Özbək ədəbiyyatı: Qafur Qulam

 

 

Qafur Qulam 10 may 1903-cü il tarixində Daşkənd şəhərində anadan olub. 1912-ci ildə atası Qulam Oripov vəfat etdiyi üçün o, əmisinin himayəsində yaşayıb. Onun atası ədəbiyyat həvəskarı olub, “MirzəQulamtəxəllüsləri ilə çoxlu şeirlər yazıb. Qafur Qulamın uşaqlıq gənclik illəri böyük maddi məhrumiyyət içərisində keçib. Lakin bütün bunlara baxmayaraq o, təhsildən yayınmayıb, 1916-cı ildə rus-özbək məktəbinə daxil olub. Şair 15 yaşında ikən, yəni 1918-ci ildə anasını itirdiyindən evin böyüyü olduğu üçün ailənin bütün çətinliklərini ödəmək məcburiyyətində qalır. Bundan sonra əmək fəaliyyətinə başlayaraq çətin şəraitdə mətbəə mürəttibi işləyir. Qafur Qulam 1918-ci ildə 8 aylıq ibtidai sinif müəllimi hazırlayan kursa daxil olur. Buranı qurtardığı üçün 1919-cu ildə ibtidai məktəbdə müəllim işləyir. Pedaqoji sahədə xüsusi xidmətləri nəzərə alınaraq Maarif Komissarlığının tapşırığı ilə 1923-cü ildə ona internat məktəbi təşkil etmək həvalə olunur. O, həmin ildə yeni yaradılmış internat məktəbinə müdir təyin olunur. Qafur Qulamın ilk şeiri 1923-cü ildə internat məktəbində işlədiyi vaxt yazılıb.

Şair 1923-28-ci illər arasında paralel olaraq məktəb-maarif, həm komsomol sahəsində fəaliyyət göstərib. Bu illər arasında Q.Qulam olduqca məhsuldar yaradıcılıqla məşğul olub. Demək olar ki, 1930-cu ilə qədər şair 500-dən artıq şeir, hekayə, felyeton, oçerk poema yazıb. O, 1928-1942-ci illər arasında bir çox qəzet jurnallarda işləyib. Ümumiyyətlə, bir şair kimi mətbuatın onun həyatında rolu böyük olub. Q.QulamŞərq həqiqəti”, “Qızıl Özbəkistanqəzetləri Yer üzü”, “Müştümjurnalları ilə daha yaxın əməkdaşlıq edib. Qafur Qulam klassik özbək ədəbiyyatının dahi sənətkarı Əlişir Nəvai yaradıcılığına yüksək qiymət vermiş, onun haqqında bir neçə məqalə şeirlər yazıb. O, 1939-cu ildə NəvaininFərhad Şirinpoemasını nəsr şəklinə salaraq çap etdirib. Q.Qulam 1943-cü ildə Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1963-cü ildə isə Özbəkistanın xalq şairi fəxri adına layiq görülüb.

Qafur Qulamın tərcüməçilik sahəsində xüsusi xidmətləri var. Şairin Azərbaycan, türk, rus bir sıra Avropa xalqları ədəbiyyatından etdiyi tərcümələr özünün orijinallığına görə seçilir. O, ayrı-ayrı vaxtlarda S.Vurğundan, Şekspirdən, Qorkidən, Mayakovskidən başqalarından özbək dilinə tərcümələr edib. Qafur Qulam 1966-cı ildə vəfat edib. 1970-1978-ci illər arasında şairin əsərlərindən ibarət 12 cildliyi çapdan çıxıb. Qafur Qulam istedadlı sənətkarlardan biridir. Müasir özbək ədəbiyyatında fəlsəfi şeirinyeni nəsrin inkişafında xüsusi xidmətləri olan sənətkardır. Onun yaradıcılığındakı fəlsəfilik, novatorluq, millilik və beynəlmiləlçilik, tarixilikmüasirlik yüksək sənətkarlıq göstəricisi kimi şairin poetik üslubunu özündə əks etdirən əsas xüsusiyyətlərdəndir.

Qafur Qulamın çoxlu nəsr əsərləri mövcuddur. Təkcə 20-ci illərin axırı və 30-cu illərin əvvəllərində o, 40-dan çox hekayə yazıb. Bu dövr nəsr əsərlərində köhnə həyatın pislikləri, eybəcərlikləri tənqid və ifşa olunur, yeni həyata çağırış əsas yer tutur. Qafur Qulam sonrakı dövr nəsr yaradıcılığında əsasən vətənpərvərlik, qəhrəmanlıq hissi aşılayan fikirlərə xüsusi əhəmiyyət verir, real həyatın obyektiv təsvir və təzahürünü canlandırmağa səy göstərirdi. Lakin bütün bunlarla yanaşı, Qafur Qulam hər şeydən əvvəl dövrünün, xalqının ən qüdrətli, ən tanınmış şairi idi. Onun poeziyası geniş əhatə dairəsinə görə seçilən və fərqlənən sənətdir.

Qafur Qulam vətənpərvər şairdir. Demək olar ki, o şeirlərinin böyük qismində doğma ölkəsinin tarixi keçmişinə və bu gününə diqqət və rəğbətini nümayiş etdirmiş, xalqının gələcək səadətini məhz bu torpaqda görüb. “Daşkənd”, “Özbəkistan”, “Şanın mübarəkdir sənin”, “Özbəkistanın çırağı, almazı Fərqanədir”, “Birinci şeir” və s. əsərləri bu baxımdan xarakterikdir. Məsələn, şair “Özbəkistan” şeirində xalqının minilliklər tarixini, onun gələcək arzularını, zəhmətə, əməyə olan sonsuz məhəbbətini və s. özünəməxsusluqla ifadə edə bilib:

 

Mehri-ülfətimdən isinən ocaq,

Azad diyarımsan, Özbəkistanım.

Hüsnün-bədrlənmiş ay kimi parlaq,

Fəxrim, vüqarımsan, Özbəkistanım!

 

Özbək ədəbiyyatşünasları şairin 20-ci illərin axırlarına qədər yazdığı şeirləri onun yaradıcılığının təcrübəsiz nümunələri kimi xarakterizə edirlər. Lakin 30-cu illərdə Q.Qulamın poeziyasının siyasiictimai kəsəri artmağa başladı. Nəticədə dövrün, ictimai həyatın ən mühüm problemləri qabarıq tərzdə özünün həllini tapmağa doğru istiqamətləndi. Bu haqda onun şeirlərinin ictimai-ideoloji xüsusiyyəti daha da dərinləşdi, sənayeləşdirmə bir mövzu kimi şairin poeziyasına daxil oldu. Məsələn, “Türksib yollarında” şeirində Türküstan Sibir dəmir yolunun tarixi keçmişibu günü arasında olan zaman fasiləsində baş vermiş hadisələr daha çox yeni cəmiyyətin ideoloji konsepsiyasına uyğun qiymətləndirilir. Ona görə də şair proletariatdan başqa Türksib yolundan tarixən keçmiş İsgəndəri, Çingiz xanı, Əmir Teymurus. adamları qaniçən adlandırıb, xalqın işıqlı sabahını yeni qurulmuş cəmiyyətlə bağlayıb.

Qafur Qulam 1942-ci ilin baharında özbək akademiki Həbib Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Böyük Vətən müharibəsinin ən qızğın döyüş bölgəsində olub və əsgərlərlə görüşüb. Bu görüş şairin yaradıcılığında böyük izlər buraxıb və sırf vətəni müdafiə, düşmənə nifrət ruhlu şeirlərin yaranmasına birbaşa təsir göstərib. “Sən yetim deyilsən”, “Əsl bayram”, “Bizim küçədə böyük bayram olacaq”, “Qaliblər”, “Salam və təbrik” və onlarla digər şeirlərində Q.Qulam istər müharibə dövründə, istərsə də sonrakı dövrlərdə bu qanlı-qadalı illərin çətinliklərini qələmə almış, birmənalı şəkildə qələbəyə olan inamını, düşməninin məğlub olacağını nümayiş etdirmişdi.

“Sən yetim deyilsən” (1942) şeiri müharibə dövründə ata-anasız qalan uşaqlara ithaf şəklində yazılıb. Şeir böyük ümumiləşmə gücünə malikdir. Lakin burada konkret olaraq Odessada ata-anasını itirmiş bir uşağın taleyindən söhbət açılır. Məlum olur ki, faşist cəlladları onun anasının döşlərini kəsərək, onu işgəncə ilə öldürüblər. Atası isə düşmənə qarşı mərdliklə vuruşub və əsir düşməsin deyə son patronu özünə çaxıb. Ona görə də şair arxaya köçürülmüş bu uşağı “qeyrətli ananın, qəhrəman atanın övladı” deyə əzizləyir və ona böyük təsəllilər verir:

 

Onlar ölsələr də qalmadın düzdə.

Sənin Vətən kimi bir pənahın var

Saxlaram mən səni gözümün üstə,

Yaşarsan asudə, azad, bəxtiyar.

 

“Mən yəhudiyəm” şeiri də bilavasitə müharibə dövrünün təəssüratları ilə bağlı yazılsa da, daha çox insanpərvərlik, humanizmxalqlar dostluğu ideyalarının təbliği baxımından əhəmiyyətlidir. Şeirdə şair öz fikirlərini iki hissədə nəzərə çarpdırır. Hitlerin irqi nəzəriyyəsinə qarşı kəskin ittihametirazla çıxış edir.

Xalqlar dostluğu Q.Qulam poeziyasında geniş anlayışdır. Şair irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqları birliyə çağırmış və kainatı vahid ailə məkanı kimi tərənnüm edib. “Səməd Vurğuna”, “Azərbaycanlı pambıqçı qardaşlara”, “Qardaş tacik xalqına” və digər şeirlərində Qafur Qulam xalqların birliyini, dostluq və qardaşlığını ön plana çəkir. Məsələn, “Səməd Vurğuna” şeirində şair özbək və Azərbaycan xalqlarının dostluğunun tarixi kökü və təməlinin qədimliyindən, bu dostluğun sarsılmazlığından bəhs açır. “Azərbaycanlı pambıqçı qardaşlaraşeiribu cür ideyaların aşılanması baxımından xarakterikdir:

 

Ehey! Min-min illər bundan irəli

Xalqın qəlbi olmuş dostluq təməli,

Bu gün Azərbaycan-özbək mərdləri

Yandırır yeni bir hünər məşəli.

 

Qafur Qulam poeziyasında beynəlmiləlçilik, beynəlxalq həyatın ictimai-siyasi proseslərinə münasibət özünə müəyyən yer tuta bilib. Bu mövzuda yazılmışQızım Cəmiləyə”, “Pol Robsona”, “Livan azad olundu başaqa şeirlərində şair müstəmləkə işgəncə zəncirlərini qırmağa ayağa qalxan xalqın iradə qüdrətini onun qabağında gedən mətin adamları alqışlayır. Bir daha dünya imperialist siyasətinə lənətlər yağdırır:

 

Pol Robson nəğmə deyir, oyadır ellərini,

Yurdunun nicatını verir əvvəldən xəbər.

Bu gün azadlıq tutar qaranlığın yerini,

Sübhün işığı ilə şadlıq edər üfüqlər.

 

Şeir Qulamın həyatının müəyyən bir kədərini əks etdirmək baxı¬mından xarakterik olmaqla yanaşı, həm ümumi səciyyə daşıyır. Müəllif yüksək sənətkarlıq gücü ilə əsərdə möhtəşəm ana obrazı, ana abidəsi yaradıb. Həcmcə kiçik olan şeirdə Q.Qulam öz istedadını nümayiş etdirərək, əslində həyatın cəmiyyətin əzəli əbədi səcdə obyekti olan ananın bütövlükdə bədii obrazını canlandıra bilib. ana haqqında bütün dediklərini aşağıdakı şəkildə belə ümumiləşdirir: bircə bunu bilirəm,sən hamıdan ulusan.

Vaxtşeirində həyat hadisələrinin, cəmiyyətdə dəyişmə proseslərinin fəlsəfi mənada izahına xüsusi fikir verilir. Ağıl qələmşeirində problemə bu cür münasibət bildirilir. Salamın hikmətiisə didaktik nəsihətamiz tərzdə yazılmış şeir nümunəsidir. Şeirin olduqca maraqlı məzmunu var. Çayxanada oturub dincələn qocalar şirin-şirin söhbət edirlər. Bu vaxt bir sərxoş gənc içəri girib nalayiq sözləri ilə adamların ovqatını təlx edir. Onu güclə çayxanadan qovurlar. Bir azdan sonra içəri başqa bir gənc daxil olur. O, ədəblə hamıya salam verir əhval tutur. Onun bu hərəkəti ilə adamlar sanki süd gölünə düşür, dünyaya yenidən gəlirlər.

İki müxtəlif hadisənin təsirindən öz fikirlərini poetik tərzdə aşılayan şair yaxşılığın, əxlaqın, diqqət qayğının insan həyatında oynadığı rolu özünə məxsusluğu ilə diqqət mərkəzinə çəkir:

 

Salamın hikmətinə, salamın gücünə bax!

Təzədən od vuruldu sanki sönən tonqala.

Şirin söhbət qızışdı, yeni mövzu taparaq,

Gənclik həvəsi gəldi gördüm hər ağsaqqala.

İnandım, bir dünyaya bərabərmiş bir salam.

 

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2019.- 30 aprel.- S.14.