Pənahəli xan Qarabağ məlikliklərini
necə birləşdirdi?
4-cü yazı
Tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmalarında vurğulanır ki, 1749-50-ci illər
arasında Pənahəli xan Gəncəyə hücum edib
şəhərin bir hissəsini tutdu. Gəncəli
Şahverdi xan şəkili Hacı Çələbi xanı
və carlıları köməyə
çağırdı. Lakin Pənahəli xan onlarla
sövdələşib geri qayıtmalarma nail oldu. Çıxılmaz vəziyyətdə qalan
Şahverdi xan gürcü çarları I Teymuraz və II
İrakliyə müraciət etdi. Qarabağ
xanının Gəncəni tutduqdan sonra gürcülərin zəbt
etdikləri Qazax və Borçalını tələb edəcəyindən
narahat olan çarlar Şahverdi xanın yardımına gəldilər.
Vəziyyətin gərginləşdiyini görən Pənahəli
xan Şahverdi xandan 450 tümən bac
alıb geri döndü: "Özündən qat-qat
güclü düşmənlər üzərində qələbə
çalması Pənahəli xanın şöhrətini və
nüfuzunu artırdı. Bundan sonra Pənahəli
xan Xəmsə məliklərinin
bölüşdürücülük fəaliyyətinə
qarşı mübarizəyə başladı. Məliklərdən biri - Şahnəzər öz əmisi
Hüsünü öldürüb hakimiyyətə
keçdiyinə görə digər məliklərlə ədavətdə
idi. Onlar Şahnəzəri məlik kimi
tanımaq istəmədilər və birləşib Vərəndəyə
basqın etdilər, lakin Şahnəzərə qalib gələ
bilmədilər. Qış
düşdüyü üçün məliklər öz
mülklərinə çəkilib yazda basqın təkrar etmək
qərarına gəldilər. Pənahəli
xan Şahnəzərlə əlaqə yaratdı.
Şahnəzər xoşluqla Pənahəli xanın hakimiyyətini
qəbul etdi və hətta öz qızı Hürizadı
xanın oğlu İbrahim xəlil ağaya verdi.
Xaçın məliyini aradan götürmək
üçün Pənahəli xan Xındırıstan kəndxudası
Mirzəxanı çağırıb bildirdi ki, əgər
o, Xaçın məliki Allahverdini tutub onlara təhvil versə,
əvəzində özü məlik rütbəsi ala bilər.
Mirzəxan belə də etdi. Beləliklə Xaçın məlikliyi də
Qarabağ xanından asılı vəziyyətə
düşdü".
Digər məlumatlara görə isə Xaçın məliki
Ulubab Ballıca oymağı yanında qızğın
müqavimət göstərdikdən sonra oğlanları ilə
birlikdə qılıncdan keçirildi. Dizaq məliyi
Yeqan da öz oğulları və qohumları ilə birlikdə
kəskin müqavimət göstərmiş, lakin onların
bir hissəsi qırılmış, bir hissəsi isə
İslam dinini qəbul etmişdi. Çiləbörd məliyi
Allahqulu Pənahəli xanın təbəəliyini qəbul
etdi: "Lakin bir müddət sonra yeni Çiləbörd məliyi
Hətəm Talışda hakimiyyəti ələ
keçirmiş məlik Usubla ittifaqa girərək Pənahəli
xana qarşı mübarizəyə başladı. Son nəticədə
onlar məğlubiyyətə uğrayıb Gəncə
xanlığına qaçdılar və 7 il
Şəmkir mahalında yaşadılar. Yalnız
Qarabağ xanına itaət göstərdiklərini bildirdikdən
sonra onlara geri qayıtmaq icazəsi verildi.
Bayat savaşı göstərdi ki, xanlığa daha
etibarlı qala lazımdır. Bayatın strateji
mövqeyi zəif, iqlimi isti olduğundan burada uzun müddətə
böyük hərbi qüvvə saxlamaq mümkün deyildi.
Buna görə də Pənahəli xan Təməkütdə
«Şahbulaq» adı ilə tanınan qala inşa etdirdi.
Mirzə Adıgözəl bəyin yazdığına görə,
Şahbulaq qalası 1165-ci hicri ilində (20 noyabr 1751-ci il - 7 noyabr 1752-ci ildə) tikilib. Yeni iqamətgaha
köçən Pənahəli xan Bayat qalasınm
dağıdılması barədə göstəriş verdi".
Mir Mehdi Xəzani
Pənahəli xanın 4-5 il Bayat
qalasında iqamət etdiyini yazır. O, xan iqamətgahının
köçürülməsinin səbəbini izah edərək
yazır ki, Bayat qalası aranda yerləşdiyinə görə
yay fəslində elatlar o ətrafda dayanmayıb yaylağa
köçdüyündən «zərurət olanda onlara əl
yetişmir»di. A.Bakıxanov yazır ki,
«Şahbulaq» adlı yerdə vaxtilə I Şah Abbas
qışlamışdı.
Xəmsə məlikləri sakitləşdikcə ətrafdakı
elatların bir hissəsi xoşluqla, digər hissəsi isə
zor gücünə xanın hakimiyyətini qəbul etdilər. Bundan sonra
Qarabağ xanı öz hakimiyyətini ətrafa yaymağa
başladı. O, Gəncə, Qaradağ, Ərdəbil və
Naxçıvan xanlarını öz təsiri altına
aldı, mülklərini cənub-şərqə və cənub-qərbə
tərəf genişləndirərək Tatev, Sisyan, Qafan, Mehri
mahallarım özünə tabe etdi.
Mirzə
Adıgözəl bəy bu barədə belə yazır: «Pənahəli
xan Mehri, Güney mahallarını Bərgüşada qədər
Qaradağ hakiminin əlindən alıb özünə tabe
etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən,
Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyindən,
Kolanıların məskəni olub Uşacıq kəndindən
Göyçə sərhədinə qədər uzanan Tərtər
çayı sahilindəki yerləri İrəvan hakimindən
aldı. Gəncə hakimlərinə aid və Xudafərin
körpüsündən Kürək çayına qədər
olan yerləri də öz əlinə keçirdi».
Salnaməçi
yazır ki, Naxçıvan elindən olub bir minbaşıya
tabe olan Kəngərli eli, Borçalıdakı Dəmirçihəsənlilərdən
olub, bir minbaşıya tabe olan Dəmirçihəsənəli
eli, yenə Borçalıdan olan Cinni tayfası da Qarabağa
gəlib Pənahəli xanın himayəsinə
sığınmışdılar. Mirzə Camal Qarabağ
xanlığının sərhədlərini belə təsvir
edir: «Xanlığın sərhədi cənubda Xudafərin
körpüsündən Arazın Kürə
töküldüyü yerə kimi, qərbdə Xudafərin
körpüsündən şimala tərəf Küşbək,
Salvartı və Ərikli adlı uca Qarabağ
dağlarından keçərək Sınıq körpüyə
qədər uzanır. Şərqdə
Kürün Arazla qovuşduğu yerdən başlayıb
üzüyuxarı davam edərək Gəncə
xanlığı ilə sərhəd idi».
Rzaqulu bəy
atası Mirzə Camalın məlumatını dəqiqləşdirərək
yazırdı: «Qarabağın müəyyən edilmiş sərhədi
cənub tərəfdən Araz çayı və şimal tərəfdən
Gəncə sərhədində olan Kür
çayıdır. Qarabağ vilayətinin eni
bu iki çay arasındakı məsafədən ibarətdir.
Xanlar dövründə ölçülüb
hesablandığına görə 26 mildir (1 mil 7 verstdir).
Şərq tərəfdən Cavad kəndi və
Qərb tərəfdən Küşbək, Salvartı və
Ərikli adlanan Qarabağ dağlarıdır. Qarabağ vilayətinin uzununu təşkil edən bu
dağların boyu 39 mildir».
Beləliklə,
tarixi mənbələri araşdıraraq belə nəticəyə
gəlmək olar ki, Kiçik Qafqazın cənub-şərq
çıxıntısında yerləşən Qarabağ
xanlığı Azərbaycan ərazisinin mühüm əhəmiyyətli
hissəsini əhatə edirdi: "Xanlıq şimal-qərbdə
Kürəkçay və Qaraçay boyunca Gəncə
xanlığı ilə, cənub-qərbdə
Naxçıvan xanlığı ilə, qərbdə İrəvan
xanlığı ilə həmsərhəd idi. Şimal-qərbdə Qarabağ xanlığı
Kür çayı boyunca Şəki xanlığı ilə,
daha sonra şərqdə yenə Kür çayı boyunca
Şamaxı xanlığı ilə həmsərhəd idi.
Cənubda xanlıq Qaradağ xanlığı
və qismən Təbriz xanlığı ilə həmsərhəd
idi. Qarabağ xanlığı ləğv
edildikdən sonra onun yerində yaradılan Qarabağ əyalətinin
ərazisinin 13 min kvadrat verst olduğunu nəzərə alsaq
Qarabağ xanlığının ərazisinin də təxminən
bu qədər olduğunu söyləmək olar".
Mir Mehdi Xəzani
Qarabağ xanlığının sərhədinin cənubda
Araz çayı ilə uzanaraq Xudafərin körpüsündən
Cavad, Əlvənd və Zərdab kəndlərinin
müqabilinə kimi çatdığmı, şərqdən
Kür çayı, şimaldan Gəncə xanlığı
və Goran çayı ilə, qərbdən Qarabağ,
Salvartı və Ərikli dağları ilə hüdudlandığını
yazırdı. Mirzə Rəhim Fənanın
yazdığına görə, xanlığının sərhədləri
cənub tərəfdən mis mədənləri olan Qapan
dağları boyunca şərqə - Araz çayınadək
uzanır, oradan Araz boyunca şərqə doğru Araz ilə
Kür çaylarınm qovuşuğuna, «Qalaqayın» adlı
qəsəbəyə kimi uzanırdı. Oradan qərbə
doğru Duzdağ yamacmda yerləşən Türyan çay
adlı yerədək, sonra Gorandan Murovdağın ətəyindəki
Molla Vələdli mülkünədək, oradan da Qara
Çinar mülklərini əhatə edib üzüyuxarı
cənuba tərəf dağın qarlı-buzlu yamaclara qədər
davam edirdi və Araz çayına çatırdı.
A.Bakıxanov
yazır ki, Pənahəli xan Xudafərin körpüsündən
başlayaraq Kürək çayına və Bərgüşad
mahalına qədər yerləri ələ keçirmiş,
bundan əlavə Qaradağa aid Mehri və Güney
mahallarını, Naxçıvana aid Tatif və Sisyanı,
İrəvana aid Tərtər Kolanını və Təbrizə
aid olan Zəngəzur və Qapanı tutmuşdu; Pənahəli
xan bəzən Ərdəbil və s. kimi qonşu
xanlıqları da özünə tabe edirdi.
Tədqiqatçı
E.Məmmədovanın fıkrincə, Qarabağ
xanlığı şimal-qərbdə Kürəkçay və
Qaraçay boyunca Gəncə xanlığı ilə, cənub-qərbdə
Naxçıvan, qərbdə İrəvan, şim alda Şəki
və Şamaxı, cənub-şərqdə Təbriz və
Ərdəbil xanlıqları ilə (əslində isə
Qarabağ xanlığı cənubda ilk növbədə
Qaradağ xanlığı ilə - Z.H.) həmsərhəd
idi. V.Piriyevin yazdığına görə,
Qarabağ xanlığı Şəki, Gəncə, İrəvan,
Naxçıvan, Qaradağ, Cavad və Şamaxı
xanlıqları ilə həmsərhəd idi. Qarabağ
xanlığının sərhədləri Qafqazdakı rus
qoşunlarının baş komandanı, general Sisianovun
çar I Aleksandra göndərdiyi 22 may 1805-ci il tarixli raportda
daha dəqiq təsvir edilmişdi: "Raportda
xanlığın Kür çayı boyunca Şəki və
Şamaxı xanlıqları, Araz boyu Qaradağ və
Naxçıvan xanlıqları, Göyçə
gölü boyu İrəvan xanlığı və Goran
çayı boyunca Yelizavetpol dairəsi (yəni Gəncə
xanlığı) ilə həm sərhəd olduğu
göstərilir. Qarabağ xanlığının
qüdrətinin artdığı bir dövrdə İranda
şah taxtı uğrunda mübarizə bütün kəskinliyi
ilə davam etməkdə idi".
50-ci illərin ortalarında bu mübarizədə ən
çox Astrabad və Mazandaran hakimi Məhəmmədhəsən
xan Qacar, Urmiya xanı Fətəli xan Əfşar və
Şiraz hakimi Kərim xan Zənd fərqlənirdi. Məlum idi ki,
iddiaçılar Qarabağı da rahat buraxmayacaqdılar:
"Qarabağ xanı Məhəmmədhəsən xan
Qacardan daha çox ehtiyat edirdi. Çünki Pənahəli
xan təsiri altında olan və bundan xilas olmaq istəyən
Gəncə hakimi Şahverdi xan Ziyadoğlunun öz qohumu Məhəmmədhəsən
xanı Qarabağa yürüşə təhrik edəcəyini
gözləyirdi. Pənahəli xan Məhəmmədhəsən
xan kimi qüdrətli düşmənin basqınına məruz
qalmamaq məqsədi ilə daha möhkəm bir
sığınacaq inşa etmək qərarma gəldi...”
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 31 yanvar.-
S.13.