Damcılı mağarasında arxeoloji qazıntılar aparılır
Qazax rayonunda yerləşən "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki dünya əhəmiyyətli Damcılı mağarasında arxeoloji qazıntılar davam edir.
Tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Yaponiyanın Tokio Universiteti arasında imzalanmış üçtərəfli memoranduma əsasən aparılır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qazıntıların aparılmasında məqsəd Daş dövrünə aid nümunələri əldə etməklə düşərgədə qədim insan məskəninin olduğunu, həmçinin burada yaşayan insanların gəlmə deyil, yerli sakinlər olduqlarını öyrənmək, eləcə də Neolit dövrü ilə Mezolit dövrü arasında olan əlaqəni müəyyənləşdirməkdir.
Arxeoloji tədqiqatlar Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə
aparılır. Qazıntılarda, həmçinin
həmin universitetin üzvlərindən Çie Akaşi, doktorant Fumika İkeyama, Qədim Şərq Muzeyinin
arxeoloqu Kazuya Şimoqama, Arxeologiya və
Etnoqrafiya İnstitutunun
əməkdaşlarından Mənsur Mənsurov, Yaqub Məmmədov, Ülviyyə Heydərova
və Əjdər Babayev iştirak
edirlər.
Xalq Cəbhəsi.- 2019.- 1-2 avuqst.-
S.7.