Amerikada yaşayan azərbaycanlı elm fədaisi
ABŞ-da alimlik dərəcəsi almaq
çox çətindir. Belə insanları elm fədailri də adlandırmaq olar, böyük zəhmət, gərgin elmi araşdırma nəticəsində bu dərəcəyə yüksələ
bilirlər. Bu gün mən sizə onlardan biri- ABŞ-da fizika üzrə
fəlsəfə doktoru
alimlik dərəcəsi
alan, həmyerlimiz
Dürdanə xanım
Balakişiyevadan söhbət
açmaq istəyirəm.
Artıq iyirmi ildir ki, Amerikada
yaşayır…
Dürdanə xanım Bakıda dünyaya gəlib. 1992-ci ildə 15 yaşında ikən 189 nömrəli orta məktəbi bitirib. 1992-1997-ci illərdə
Bakı Dövlət Universitetinin fizika fakultəsində ali təhsil alıb. Sonra bir il də İtalyanın Triest şəhərindəki
"Beynəlxalq Nəzəri
Fizika Mərkəzi"ndə
oxuyaraq yüksək enerji fizikası üzrə magistr dərəcəsinə yiyələnib.
1999-cu ildə ABŞ-ın Nyu York ştatına gəlib.
Yeddi il
məşhur Sirakus Universitetinin doktoranturasında
elmi araşdırmalarla
məşğul olub.
2006-cı ildə oranı həm eksperemental fizikadan magistr dərəcəsi ilə və həm də fizika üzrə fəlsəfə doktoru kimi başa vurub. Həmin il Florida ştatına
köçüb və
Florida Universitetində altı
il post doktorantura keçərək astrofizika
sahəsində "qara
materiya"nı tədqiq
edib. 2014-cü ildən Texas ştatının
Dallas şəhərində yaşayır. Burada Cənubi Metodist Universitetində mühəndislik
və tibb fakultələrinin tələbələrinə
fizikadan dərs deyir, professordur…
…Atası Nazim Balakişiyev cəzaçəkmə
müəsissələrinin birinin xəstəxanasında
baş həkim işləyib. 2003-cü ildə vəfat edib. Anası Rühəngiz Qasımova
tibb elmləri namizədidir. Uzun illər
Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının
müəllimi olub.
Hazırda özəl
klinikalardan birində çalışır…
Doğma vətəni çox sevir. Azərbaycan naminə bir
sıra işlər də görüb. Texas ştatının müxtəlif qəzet və jurnallarında Qarabağ həqiqətləri
ilə bağlı məqalələrlə çıxış
edir. Vaxtaşırı Dallas məktəblərinə gedib yuxarı sinif şagirdlərinə
Azərbaycan haqqında
mühazirələr oxuyur.
Bundan əlavə Dallasda yaşayan soydaşlarımızla bir
araya gəlib, milli və rəsmi
bayramlarımızı birlikdə
qeyd edirlər…
Deyir ki,
"İstəyirəm ki,
terrorçu təşkilatlar
sıradan çıxsın,
heç bir yerdə təxribat törədilməsin. Müharibələrə son qoyulsun. İnsanlar öz
aralarında döyüşməkdənsə
yaşadıqları yer
kürəsini, kosmosu
tədqiq etsinlər.
Adamlar bir-birinə hörmətlə,
sevgi ilə yanaşmağı bacarsınlar.
Bir sözlə, hər yerdə əmin-amanlıq hökm sürsün"…
…İki övladı
var. Qızı Əminə
xanım anası çalışdığı universitetin tələbəsidir. Oğlu
İlyas isə bu il orta məktəbi bitirəcək…
Təmkinli, çox danışmağı
sevməyən xanımdır. Dərin təfəkkürü,
zəkası ilə hadisələrə düzgün
qiymət verməyi bacarır. Yüksək intelekti onun
hərtərəfli inkişaf
etməsinə səbəb
olub. Rəsm çəkməyi xoşlayır. Əvvəllər karandaş, akvarel, quaşla çəksə
də son vaxtlar kətan üzərində
yağlı boya ilə işləməyə
daha çox üstünlük verir.
İdmanın tennis növü ilə mütəmadi məşğul olur.
Mütaliə etməkdən yorulmur.
Arzuları çoxdur. Ən böyük arzusu isə övladlarına yüksək təhsil vermək, onları xoşbəxt görməkdir.
Bir sözlə, bu azərbaycanlı alim xanımın ABŞ kimi nəhəng ölkədə
qazandığı uğurlar
ehtiram və alqışa layiqdir...
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Xalq cəbhəsi 2019.- 4 aprel.-
S.8.