OLJAS SÜLEYMENOV - Müasir
qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi
2-ci yazı
“Bir çəkməçi vardı bizim aulda” şeirində O.Süleymenov təkcə kəskin deyim və ittihamları ilə diqqəti cəlb etmir, həm də ümumsovet poeziyası üçün xarakterik olmayan bir baryeri aşır, fikirlərində analitizmə geniş yer verməklə “inqilabçı” təsiri bağışlayır:
Hamıya çəkmə tikirdi,
Öz ayağının üstündə.
Ona elə gəlirdi,
Ayrı-seçkilik salmır,
Bərabərləşdirir hamın bu yolla..
Konkret məkan və zaman reallıqlarını özünə əks etdirən bu şeirdə mövcud bir rejim, o cümlədən konkret bir “ideoloq” obrazı fikri daha çox məşğul edir. Oxucu bir növ arxada qalan yaxın keçmişin reallıqlarının dəhşətlərini yenidən “yaşayır”.
Boyu vardı Bapbalaca
Napoleon sayağı.
O tikdiyi çəkmələrdə
Div boyda adamlara
Gəzmək asan deyildi
Çəkmə sıxır ayağı.
Hamı
elə bilirdi
Çəkməni Allah verib
Verib ki, qoy müsəlman
Dua eləyən zaman
Ayaqlarını sıxan
Çəkmələrini çıxartsın.
“...Oljasm poetik təfəkkürü
çox qədim mənbələrdən gəlir
- XI-XII əsrlərdən etibarən
türk poeziyasında:
həm Mərkəzi Asiya, həm Ural - Volqaboyu, həm də Qafqaz - Kiçik Asiya regionunda eyni vaxtda İran motivləri, metaforaları,
intonasiyası və
s. qüvvətləndi, türk
şeiri sərbəstliyini,
nəfəs genişliyini
itirdi və poetik özünüifadə
əruz standartlarına
tabe oldu” .
Lakin nisbətən
sonrakı əsrlərdə
müəyyən mənada
epos sərbəstliyinə yiyələnən
türk şeiri əvvəlki ənənələrə
kifayət qədər
yaxınlaşa bilmədi. Düzdür, XX əsrdə ümumən türk şeiri milli-ictimai baxımdan nəzərə çarpacaq
dərəcədə inkişafını
bərpa edə bildi. Zəngin epos təfəkkür və mədəniyyətinə
qayıdış, onun
sənətdə tam bərpası
O.Süleymenov yaradıcılığında
özünü təsdiqlədi.
“Mən səni...”, “Uşaqlıq, bağ, bürkü”, “Akın
Smetin son nəğməsi”,
“Köçəri” və
s. onlarla digər şeirləri məzmun, eyni zamanda forma, quruluş baxımından
epos təfəkkürü elementlərinə xeyli yaxındır:
Vur-tut səkkiz
yaşım olardı
yəqin.
Uşaqlıq illəri.
Yay. Arxa cəbhə.
Yastı
daxmaların yanından
keçən
Köhnə arabaların cırıltı
səsi.
Bürkü təntidəndə yaxınlıqda
çay
Bağlar toz içində.
Bu səbəbdəndir ki, onun istər
məhəbbət, istərsə
də fəlsəfi lirikası tam mənada orijinal məzmun və ideyaya söykənir. Çünki burada “zamanın tələbi” ilə “sənətkarın sənət
tələbi” arasında
yeni əlaqə tipi ortaya çıxır:
Mən səni...
Mən səni salamlayıram,
Şeirtək doğulan düşmənçiliyim.
Daha çox gərəkdir həmişəkindən Sevgi
şeirləri,
Bəlkə də indi...
Diqqətlə izlədikdə O.Süleymenovun
“sevgi şeirlərində”
hər şeydən azad olmuş saf məhəbbətdən
söz getmir. Sözün mənası
ilkin qatda deyil, daha dərin
qatlarda aşkarlanır.
Su ki girdi qaba
Tələsir almağa
Qabın
şəklini
Söz isə -
Elə ki, yatdı ürəyə
Dəyişmir donunu,
Necə var, eləcə salır əksini.
O.Süleymenovun poetik “mən”i çoxcəhətli aspektdə
görünür. “Mən” onun şeirlərində aparıcıdır,
təbiidir. Bütün etirafları
səmimi təsir bağışlayır. Şairin
“mən”i konkret və ümumi dəyərləri özündə
ehtiva edə bilir:
Bir sözüm iki olmayıb hələ,
Boş yerə
Əl atmamışam
xəncərə.
Tapmışam
Nə itiyim olubsa
Tale verdiyinə
Qane olmuşam.
Problemə bu cür yanaşma
onun şeirlərində
insan faktorunu və amilini əsas obyektə çevirir. Hadisələrin mərkəzində dayanan insan şairin
etnoqrafik təfəkkürə
bağlılığının göstəricisidir. Həmin insan
şairin əcdadı,
özü və müasirləridir. Məhz buna
görə də insan obyekt kimi
O.Süleymenovda olduqca
güclüdür. O, həm də çevik və aparıcıdır. Dünənin acılarına acıyan, keçmişinin uğurlarından
qürur duyan, gələcəyə ümidlə
baxan şəxsdir.
İnsanın bir ölkənin deyil, həm də bəşər övladı olması məsələləri O.Süleymenov
yaradıcılığında özünü qabarıq
göstərir. Əsasən, şairin milli
təəssübkeşlik amillərinin
güclü olduğu
sənətində bəşəri
ideyaların da özünəməxsus planda
təcəssümü milli-etnik
və bəşəri
tarixitəkamül problemlərinin
sintezindən doğur.
Artıq
şairin kəşf etdiyi yeni insan
“inqilabçı təfəkküründən”
uzaqlaşır, düşüncələrində
bəşəri dəyərlərə
üstünlük verir.
Demək
olar ki, keçən əsrin
80-ci illərinə qədərki
yaradıcılığında O. Süleymenov insanı həm milli, həm də bəşəri platformada
saxlayırdısa, 80-ci illərdən
sonrakı poeziyasında
o, insanı əsasən
“milli-etnik müəy-yənləşmədə”
təqdim edir. Sənətində bu ideyanı
bayraq kimi dalğalandırmağı vacib
sayır.Əlbəttə, bu nəzərə çarpacaq hal O.Süleymenov yaradıcılığı
üçün tam yeni
keyfiyyət göstəricisi
deyildir. Bunun rüşeym
və izləri onun sənətində bütün dövrlərdə
bu və ya digər dərəcədə
özünü göstərib,
aktual mövzuya çevrilib. Lakin XX əsrin 80-ci illərdən
etibarən insanın etnik məzmunu, onun etnik-psixoloji, etnik-kulturoloji amilləri şairin poeziyasında tarixi proseslər və müasir özünütəsdiq səviyyəsində
təqdim olunur:
Boz örtüklü Monqolustan
çölündə,
Yatır
Noqayları, Bulqarları,
Qazaxların orduları.
Bizi üzü
Qərbə dəfn eyləyiblər.
Bizim arxamızda sonuncu dəniz!
Fırlan,
Yer kürəmiz!
Bu gün anlayıram
daha çox səni.
Ağrın, acıların kaş mənə gələ.
Dolan, aynalayn, dönüm başına,
Köç edib dönürəm yolların ilə.
Lirik-fəlsəfi, lirik-psixoloji şeirlərin
imkanlarından istifadə
məsələləri O.Süleymenovda
özünün dolğun
və geniş ifadəsini tapa bilir. Şair poetik axtarışlarının
nəticəsi olaraq tamamilə yeni fikirlər, yeni ideyalar ortaya atır. Əslində
bu cür yeniləşmədə poetik
detalların orijinallığı
da az
əhəmiyyət daşımır.
Şair bu qrup şeirlərində mövzu və forma imkanlarının genişliyindən
tam istifadə edir:
Harda söz salmaq olar
De, aclıqdan, küləkdən?
Harda hər addım başı
Deşilə bilər, görən
Minillik bir inamın
Kiçik bir qəlpələriylə
Maşınların təkəri?..
“Az-Ya” O.Süleymenov
yaradıcılığında əsas yer tutur.
Əsər türk etnik-kulturoloji,
etnogenezis məsələlərinin
öyrənilməsində, tarixi araşdırmalar nəticəsində türklərin
geniş mənada “həyat qrafikinin” tədqiqində əhəmiyyətinə
görə seçilir.
Müəllif rus dilində
yazmış olduğu
bu əsərinə maraqlı və orijinal bir ad seçmişdir. “Az-Ya” əsəri yalnız adının orijinallığı baxımından
deyil, məsələlərə
mahiyyət dərinliyində
yanaşılma, qoyulan
problemlərin elmi-analitik
şərhi baxımından
da fərqlənir. “Az” əski slavyancada “mən”, “Ya” isə müasir
rus dilində “mən” deməkdir. Yəni “mən və mən”. Eyni zamanda “az” kiril əlifbasının
ilk, “ya” isə son hər¬fidir. Lakin burada
məna formal “sən və mən” şərtiliyində açıqlanır.
Bu şərtilik daxilində rus ədəbiyyatı və
türk xalqlarının
tarixi, mədəniyyəti,
etnik kimliyi barədə müəyyən
məlumatlar verilir, yeri gəldikcə müqayisəli təhlillər
aparılır. Bu müqayisədə elmi-tarixi
əsaslandırma yolu
ilə türk xalqlarının tarix və mədəniyyətinin
qədimliyi, üstünlüyü,
başqa mədəniyyətlərə
təsiri üzə çıxır. Müəllif
türk mədəniyyətinin
Şumer mədəniyyətinin varisi
olduğunu sübuta yetirir. “İqor
polku” dastanında dil, üslub və ideoloji baxımdan türk təsirinin olması üzərində xüsusi
dayanılır. Əsərdə özünə yer tapan türkçülük
ideyaları o vaxtkı
ideoloji tələblərə
uyğun olmadığı
üçün rəsmi
şəkildə müəllifə
qarşı ittihamların
irəli sürülməsinə
gətirib çıxarmışdır.
1976-cı ildə Elmlər
Akademiyasında keçirilən
müzakirə və məhkəmə qərarlarının
nəticəsi olaraq “Az-Ya” ideologiyaya
zərərli, elmi faydası olmayan əsər kimi qadağan olunur.
Əsər həm də qədim türk mədəniyyətinin iki
inkişaf zirvəsi olan Türk-Şumer və Türk-Sibir mərhələlərinin bir
neçə minillik tarixini izləmək, onların dünya mədəniyyətində, dünya
sivilizasiyasında rolunu
müəyyənləşdirmək, türk mədəniyyətinin,
türk mənəviyyatının,
türk həqiqətlərinin
zaman-zaman haqsız hücumlara məruz qalmasını və s. əks etdirmək baxımından əhəmiyyətlidir.
Bütün bu məsələlərə
müəl-lifin obyektiv
elmi təhlil və tədqiqlərində
aydınlıq gətirilir.
O.Süley- menov təhlil
və tədqiqlərində
birtərəflilikdən uzaq
dayanır. Demək olar
ki, fikirlərini dünya elmi “kürəsində” bişirir,
heç bir xalqın tarixi haqlarını tapdamır.
İki əsas hissədən (“Qızılquşlar
və Qazlar”, “Şumer- namə”) ibarət “Az-Ya”
əsəri bir növ türklərin əhatə və əlaqədə olduğu
tarixi yer və məkanların əhalisi, etnik tərkibi, dil və mədəniyyət
nümunələri barədə
fikir yürütmək
baxımından xarakterikdir.
Elman Quliyev
filologiya üzrə elmlər
doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 3 avqust.-
S.7.