Güney Azərbaycan ədəbiyyatı: ənənəvi obrazlar yeni məzmun müstəvisində

 

 

1-ci yazı

Ədəbiyyatda mövzu seçimi məsələsi ən vacibmühüm məsələlərdən sayılır. Şair qələmə aldığı əsər üçün ilk olaraq mövzunu müəyyənləşdirir. Çünki yaxşı mövzu konkret həyat hadisələrini daha qabarıq verməklə oxucuda yeni düşüncə tərzi formalaşdırır. Müsbət haldır ki, müasir ədəbiyyatımızın ayrılmaz qolu olan Güney Azərbaycan ədəbiyyatında bu ölçüyə diqqət yetirilir.

Müharibə mövzusu ədəbiyyata yeni tipli xarakterlər gətirməklə, söz sənətində ideologiyanın məqsəd və məramını da müəyyənləşdirdi. Bu, Güney ədəbiyyatında inqilabi əhvali-ruhiyyənin oyanmasına imkan verdi. Nəticədə, bir sıra poemalarda müharibə mövzusu qabardılmaqla cəmiyyət üçün yararlı olan fəal ictimai fikir formalaşdırılmağa başlandı. Hilal Nasirinin “Qəhrəmanlar” poemasında qabardılan qəhrəmanlıq motivləri Məhəmməd Biriyanın “Azərbaycan əsgəri” poemasını xatırlatsa da, o, bu əsəri ilə ədəbiyyata yeni tipli xarakterlər gətirmiş, həm də ədəbiyyatın inkişaf meyllərinin müəyyənləşdirilməsinə istiqamət verib.

Cənub şairlərinin poemalarında digər mövzu eşq, məhəbbət, ülvi hissduyğular aləmi ilə bağlıdır. Bu mövzularda qələmə alınmış poemalar insan ovqatını, ümumən, müəyyən müsbət sistemə salır. Bu əsərlərdə həyat və yaşam üçün zəruri olan hər vasitə öz rəngində görünür, həmçinin bədii təfəkkürün incəlikləri və zəriflik məsələlərinə istinad edilir, aşiq-məşuq faktoru ayrı-ayrı epizodik surətlər vasitəsilə bədii lövhələrlə verilir, başlanğıcdan - proloqdan keçən insan anlamı və bu anlamda təzahür edən Tanrı sevgisi ilə oxucuya təqdim olunur.

1930-cu illərdən başlayaraq həm Quzey, həm də Güney Azərbaycan poeziyasında dövrün, zamanın diqtəsi ilə beynəlxalq məsələlərin əks-sədası olan bəşəri mövzular mühüm əhəmiyyət kəsb etməyə başlayır. Qələm adamları bu mövzu ətrafında əsərlər yazır, beynəlxalq arenaya çıxmağa başlayır, bəşəriyyəti narahat edən problemlərin həlli yollarının axtarılıb tapılmasında yaradıcı dünya birliyinin sıralarına qoşulurlar.

1930-40-cı illərdə Güney Azərbaycan ədəbiyyatında maddi və mənəvi məsələlərin qabarıqlaşaraq sonrakı illərdə daha geniş şəkildə formalaşmağa başlaması ədəbiyyatda özünüdərk faktorunun müəyyənləşməsinə gətirib çıxarırdı. Güney Azərbaycan ədəbiyyatı üçün yeni olan bu istiqamətə güclü təkan verən, bununla da ədəbiyyatdan əbədiyyətə körpü salan təkrarsız söz ustadlarından biri mübariz ruhlu şair B.Q.Səhənddir. Onun “Sazımın sözü“ poemasında ruhani, hissi oyanış və milli özünüdərk fəlsəfəsi əsər boyu öz təsdiqini tapır. Şairin milli özünüdərk prosesində Azərbaycan qadınının, Ana obrazının yeri, əsərlərində bu mövzuya xüsusi diqqət yetirməsi süjetə paklıq və qüdrət motivləri aşılamaqla cəmiyyətdə mübarizlik əmsalını mənəvi gücün hesabına daha da artıra bilir. “Sazımın sözü“ndə bu istiqamət Azərbaycan xalqının əxlaq və mənəviyyatında formalaşmış qadına dərin hörmət hissini qabarıq və inandırıcı verməklə realizə olunmuşdur. Mövzunun aliliyi B.Q.Səhəndə imkan vermişdir ki, mənsub olduğu xalqın şan-şöhrətli tarixini, qədim mədəniyyətini, zəngin mənəviyyatını, özünəməxsus adət-ənənələrini tərənnüm edə bilsin.

Bütün bəşəri mövzuları özündə ehtiva edən “Sazımın sözüpoemalar silsiləsinə başqa bir rakursdan baxdıqda da düşündürücüdür. Poemada boyların hər birinin süjet xətti fərqlidir, çoxşaxəli və əhatəlidir, mövzu dairəsi geniş və rəngarəngdir. Mövzuya yanaşması ilə, yaradıcılıq potensialından mükəmməl istifadə etməklə buna nail olan şair qəhrəmanlıq eposuna yenidən qayıdır. Lakin təkcə igidlərin qəhrəmanlığını ön plana çəkməklə kifayətlənmir, eyni zamanda, igidləri dünyaya gətirərək öz südü ilə bəsləyən, mükəmməl, cəsur bir igid kimi böyüdüb boya-başa yetirən, ismətli və mərd analarımızdan bəhs edir. Qəlbində böyük vətən sevgisi, heç nə ilə əvəz olunmayan təmənnasız, ilahi sevgi daşıyan ana, bacı, sevgili olan kişi qeyrətli qızlarımızın təfəkkürünü açır:

 

Keçmişləri varaqla, bax, haman zaman, elə o vaxt.

Bizim yerdə, bizim eldə qadınlığa hörmət varmış.

O da, haqlı bir insanmış, qardaş imiş öz ərinə

Güləşərmiş, vuruşarmış, at minərmiş, ox atarmış.

Boyu uzun Burla xatun, saçı uzun Selcan xatun

Nigar xanım, Ərəbzəngi, Həcər xanım, Zeynəb paşa.

 

Burla xatun, Selcan xatun, Nigar xanım, Ərəbzəngi, Həcər xanım, XIX əsrdə Təbrizdə baş vermiş Tənbəki üsyanına başçılıq etmiş Zeynəb paşanın adını çəkən şair təəssüflə bildirir ki, zaman dəyişdi, insan hüquqlarının tapdalandığı, el-obasının yağmalandığı dövrlərdə qadın ləyaqətini, ismətini ucuz tutanlar peyda oldularöz çirkin məqsədlərini həyata keçirməyə, onlardan istifadə edərək dəyərsiz əşya kimi bir kənara atmağa başladılar:

 

Bax, əsrlər ana, qadın,

Bu dünyada haqlı-haqsız,

Bir qul kimi, matah kimi

Al-ver olub satılmışdır.

Kişilərin əllərində

Dəyərsiz bir dəsmal kimi,

Əl-əl gəzib, ləkələnib

Bir tərəfə atılmışdır.

B.Q.Səhənd qutsal varlıq sandığı, tarix boyu qəhrəmanlar, ər igidlər doğurub böyütmüş Azərbaycan qadınını sadəcə savunmur, onun qədər dəyərli, bənzərsiz olduğunu təkcə Güney oxucusuna deyil, bütün dünya xalqlarına, bəşəriyyətə çatdırır.

H.Sahir ana dilini obrazlaşdıran, qoruyan görkəmli söz sənətkarıdır. Vətəni, ana təbiəti bədii qəhrəman səviyyəsinə qaldıran şairin sevərək yaratdığı bu müqəddəs obrazlar silsiləsində Ana obrazı daha təsirli yaddaqalandır.Məktəb xatirələripoemasında lay

lasıilə röyalarını dərinləşdirən, səsilə xəyalını göylərə yüksəldən, qucağında ona cənnəti bağışlayananasına həsr etdiyi aşağıdakı bəndlər bu ali varlığa şairin bir övlad sevgisinin izharıdır:

Anam mənim ortaboylu bir xanım,

Siyah saçlı, "Bayatsoylu bir xanım,

Deyib, gülən, haylı-huylu bir xanım,

Zəncirli güllücələr geyərdi,

"Nuşafərinnağılını deyərdi.

 

Həbib Sahir (1903-1988) “Nərgizpoemasında təsvir etdiyi hadisə, yaratdığı ana obrazı daha təsirli orijinaldır. Poemanın süjet xətti təsadüf üzündən qadın, qız ovçusu, zalım, ağılsız xanın əlinə düşmüş saf, sadə gözəl kənd qızı Nərgizin amansız ovçu¬nun əlindən qurtulması hadisəsi üzərində qurulmuşdur. Anasından icazə alaraq kəndin qızları ilə birlikdə dağ yamacına pencər-quzuqulağı, kəklikotu, yemlik yığmağa gedən Nərgizin geri qayıdarkən ayağına tikan batır. Qızlar Nərgizin başına gələndən xəbərsiz olduqlarına görə yollarına davam edərək yamacdan xeyli uzaqlaşırlar. Nərgizin tikanı çıxarmağa başı qarışır. Bu zaman ovdan qayıdan Xan onu görür qızı qaçırmaq qərarına gəlir. Atlıları ilə Nərgizi qovur, qaçmaqdan əldən düşən qız yerə yıxılaraq bayılır. Gözünü açdıqda isə özünü xanın mənhus çadırında görür. Axşam düşür, qaş qaraldıqca işıqlı dünyası da qaralan Nərgiz çarəsizlik içində çaba- layır, qurtuluş üçün yollar arayır. Elə bu an kasıb daxmalarında yalqız qalmış zavallı anasını xatırlayır, ananın halı qızın gözlərinin önündə canlanır. H.Sahir bu parçada obrazlı bədii dillə çox təsirli, böyük məna daşıyan bir epizod, bitkin bir səhnə yaratmış, insanı duyğulandıran ana-övlad məhəbbətinin bədii detalların köməyi ilə ifadəsini, tipik Azərbaycan qadınının axşam cağı məşğuliyyətinin, yaşantılarının, xan tərəfindən qaçırılmış qızından nigarançılığının, çəkdiyi iztirabların ağırlığından qara saçlarının bir günün içində ağarmasının təsvirini verib:

 

Gördü evdə ana yalnız oturmuş,

Toxur lampa işığında bir naxış.

Solğun kölgə kimi, qərib o ana.

Qızın bir az qoca gəldi gözünə

Ölüm tozu qonmuş idi üzünə!

Dedi: - Mənim anam deyildi qarı,

Nədən ağarıbdır qara saçları,

Gördü ki, göz qapaqları bükülür,

Göz yaşları naxış üstə tökülür.

Dedi: - Ana, mənim üçün ağlama,

Məraq etmə, təslim olmam mən xana.

 

Anasının pərişan xəyalı Nərgizi ayıldır, onu qəti qərar verməyə qurtuluş üçün həlledici addım atmağa sövq edir. Qoca xanın ondan əvvəl qapıb qaçırdığı gözəlin yolgöstərici sözləri öz həlledici təsirini göstərir:

 

Heyf olsun sənin kimi bir gəlin,

Yaraşarmı çürük, qoca bir xana?

Bir qaniçən, dişi düşmüş heyvana...

Tutulmuşam mən bu dərd qəmə.

 

Ara sakitləşib kənd əhli əl-ayağını çöldən-bayırdan yığanda xan ovuna sahib olmaq üçün gərdəyə girmək istəyir. Bu zaman Nərgiz əvvəlcədən əldə etdiyi bıçağı onun ürəyinə sancır qaranlıqda qaçıb gözdən itir.

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 6 aprel.- S.14.