Füzulinin
anadan olmasının 525 illiyi ilə bağlı sərgi
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin 4 nömrəli filialında dahi Azərbaycan
şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin anadan olmasının 525 illiyi ilə bağlı sərgi
təşkil edilib.
Baş İdarədən
AZƏRTAC -a bildirilib ki, tədbirdə dahi şairin
ömür yolu və zəngin
yaradıcılığından söhbət açıb. Qeyd edilib ki, Azərbaycan ədəbiyyatının
ölməz simalarından biri olan M.Füzulinin əsərləri
beş yüz ildən
artıqdır ki, Şərq ölkələrini
dolaşır, nəsil-nəsil oxucuları insan
sevgisinin qüdrəti və gözəlliyi
ilə heyrətləndirir.
Xüsusilə onun qəzəlləri və
“Leyli və Məcnun” poeması beş yüz ildir bədii təravətini itirmədən, xalq tərəfindən sevilir.
Sərgidə nümayiş olunan kitablar oxuculara Füzuli yaradıcılığı ilə
yaxından tanış olmağa imkan verir.
Xalq cəbhəsi.-
2019.- 1 avqust. S. 8.