirlərin yaşadıqları oymaqlardan biri də
Dizaq mahalında yerləşən Sarıcalı
oymağı idi. Rəvayətə görə, bu
oymağın adı onun əsasını qoyan Sarıca
Əlinin adı ilə bağlıdır. Onun varisi
İbrahimxəlil ağa öz sərvətini artırmağa
və mülklərini xeyli genişləndirməyə nail
olmuşdu. İbrahimxəlil ağanın
böyük oğlu Fəzləli bəy (Əhməd bəy
Cavanşir onun adını Behbudəli kimi göstərir.
Nadir şahın sarayında eşikağası
vəzifəsinə təyin olunmuş, lakin nə səbəbdənsə
şahın qəzəbinə düçar olaraq qətlə
yetirilmişdi. 1747-ci il iyunun 19-dan
20-yə keçən gecə Nadir şah
öldürüldü. İranda mərkəzi
hakimiyyət iflic vəziyyətinə düşdü, imperiya
ucqarlarının müstəqilləşməsi
üçün şərait yarandı. Bu
dövrdə Azərbaycanda 20-yə yaxın müstəqil və
yarım müstəqil xanlıqlar təşəkkül
tapdı. Belə bir tarixi şəraitdə
Pənahəli bəy Qarabağ xanlığının əsasını
qoydu.
Pənahəli bəy 200-ə qədər süvari ilə
birgə Qarabağa gəlib özünü xan elan etdi. O, bu hərəkətini belə
bir rəvayətlə əsaslandırdı ki, Hülakülər
sülaləsindən olan Arqun xanın nəslindəndir. Araz
çayının sahilində yerləşən Bəhmənli
kəndi yaxınlığında Alaqarğa oymağında
yaşayan və əcdadı olan Məhəməd xan adlı
birisi ceyran dərisindən hazırlanmış perqament üzərində
yazılmış qəbaləyə əsasən, Kürəkçay,
Kür, Araz, Əlincəçay və Göyçə
gölü arasındakı 200 verstə qədər
uzunluğu və bu qədər də eni olan bütün
Qarabağ torpaqlarını satın almış və uzun
müddət bu yerdən müstəqil surətdə istifadə
edərək hələ öz sağlığında
oranı üç oğlu arasında
bölüşdürmüşdü. Pənahəli
xan vaxtilə Xorasana köçürülmüş
Cavanşir və başqa elat tayfalarının Vətənə
qayıtdıqlarını eşidib öz ətrafındakılarla
birlikdə Qarabağ ellərini qarşılamaq
üçün İran sərhədinə kimi getdi. Köçkünlər əvvəlki yurdlarına
dönüb məskunlaşdılar.
Əgər Azərbaycan xanlıqlarının hər
biri hansısa bir şəhərin ətrafında təşəkkül
tapmışdısa, Qarabağ xanlığı ərazisində
mərkəz, təhlükə zamanı isə
sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli
bir yaşayış məntəqəsi yox idi. Buna görə
də xanın ilk işi etibarlı bir qala inşa etdirmək
oldu. 1748-ci ildə Kəbirli mahalında
Bayat qalası inşa olundu. Mirzə Camal Qarabaği bunu
belə şərh edir: «Hələ Qarabağın Xəmsə
mahalları ona tabe olmadığı halda (Pənah xan) ətraf
xanların onun üzərinə hücum edəcəkləri
təqdirdə ailə və qohumlarının, qulluqçu və
yaxın adamlarının qorunması üçün
münasib bir yerdə qala tikilməsini lazım bilmişdi. Məşvərətdən sonra, indi Kəbirli
mahalı içində olan Bayat qalasının binası
qoyuldu. Qısa bir zamanda möhkəm hasar
tikildi, xəndək qazıldı, bazar, hamam və məscid
inşa edildi. Xan, bütün ailəsinin,
qohumlarının və el böyüklərinin əhli-əyalı
oraya topladı. Ətrafda olan camaat, hətta
Pənah xanm tərəqqisini, onun rəftar və məhəbbətini
eşidən Təbriz və Ərdəbil vilayətlərinin
bir çox əhalisi və sənətkarları belə
öz ailələri ilə birlikdə gəlib Bayat
qalasında yerləşdilər».
O
dövrün hərbi istehkam inşası tələblərinə
uyğun olaraq qala dərin xəndək və bişmiş kərpicdən
tikilmiş divarlarla əhatə olunmuşdu. Bayat
qalasının inşası Qarabağ məliklərini və
Qarabağı özünə tabe etmək niyyətində
olan şəkili Hacı Çələbi xanı narahat
edirdi: "1736-cı il Muğan qurultayından sonra Nadir
şahın Qarabağ bəylərbəyiliyinə
qarşı gördüyü cəza tədbirlərindən
biri də Qarabağın beş məlikliyinə (Xəmsə)
daxili idarəetmədə sərbəstlik verərək
onların Qarabağ bəylərbəyinin tabeçiliyindən
çıxarıb Azərbaycan vilayəti hakiminə tabe
etdirməsi idi. Bəzi tarixi qaynaqlara görə,
məliklərin çoxu Qarabağın dağlıq hissəsinə
gəlmə idilər. Dizaq məliki Yegan
Loridən qaçıb gəlmiş, Nadir şahın hakimiyyəti
dövründə məlik rütbəsi almışdı.
Vərəndə məliklərinin əsli
Göyçədən idi, oradan qaçaraq gəlmişdilər;
Çiləbörd məliklərinin əsli Mağavizdən
idi. Nadir şah Əfşarla Osmanlı sərkərdəsi
Abdulla Köprülüzadə arasında olan
döyüşdə şaha mühüm xidmət göstərdiyinə
görə şah Çiləbörd nəliki Allahquluya bəy
rütbəsi vermişdi. Talış
(Gülüstan) məliklərinin əsli isə Şirvandan gəlmə
idi. Bir müddət Talış kəndində
məskun olmuş məlik Usub Gülüstan kəndini zəbt
edib ora köçmüşdü". Məliklər
siyasi müstəqillik xülyasına
düşmüşdülər və buna görə də Pənahəli
xanın güclənib öz hakimiyyətini bütün
Qarabağ ərazisinə yaymasına müqavimət göstərirdilər.
Onlar güclü hərbi qüvvəyə malik
Hacı Çələbini Pənahəli xana qarşı
çıxmağa təhrik edə bildilər. Hacı Çələbi bir neçə başqa
feodal hakimlə birgə Qarabağ xanlığına
basqın etdi. Pənahəli xan əvvəlcədən
bütün elatı Bayat qalasma toplamışdı. O, hər
iki-üç gündən bir atlı dəstə
ilə qaladan çıxaraq düşmənə qəfıl
həmlələr edirdi. Əhməd bəy
Cavanşir hətta Bayat qalasında baş vermiş bir
qanlı döyüşdə Pənahəli xanın Hacı
Çələbi xanı «tamamilə əzdi»yini yazır.
Mirzə Camal Qarabaği isə yazır: «Şirvan və Şəki xanları heç bir iş görə bilmədilər. Mühasirə bir aydan artıq çəkdi. Hər gün qoşunlarının qırılmasını, at və ulaqlarının qarət olunmasını görən xanlar peşman və pərişan halda köçüb getdilər və hər kəs öz vilayətinə qayıtdı. Zəmanəsinin kamil şəxsiyyətlərındən olan Şəki vilayətinin hakimi Hacı Çələbi qayıdan zaman bu sözləri dedi: «Pənahəli xan bir xan idi. Biz gəldik onunla dava elədik və bir iş də görə bilmədik. İndi biz onu şah edib qayıdırıq».
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 30 yanvar.-
S.13.