Ağdaşda yeni kitabların təqdimatı keçirilib
Ağdaş rayon Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev adına parkında mərkəzi kitabxananın fonduna daxil olan yeni kitabların təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Seyfəddin Feyzullayev açaraq oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə son günlərdə fonda daxil olmuş 400 nüsxədən çox kitab haqqında məlumat verib.
Bildirilib ki, sərgidə 467 nüsxə,139 adda latın qrafikalı və rus dilində kitablar nümayiş olunur. Bunların 184 nüsxəsi müxtəlif elm sahələrini əhatə edən ədəbiyyat, 281 nüsxə bədii ədəbiyyata aiddir.
Parkda eyni
zamanda azyaşlı uşaqların asudə
vaxtlarından səmərəli istifadəsini təmin etmək
məqsədilə “Nağıl dünyamız” adlı sərgi
də təşkil olunub. Sərgidə “Göy qurşağı”, “Sehrli
dünya” jurnalları nümayiş
etdirilib. Balaca oxucular daha çox
illüstrativ materiallarla
zəngin olan yeni nəşrlərə
üstünlük veriblər. Həmçinin
“Kitab oxu, kitabla dost ol”,
“Mən oxudum, sən də oxu”, “Kitab oxumaq
insanı kamilləşdirir” adlı maraqlı rubrikalar
oxucuların diqqətini cəlb edib
Xalq cəbhəsi.- 2019.- 1-2 avqust.
S. 8.