Minskdə Nəsiminin 650 illik yubileyi qeyd olunub
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin imzaladığı
sərəncama müvafiq
olaraq, Azərbaycanın
Belarusdakı səfirliyi
tərəfindən Minskdəki
“Dostluq Evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirilib. Səfirlikdən Trend-ə verilən
məlumata görə,
tədbirdə Belarus Mədəniyyət
Nazirliyinin Beynəlxalq
Əlaqələr və
İnformasiya Təminatı
idarəsinin rəisi Viktoriya Ratabılskaya,
XİN-in MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq idarəsinin
rəisi Viktor Denisenko,
Beynəlxalq Miqrasiya Təşkilatının Belarus üzrə rəhbəri Zeynal Hacıyev, Belarusda akkreditə olunmuş Tacikistan, Türkmənistan, Qırğızıstan,
Özbəkistan, Rumıniya,
Liviya, Fələstin və Moldova səfirliklərinin
nümayəndələri, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin və Belarus Dövlət Universitetinin müəllim və tələbələri iştirak
ediblər.
Tədbiri çıxış nitqi ilə açan mədəniyyət
nazirliyinin nümayəndəsi
V.Ratabılskaya Azərbaycanın
Belarusdakı səfirliyi
və Belarus Mədəniyyət
Nazirliyi mədəni əlaqələrin inkişaf
etdirilməsi məqsədi
ilə Minsk şəhərində
İmadəddin Nəsiminin
650 illik yubiley tədbirinin keçirilməsinə
dair razılığa
gəldiklərini qeyd
edib. Keçirilən yubiley tədbirinin
iki ölkə arasında mövcud olan mədəni və tarixi əlaqələrin daha da güclənməsinə
və hər iki xalqın daha da yaxınlaşmasına
xidmət etdiyini söyləyib. İki ölkə
arasında mədəni
münasibətlərin bütün
istiqamətlər üzrə
inkişaf etməsi üçün hər iki ölkədə çoxlu sayda mədəni tədbirlərin
keçirildiyini vurğulayıb.
V.Ratabılskaya İ.Nəsiminin yaradıcılığının bu gündə insanların mənəvi-əxlaqi
cəhətdən kamilləşməsinə
xidmət etdiyini bildirib. Əsrlərlə İ.Nəsiminin adı əyilməz iradə və öz inanclarına sadiqlik simvolu kimi yüksəldiyini qeyd edib.
Öz növbəsində
səfir Lətif Qəndilov tədbir iştirakçılarını xüsusəndə Belarus Mədəniyyət
Nazirliyinin nümayəndələrini
salamlamış və
tədbirdə iştirak
etdiklərinə görə
təşəkkürünü bildirib. O qeyd edib ki, keçən il Belarusda Hüseyn
Cavidin 135 illiyinin bu il isə
İ.Nəsiminin 650 illik
yubileyinin keçirilməsi
iki ölkə arasında bütün sahələrdə olduğu
kimi mədəni əlaqələrin də
geniş əhatəli
surətdə inkişaf
etdiyinin və xalqlarımızın bir-birinin
mədəniyyətinə böyük
maraq göstərməsinin
əyani sübutudur. L.Qəndilov Nəsiminin yubiley tədbirinin keçirilməsinin
əsas səbəbinin
onun fəlsəfi fikirlərinin ümumbəşəri
dəyərlərə söykənməsi
ilə bağlı olduğunu önə çəkib. Allahın yaratdığı
ən mükəmməl
varlıq olan insanın bəşəriyyətin
inkişafında yeri,
rolu və mahiyyətinin öyrənilməsi
elmi-fəlsəfi dairələr
vacib hesab olub. Nəsimi də öz
yaradıcılığını bu məsələlərin
öyrənilməsinə həsr
etdiyini söyləyib.
Nəsiminin öz yaradıcılığında
insanın öz nəfsinin qulu olmamasını və həqiqəti tapmaq üçün nəfsi tərk etmənin vacibliyini, zahirdən uzaqlaşaraq batini tapmağın mümkünlüyünü
tərənnüm etdiyini
vurğulayıb. O cümlədən
səfir bildiribki, Hürufilər əziyyətləri
gizlədərək, comərdlik,
zəriflik və təmizlik nümayiş etdirməyə çağırıblar.
Hürufilərin Allahın sözünü
tədqiq edərək,
ona öz şərhlərini verdiklərini
bildirib. Hürufilər söz, insan, göy, yer, ulduzlar və Kəbə arasında əlaqə axtardıqlarını
qeyd edib.
Hürufilərin bütün dinlərə
hörmətlə yanaşdığını
və bu dinlərdən yararlanaraq bu prinsiplərə öz şərhlərini
verdiklərini söyləyib. Hürufilər
inanırdılar ki, yəhudilik, xristianlıq və islam
dinləri bir-birinin məntiqi davamıdır.
L.Qəndilov sonda müasir
dünyada İ.Nəsiminin
bir çox ideyalarının aktual olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O qeyd edib ki, Nəsimi səmavi kitabların o cümlədən Quranın
öyrənilməsi ilə
Allaha qovuşmağın
və yaradana layiq olmağın mümkün olacağını
söyləyib.
Tədbirdə Belarus Milli Elmlər Akademiyasının Ədəbiyyatşünaslıq
İnstitutunun kiçik
elmi işçisi
Tatyana Borisyuk və
Belarus Dövlət Universitetinin
Ölkəşünaslıq kafedrasının müəllimi
Valeriya Leşenko İ.Nəsiminin həyat və yaradıcılığına
dair məruzə ilə çıxış
ediblər. Tədbirin davamında Nəsimi
filmindən fraqmentlər
göstərilib. Tələbələr tərəfindən Nəsiminin
lirik şeirlərindən
yüksək ifaçılıq
tərzi ilə parçalar oxunmuş və xüsusilə də “Mən bu cahanə sığmazam” qəzəli
böyük maraq doğurub. Azərbaycan rəqsləri ifa
olunub, “Sarı Gəlin”, “Getmə getmə gəl” mahnıları səsləndirilmiş
və alqışlarla
qarşılanıb.
L.Qəndilov sonda
bir daha səfirliyin dəvətini
qəbul edərək tədbirə gəldiklərinə
görə hər kəsə təşəkkürünü
bildirib. Şərqin bəşəriyyətə
çox böyük
mütəfəkkirlər verdiyini və bu şəxslərin ölümü
qəbul etmək bahasına olsa belə
öz əqidələrindən geri dönmədiklərini söyləyib.
Tarixdə bir çox
mütəfəkkirlərin edam olunduğunu lakin ən dəhşətli
edama İ.Nəsiminin məruz
qaldığını vurğulayıb. Dəhşətli
işgəncələrə məruz qalmasına baxmayaraq, İ.Nəsimi öz
ideyalarından geri çəkilməmiş
ona görə də mərdlik və
dönməzlik rəmzi olaraq daim xatırladığını söyləyib.
Tədbir Belarusun sb.by,
belta.by internet səhifələrində
və “Belarus Sevodnya”
qəzetində geniş
işıqlandırılıb.
Xalq Cəbhəsi.- 2019.- 30 aprel.-
S.13.