İrəvan xanlığında vergi yığımı sistemi
2-ci yazı
İrəvan xanlığında ayrı-ayrı
xanlıqlardan, Kartli-Kaxetiyadan,
İran və Osmanlı dövlətlərindən
gətirilən mallardan
müxtəlif miqdarda
rəhdar alınırdı. Hətta yerli
tacirlər də vergi ödəyirdi. Lakin əcnəbi tacirlərə
nisbətən yerli tacirlərə güzəşt
edilirdi. İrəvanın yerli tacirlərinin gətirdikləri hər cür parçanın bir arşınına 50 qəpik, əcnəbi tacirlərdən isə ikiqat vergi alınırdı.
Azərbaycanın digər
xanlıqlarından və
İrandan gətirilən
müxtəlif yük
mallarından - xalça,
şal və digərlərindən, eyni
zamanda şəkər,
qəhvə, nabat, şəkər tozu, xına, müxtəlif mis əşyalar, badam, albuxarı, mismar, yağ, bal, xurmadan 1 rubl 60 qəpik, hər yük ipək və dəridən 4 rubl, tünd boyaqdan 3 rubl 20 qəpik, pambıq parçadan 60 qəpik, kişmiş, noxud, nar və üzüm
şirəsindən isə
54 qəpik vergi alınırdı.
Tarix üzrə fəlsəfə
doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında
bildirilir ki, Kartli-Kaxetiyadan gətirilən
mallardan - alma, armud, xurma, əncir, kişmiş, qoz, zoğal, badam və s. meyvələrdən
olan yükdən 54 qəpik, taxta yükündən isə
20 qəpik vergi alınırdı. Osmanlı
dövlətindən gətirilən
mallardan: müxtəlif
növ parça, yağ, yun, zəy, marena, araq, çaxır, bal, mum
və s. malların yükündən 1 rubl 60
qəpik, qoz və digər meyvə yükündən
80 qəpik, tir, taxta və taxta
piyalə yükündən
20 qəpik, qalın tir yükündən isə 2 qəpik vergi alınırdı.
Xanlıqda gətirilən mallardan əlavə, aparılan mallardan da vergi
alınırdı. Aparılan
hər cür növ parça, yun, zəy, marena yükündən 1 rubl 60 qəpik və gözətçilərin
xeyrinə isə 1 rubl 12 qəpik, çəltik yükündən
40 qəpik, gözətçilərin
xeyrinə 40 qəpik,
İrəvan şəhərindən
Kartli-Kaxetiyaya aparılan
duz yükündən
32 qəpik, kişmiş
yükündən 80 qəpik,
gözətçilərin xeyrinə isə 1 rubl 20 qəpik, boyaq bitkisinin hər yükündən
3 rubl 20 qəpik, gözətçilərin xeyrinə
1 rubl 12 qəpik, ipək yükündən
4 rubl, gözətçilər
üçün 1 rubl
12 qəpik, pambıq yükündən 80 qəpik
və gözətçilərin
xeyrinə isə 1 rubl 92 qəpik, mahallardan xaricə aparılan bütün malların yükündən
isə 2 qəpik vergi alınırdı.
İrəvan xanlığında şəhər
və mahallar üzrə rəhdar vergisindən gələn gəlir müxtəlif idi. Məsələn, «rəhdar»
vergisi İrəvan şəhərində 2.500 tümən,
Gərnibasar və Vedibasar mahallarında 90 tümən, Şərur mahalında 110 tümən,
Sürməli mahalında
300 tümən, Sərdarabad
mahalında 20 tümən
və Körpübasar
mahalında isə 374
tümən təşkil
edirdi. Rəhdar gömrük vergisi
xəzinəyə ildə
3.394 tümən gəlir
gətirirdi. Beləliklə, İrəvan xanlığında
vasitəli və vasitəsiz pul vergisindən xəzinəyə
ildə 39.709 tümən
2 minaltun, 12 `/2 şahı
və yaxud 158.837 gümüş rubl 5 qəpik ümumi gəlir gəlirdi.
Pul vergisi ildə iki dəfə
- payızda məhsul yığımından sonra
və fevralda pambıq təmizləndikdən
sonra yığılırdı. Verginin toplanmasının
öz qaydası vardı. Belə ki, vaxtın
tamamında xanın yasavulları mahal naiblərinin mirzələri
ilə birlikdə kəndləri gəzərək
vergi toplamaq üçün ağsaqqallardan
iltizamnamə alırdılar.
Bundan sonra kəndin böyükləri yarımillik
vergini yığaraq onu xəzinəyə təhvil verir və əvəzində qəbz alırdı.
Mahal naibləri əhalidən toplanan qəbzləri xəzinəyə təhvil
verərək, ümumi
qəbz alırdılar.
Elatlardan
da bu qayda
ilə pul vergisi toplanırdı.
E.Qarayevin İrəvan xanlığı
ilə bağlı araşdırmasında daha
sonra bildirilir ki, İrəvan xanlığında əhalidən
pulla alınan vergidən başqa natural şəkildə də vergi yığılırdı. Bu vergi əkilən məhsuldan, müxtəlif
növ mal-qaradan, yundan, yağdan, odundan, kömürdən,
toyuq və yumurtadan ibarət idi. Xanlıqda məhsulla alınan
əsas vergi «malcəhət» vergisi idi. Digər xanlıqlardan fərqli
olaraq İrəvan xanlığında bu vergi növü «bəhrə» adlanırdı.
Bəhrə məhsulun 5-dən 1/3 qədərində idi.
Bəhrə iki qismə
- «bəhrəçeyi-divani» və «bəhrəçeyi-malikanəyə»
bölünürdü. Kəndlilərin dövlət xəzinəsinə
ödədiyi bəhrə
«bəhrəçeyi-divani», mülkədarlara ödənilən
isə «bəhrəçeyi-malikanə»
adlanırdı. Bütün taxılçılıqla
məşğul olan kəndlilər bu vergini məcburi verməli idi. Bəhrə vergisini yarıkər və bəhrəkər torpaqlarından alınırdı.
Bu torpaqlar həm
xəzinəyə, həm
də mülkədarlara
məxsus idi. Xəzinəyə məxsus yarıkər
torpaqlarında işləyən
kəndlilər xan tərəfindən toxumla,
kotanla və digər lazımi vasitələrlə təmin
olunduğundan məhsulun
1/2 hissəsi ona çatırdı. Ümumilikdə, İrəvan xanlığında
xəzinə və mülkədara məxsus kəndlər dörd qrupa - bəhrəkər, yarıkər, rəncbər
və icarəyə götürülmüş kəndlərə
bölünürdü.
Hər kəndin
özünəməxsus vergi
miqdarı vardı. Bəhrəkər kəndlərindən toplanmış
məhsulun bir hissəsi sərdara çatmalı idi. Mülkədarlara məxsus yankər
kəndlərindən yığılan
məhsulun 1/2 hissəsi
mülkədara, bəhrəkər
torpaqlarından yığılan
məhsul isə sərdarla mülkədar arasında bölünürdü.
Bu məhsulun 1/5 sərdara, 4/30 hissəsi isə mülkədara çatırdı.
Rəncbər kəndlərindən alınan
vergilərin miqdarı
ayrı-ayrı mahallar
üzrə müxtəlif
idi. Məsələn, Zəngibasar
mahalının Çarbağ
kəndinin əhalisi çəltik və pambığın 2/3 hissəsini,
digər məhsulların
isə üç hissəsini, Şərur mahalının Çamaxtir
kəndinin əhalisi çəltiyin 2/3 hissəsini,
digər məhsulların
yarısını, Körpübasar
mahalının Muğancıq
kəndinin əhalisi isə bütün məhsulun 4/5 hissəsini vergi ödəyirdilər.
Xanlıqda icarəyə verilmiş kəndlər də mövcud idi. Adətən sərdarın özü mülkədarlardan icarəyə
kəndlər götürürdü.
Əvəzində mülkədarın icarə haqqını ödəyirdi. Məsələn,
o icarə etdiyi Uluxanlı, Behbudabad, Əbülkənd və Seyidkənd kəndlərinin
gəlirindən istifadə
edir və əvəzində hər il mülkədarlara buğda, xalvar arpa, 12 batman pambıq və 30 batman soğan, Vedibasar mahalının dağılmış Qarabağlar
kəndinə görə
10 xalvar buğda, Gərnibasar mahalında Sirboğan, Abbasabad, Köşəkli və Purço kəndlərinə
görə 10 xalvar buğda, Yeqvard kəndi üçün isə Eçmiədzin kilsəsinə 3 xalvar buğda icarə haqqı ödəyirdi.
Bununla bərabər,
İrəvan xanı coğrafi vəziyyətinə,
keyfiyyətsiz torpağına
görə bəzi bəhrəkər kəndlərinə
və elatlara güzəştə gedərək
ancaq xəzinə torpaqlarından yığılan
məhsulun 7/30-ni almaqla
kifayətlənirdi. Ab-aranda və
Alagöz dağının
yüksək yerlərində
yerləşən Axsaqqallılara
güzəştə gedərək
vergi yığanların
xeyrinə vergi alınmırdı və əvəzində onlar məhsulun 6/30 hissəsini
vergi ödəyirdilər.
Belə vəziyyətdə olan mülkədar kəndlərinə
də güzəşt
edilirdi. Onlardan ümumi
məhsulun 4/30 və
1/10 hissəsi miqdarında
vergi alınırdı.
Bəzi kəndlər vergi ilə bərabər hərbiyə dəstə
də verirdi. Məsələn, Dərəkənd-Parçenis
mahalının əhalisi
ildə 800 tümən
vergi ödəməklə
bərabər, ordu üçün 200 süvari
dəstəsi də toplayırdı. Sərhəd yaxınlığında, dağlıq
yerlərdə yaşayan
ayrumlardan heç bir vergi alınmırdı.
Lakin onlar başçıları üçün
müəyyən vergi
- hər ev
1 batman yağ, 1 yük
saman və 1 yük odun verməli
idilər.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, xanlıq dövründə müxtəlif kənd təsərrüfatı məhsullarından dövlət xəzinəsinə gələn gəlirin miqdarı Hüseynqulu xanın vəziri Mirzə İsmayıl tərəfindən rus məmurlarına verdiyi vergi siyahısı üzrə müəyyən edilmişdi. Lakin bu məlumatın dəqiqliyinə şübhə edildiyindən, 1829-cu ildə yenidən ümumi gəlir haqqında yoxlama keçirilmişdi. Nəticədə, vəzir Mirzə İsmayılın vergi cədvəlinə əsasən dövlət xəzinəsinə hər il gələn kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 305.218 rubl 51 qəpik, 1829-cu il vergi cədvəlinə görə isə 314.027 rubl 4 qəpik miqdarında olmuşdu.
İrəvan xanlığında qeyd olunan vergidən əlavə, parakər adlanan mükəlləfiyyətdən də gəlir əldə edilirdi. Belə ki, məhsuldar torpağı və suyu bol olan kəndlərin əhalisi sərdar üçün müəyyən miqdarda müxtəlif növ məhsul əkməyə borclu idilər və yığımdan sonra məhsulun müəyyən hissəsini ona ödəyirdilər. Yığılan buğda və arpanın beş hissəsi, çəltiyin yeddi hissəsi və pambığın hər xalvar toxumundan əmələ gələn məhsulun təmizlənmiş 60 batmanı sərdara çatırdı. Parakər mükəlləfiyyətindən xanın xeyrinə gələn verginin ümumi dəyəri 84.435 tümən, 4 minaltun, 12 şahı və yaxud 337.745 rubl 84 qəpik təşkil edirdi. Bu vergi ödəməsində ayrı-ayrı mahalların bəzi kəndləri iştirak edirdi. Mahallar üzrə kəndlərin və evlərin sayı aşağıdakılardır:
Qırxbulaq mahalı-11 kənd - (343 həyət)
Zəngibasar mahalı-21 kənd- (1.043 həyət)
Qarnibasar mahalı-38 kənd- (787 həyət)
Vedibasar mahalı-12 kənd- (576 həyət)
Şərur mahalı- 41 kənd- (1.035 həyət)
Sürməli mahalı- 44 kənd- (1.644 həyət)
Saatlı mahalı-5 kənd- (160 həyət)
Seyidli-Axsaqqallı-14 kənd- (311 həyət)
Sərdarabad mahalı- 19 kənd- (745 həyət)
Körpübasar mahalı- 28 kənd- (1.297 həyət).
Ymumiyyətlə, xanlıqda parakər mükəlləfiyyətini yerinə yetirməklə vergi verən 10 mahalın 233 kəndində 8211 həyət qeydə alınmışdı.
Adları çəkilən vergilərdən əlavə, ildə xəzinəyə müxtəlif adda digər vergilər də daxil olurdu. Bu əsasən elatlardan alınan vergilər idi. İ.Şopenin tərtib etdiyi kameral siyahıyaalınmada köçəri və köçmə maldarlıqla məşğul olan elatların vergi və mükəlləfiyyətindən ətraflı bəhs edilmişdir. İ.P.Petruşevski elatların yerinə yetirdiyi vergi və mükəlləfiyyəti beş qismə bölür: 1) Xana və tayfa rəislərinə məxsus örüş yerlərindən istifadəyə görə mal-qaradan, yağdan, pendirdən və yundan alınan vergi; 2) bir hissəsi natural, digər hissəsi pul şəklində sürüdən alınan vergi; 3) Müxtəlif şərtlərlə xana məxsus sürünün qorunması və otarılması; 4) Köçmə zamanı ağır yükləri daşımaq üçün xana və tayfa rəislərinə yük heyvanlarının verilməsi; 5) feodal yığma qoşununda hərbi xidmət (çərik).
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2019.- 23 aprel.-
S.13.