İrəvan xanlığında vergi
yığımı sistemi
1-ci yazı
Xan şəxsən hər bir kəndin vəziyyətini,
gəlirlərinin fərqini, torpağın keyfiyyətini, suya
olan tələbatını, otlaqların məhsuldarlığı
ilə maraqlanaraq binaçı vergisi vermək iqtidarında
olan həyətləri müəyyən edirdi. Binaçı
vergisi xana yaxın olan iki köməkçisi tərəfindən
toplanırdı. Binaçı vergisi
icbari olsa da, quraqlıq düşdükdə, dolu
yağdıqda, əkin sahələrinə çəyirtkə
ziyan vurduqda və daşqın olduqda bu vergi
alınmırdı. Lakin vəziyyət
düzəldikdən sonra binaçı vergisi bərpa
olunurdu. Yalnız Şərur
mahalının əhalisi məhsulu xanla yarıbayarı
böldüyünə görə binaçı vergisindən
azad edilmişdi. Hətta siyasi vəziyyətlə
əlaqədar olaraq xanlığa pənah gətirmiş
qaçqınlar da bu növ vergini verməli olurdular. Xan onları torpaq, istehsal alətləri və
qoşqu heyvanları ilə təmin edərək, müəyyən
müddətə vergidən azad edirdi. Sonradan
onlar binaçı vergisi verməyə məcbur edilirdi.
Tarix
üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan
xanlığı ilə bağlı araşdırmasında
bildirilir ki, İrəvan xanlığında binaçı
vergisi verən kəndlilər iki növə
bölünürdülər: bəhrəkərlər və
yarıkərlər. Bəhrəkərlər
xanın xəzinəsinə ildə 10 tümən, yarıkərlər
isə 3 tümən məbləğində binaçı
vergisi verməli idilər. Hüseynqulu
xanın dövründə bəhrəkər kəndlərində
539 ailə, yarıkərlərdə isə 300 ailə bu
vergini ödəyirdi. Ermənilər də
bu cür vergi verirdilər. Onların
sayı 253 ailədən ibarət idi. Bu
ailələr ildə xanın xəzinəsinə 1.539 tümən,
6 minaltun və 16/2 şahı binaçı vergisi ödəyirdilər.
Ümumiyyətlə, bütün xanlıqda
binaçı vergisi verən ailələrin sayı 1093 nəfər
təşkil edirdi. Onlardan da hər il
xəzinəyə 7.836 tümən, 1 minaltun və 16/2
şahı binaçı vergisi daxil olurdu.
Cəmiyyətə pulla ödənilən hədiyyələr
daxil idi. Belə hədiyyələr İrəvan
xanlığında «peşkəş» adlanırdı. Peşkəş hörmət naminə xana və
yaxud onun yaxın adamlarına verilirdi. İ.Şopen
bu vergiyə rüşvəti də əlavə etmişdi.
O, yazır ki, rüşvət hər hansı məqsədə
çatmaq üçün vəzifəli şəxslərə
«hədiyyə» adı altında verilirdi. Lakin bu
səhv bölgüdür və rüşvəti «peşkəş»lə
bir sıraya qatmaq düzgün deyil.
Peşkəş adətən Novruz bayramı zamanı hədiyyə
olunurdu. Sərdara
hər il Maku hakimi Əli xan 200 tümən, Eçmiədzin
kilsəsi 150 tümən, İrəvan şəhərinin Azərbaycan
türkləri 70 tümən, erməni əhalisi 30 tümən,
Zəngibasar və Qırxbulaq mahallarının Azərbaycan
türkləri 70 tümən, erməni əhalisi 18 tümən,
Gərnibasar və Vedibasar mahalları 70 tümən, Şərur
mahalı 70 tümən, Sürməli mahalının Azərbaycan
türkləri 70 tümən, ermənilər 30 tümən,
Sərdərabad mahalı 42 tümən, Körpübasar
mahalı 70 tümən peşkəş vermişdi. Peşkəşdən
əlavə, İrəvan şəhər əhalisi xana ildə
60 ədəd kəllə qənd, Şərur əhalisi isə
bəzi hallarda pul vergisi əvəzinə dəyəri 460
tümən 6 minaltun olan 1000 taçkir buğda və 1428
taçkir çəltik verməli idi. Dərəkənd-Parçenis
və Saatlı mahallarının ağsaqqalları
ayrı-ayrılıqda ildə xana dəyəri 40 tümən
olan dayça peşkəş olaraq verirdilər. Peşkəş verənlər siyahısına
kürd ağaları, ağsaqqalları və məmurları
da daxil idi. Beləliklə, xan hər il
yerli əhalidən 1.320 tümən 6 minaltun dəyərində
peşkəş alırdı.
Qeyd etmək lazımdır ki, Eçmiədzin kilsə
xadimlərinin yuxarıda dəyəri göstərilən
peşkəşinin miqdarı Hüseynqulu xanın
dövrünə aiddir. Əvvəllər də erməni kilsə
xadimlərinin xana və onun yaxın adamlarına peşkəş
verməsi haqqında mənbələrdə məlumata rast gəlmək
mümkündür.
İrəvanlı Semyon özünün «Cambr» əsərində
yazır ki, «növruz bayramı günü biz xana,
bütün əyanlara və saray xidmətçilərinə
pul və digər şeylər hədiyyə verməli idik. Bütün
bu hədiyyələrin dəyəri 20 tümən idi».
Daha sonra əsərin müəllifi qeyd edirdi
ki, «Hər il xan oktyabr ayında əyanları ilə birlikdə
Eçmiədzinə gəlirdi. Xan qiymətli
hədiyyə alardı və bizə siyahı verərdi.
Siyahıda hansı ağaya nə qədər hədiyyə
verilməsi göstərilərdi. Bütün
bu hədiyyələr bizə 50 tümənə başa gələrdi».
Qeyd olunan bu məlumat XVIII əsrin 60-cı illərinə,
Hüseynəli xanın dövrünə aiddir.
Cəmiyyətə ermənilərin üzüm
bağları daxil edilmişdi. Şərab həm
xarici, həm də daxili bazarda böyük gəlir gətirdiyindən
xan ermənilərdən buna görə vergi alırdı.
Beləliklə, Qırxbulaq mahalının
Çalmakçı kəndinin üzüm bağlarından
150, Kanakir kəndindən 100, Qızılqala kəndindən
90, Zəngibasar mahalının Şirabad kəndindən 100,
Körpübasar mahalının Əştərək kəndindən
isə 240 tümən vergi toplanırdı.
E.Qarayevin İrəvan xanlığı ilə
bağlı araşdırmasında daha sonra bildirilir ki, səkkizinci
cəmiyyətə xanın məmurlarının xeyrinə
toplanan vergilər daxil idi. Bu vergilər
aşağıdakılardır: a) Mahal naiblərinin xeyrinə
toplanılan vergilər. Onlar xəzinədən
məvacib almasına baxmayaraq, əhalidən də bu məmurların
xeyrinə vergi toplanırdı. Sürməli
mahalında mirbölüyün xeyrinə Azəri türklərindən
40 tümən, erməni məliklərinin xeyrinə isə
ermənilərdən 30 tümən alınırdı; b)
Mahal naibləri mirzələrinin xeyrinə toplanan verginin
miqdarı ildə 50 tümən idi; v) Su işinə baxan
mirabların xeyrinə ildə yığılan vergilər:
İrəvan şəhər əhalisindən 145 tümən,
Gərnibasar mahalından 58 tümən, Vedibasardan 29 tümən
7 minal- tun 10 şahı, Körpübasardan 30 tümən,
Şərurdan 30 tümən və Sürməlidən 30
tümən toplanırdı. Bundan əlavə, mirabın xeyrinə
Cərnibasar və Vedibasar mahallarının kəndliləri
ümumi dəyəri 200 tümən olan 730 taçkir
buğda, 158 taçkir arpa, 144 taçkir çəltik,
Şərur mahalı kəndliləri isə ümumi dəyəri
64 tümən olan 40 batman çəltik, 120 taçkir
buğda, 240 taçkir arpa və 10 batman inək yağı
ödəyirdilər. Bütövlükdə hər il mirabların xeyrinə 584 tümən 7
minaltun 10 şahı vergi toplanırdı. c) Qulluq pulu
qulluğa görə məmurların xeyrinə əhalidən
toplanan vergi idi. Hər il əhalidən
pulla yığılan 6 şahıdan əlavə xəzinəyə
natural şəkildə vergi də daxil olurdu. Həmçinin
xəzinəyə ödənilən hər xalvar pambıq və
tütünün bir hissəsindən əlavə, əhalidən
2 tümən alınırdı.
Hüseynqulu
xanın dövründə meyvə bağlarından, darı,
arpa və çəltikdən alınan məbləğin
mahallar üzrə miqdarı aşağıdakı qayda
üzrə idi: Zəngibasar və Qırxbulaq mahallarından
113 tümən 7 minaltun, Gərnibasar və Vedibasarda 158
tümən 9 minaltun, Sürməlidən 120 tümən,
Saatlıdan 2 tümən, Sərdarabaddan 67 tümən 5
minaltun, Körpübasardan 85 tümən 4 minaltun 5
şahı. Bu vergi cəmi 547 tümən 5
minaltun 5 şahı olurdu. Pambıqdan toplanan məbləğin
miqdarı Zəngibasar və Qırxbulaq mahalları üzrə
200 tümən 9 minaltun, 12 şahı, Gərnibasar və
Vedibasar mahalları üzrə 113 tümən, 3 minaltun, 5
şahı, Sürməlidə 226 tümən 4 minaltun,
Saatlıda 28 tümən 4 minaltun, Sərdarabad üzrə 186
tümən 4 minaltun, 4 şahı, Körpübasar üzrə
isə 56 tümən olmaqla ümumi məbləği 811
tümən 5 minaltun 1 şahı idi. Tütündən təkcə
Sürməli mahalı üzrə 24 tümən vergi
alınırdı;
Kənd əhalisindən fərqli olaraq İrəvan
şəhər əhalisindən «keşikçi pulu» adlanan
xüsusi vergi yığılırdı. Bu vergi gecə
vaxtı həm bazarda, həm də şəhərdə
asayişi qoruyan keşikçi dəstələri
üçün toplanırdı. Onun
miqdarı ildə 72 tümən hesablanırdı.
İrəvan xanlığında biçinçilərdən
də xüsusi vergi yığdırdı. Hər bir
biçinçi xəzinəyə 34 şahı ödəməli
idi. Mahallar üzrə bu verginin miqdan belə idi: Gəmibasar
və Vedibasar mahalları 50 tümən, Şərur
mahalı 65 tümən, Sürməli mahalı 131 tümən
6 minaltun 14 şahı, Sərdarabad mahalı 37 tümən, Zəngibasar,
Qırxbulaq və Körpübasar mahalları birlikdə 116
tümən 3 minaltun 6 şahı xəzinəyə pul ödəyirdi.
Biçinçilərdən alınan verginin
miqdarı ildə 400 tümən edirdi. Hüseynqulu
xanın dövründə xəzinəyə ödənilən
vasitəsiz verginin miqdarı 23.076 tümən 7 minaltun 12 V2
şahı və yaxud 92.307 gümüş rubl, 5 qəpik
idi.
İrəvan xanlığında dövlət xəzinəsinə
vasitəsiz vergilərdən əlavə vasitəli vergilər
(dolayı yolla xəzinəyə daxil olan vergi-E.Q.) də daxil
olurdu. Vasitəsiz vergilərdən fərqli olaraq, vasitəli
vergilərin yığılması xan tərəfindən
icarəyə verilirdi. Hər il xəzinəyə
aşağıdakı miqdarda vasitəli vergilər ödənilirdi:
1) Qulp duz
mədənindən alınan vergi. Məhəmməd xanın
dövründə bu mədənlərdən xəzinəyə
3.00 tümən, Hüseynqulu xanın döründə isə
3500 tümən;
2)
Dükanlardan alınan vergi 1.300 tümən;
3)
Boyaqxanalardan alınan vergi 1245 tümən;
4) Sabun
bişirənlərdən və qəssabxanalardan alınan
vergi 1.208 tümən 5 minaltun;
5)
Dövlət bağlarından 835 tümən və sərdar
üçün müəyyən miqdarda meyvələr;
6)
Dövlətə məxsus dəyirmanlardan və çəltik
həvəngdəstəsindən 766 tümən;
7)
Mizan-çəki pulu 715 tümən;
8)
Karvansaralardan 700 tümən;
9)
Hamamlardan 390 tümən;
10) Bazar
meydanından 348 tümən;
11) Pul kəsənlərdən
300 tümən;
12)
Ayaqqabıya nal vuran dəmirçilərdən 225 tümən;
13) Aksizdən
110 tümən;
14)
Göyçə gölündən balıq ovuna görə
100 tümən;
15)
Tütündən 72 tümən;
16) Dəri
aşılamasından 50 tümən;
17) Bostan
torpağından 20 tümən;
18) Kəndlərin
icarəyə verilməsindən 525 tümən;
19)
Darğa vəzifəsinə görə 819 tümən vergi
alınırdı.
İrəvan xanlığında əsas vasitəli pul
vergilərindən biri də «rəhdar» vergisi idi. Bu
gömrük vergisi ölkəyə gətirilən və
aparılan mallardan alınırdı və xəzinənin gəlirinin
əsas sahələrindən biri hesab olunurdu. İrəvan
xanı Qulaməli xanın II İrakliyə yazdığı
bir məktubda «rəhdar» vergisinə belə qiymət
verilmişdi: «İrəvan ölkəsinin
(xanlığının-E.Q) əsas gəliri rəhdarxanalann
icarəyə verilməsindən, yollardan ticarət məhsulu
keçərkən tacirlərdən toplanılan rəhdarlıq
vergiləridir». Xanlığın hər bir
bucağında-qala qapısından tutmuş çayların
keçidlərinə qədər, hətta dini ocaqlara gedən
yolların hamısında xanın adamları, rəhdarları
və bacdarlar durub, gedib-gələnlərdən ağır
vergilər alırdılar. Rəhdar
vergisinin yığılması xüsusi adamlara icarəyə
verilirdi. Xanlığın ayrı-ayrı
yerlərində bu vergini toplamaq üçün rəhdar məntəqələri
yerləşdirilmişdi. Belə məntəqələr
İrəvan şəhərində, Köpübasar, Sürməli,
Şərur, Sərdarabad və Gərnibasar mahallarında fəaliyyət
göstərirdi. Hətta gizli qaçaq
malçılığın qarşısını almaq
üçün sərdarın əmri ilə Abaran
mahalının Sudakənd kəndində və digər yerlərdə
xüsusi gözətçi qüvvələri yerləşdirilmişdi.
Onlar gətirilən mallardan xüsusi haqq
alırdılar. Hər dəvə və
yaxud at yükündən 20 gümüş qəpik,
eşşək yükünün isə yarı qiymətini
alırdılar. Şərurda isə
gözətçilər gətirilən və aparılan hər
at yükündən özbaşına olaraq 2 şahı (4 qəpik)
alırdılar.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 20 aprel.-
S.13.