OLJAS SÜLEYMENOV - Müasir
qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi
3-cü
yazı
Təbii olaraq burada türk inkişaf xətti əsas mərkəzi xətt kimi önəm təşkil edir. Ona görə də hadisələrə, elmi-mədəni prosesin gedişinə, aşkarlanmasına tarixi və müasir prizmadan yanaşma, türklərin tarixdə yeri, onların dünya mədəniyyəti tarixində təsdiqi və inkarı problemlərinə münasibət böyük maraq doğurur: “Qədim türk mədəniyyətinin bu iki inkişaf zirvəsi [kök türk-Şumer və qədim türk-Sibir] arasında neçə minillik bir uçurum var. Tənəzzül uçurumu! Tarix elmində köçərilərin mədəni geriliyi haqqında çox yazılıb. Biz bu təyini inkar etmədən, ona dialektika baxımından daha dəqiq və tutumlu bir söz əlavə edirik: yorğunluq. Nadan mənbələr tarixi qrafikin çox kiçik bir parçasını izləyə biliblər və nadan tarixçi bu bir parçanın əsasında iddia edir ki, guya türklərin inkişaf relyefi həmişə hamar olub. Deməli, türk xalqı yarandığı gündən bədnam bir vəziyyətdə, yəni Avropa tarixçisinin hazırda onu gördüyü, daha doğrusu görmək istədiyi Vəhşi Tayfa cildində olub.
Hər bir xalqın tarixinin qrafiki kardioqramı xatırladır. Tibb elmində düz xətt ölümü bildirir. Tarixdə isə xalqın yeni sıçrayış üçün güc yığdığı zamanı. Türklərin həyat qrafiki hələ başa çatmayıb.”
O.Süleymenovun əcnəbi-xristian tədqiqatçılarının türkü köçəri, vəhşi tayfa hesab etmələrinə, köçərilərin isə bu qədər mədəniyyət nümunəsi yaratmaq imkanlarının olmamasına etirazı sözə yox, fakta və məntiqə söykənir, hind-Avropa mədəniyyətinin zənginləşməsində bu mədəniyyətin baza rolunu xüsusi qeyd edir: “Biz Ön Asiyada yaranmış Sözün və İşarənin Misir incəsənəti kürəsində bişəndən sonra Hind-Avropa mədəniyyətini necə zənginləşdirdiyinin şahidi olduq. Lakin sivilizasiyaların qaynar qazanından hind-Avropalılar da bilavasitə bəhrələnirdilər.”
Sitata diqqətlə fikir verdikdə görürük ki, alim türkə qarşı ədalətsiz iddiaları ilə çıxış edən, onun tarixi haqqına və milli hissiyyatına toxunan əcnəbi tədqiqatçılardan fərqli olaraq obyektiv elmi mühakimələr irəli sürür, hər bir xalqın tarixi-mədəni haqqını düzgün qiymətləndirir: “1791-ci ildə A.İ.Musin-Puşkin Müqəddəs Sinodun ober-prokuroru təyin edildi. Həmin il avqustun 11-də II Yekaterinanın fərmanı ilə Sinoda monastr arxivlərindən və kitabxanalardan rus tarixi üçün dəyərli olan əlyazmaları müsadirə etmək icazəsi verildi.
Bu iş A.İ.Musin-Puşkinə tapşırıldı. Təxminən 1792-ci ildə (dəqiq tarixi müəyyənləşdirilməyib) o, XVI əsrə aid bir məcmuə əldə etdi. “İqor polku dastanı”nın nüsxəsi də oradan tapıldı.
1812-ci il Moskva yanğını zamanı qrafın evi də, kitabxanası da yanıb külə döndü. XVI əsrə aid nüsxə beləcə məhv oldu. Hazırda elm aləmində Musin-Puşkinin nəşrindən və Yekaterina üçün surəti köçürülmüş nüsxədən istifadə edilir.
XVI əsr nüsxəsiylə bağlı bu maraqlı əhvalat elə həmin dövrdə rus alimlərində də, əcnəbi mütəxəssislərdə də dastanın həqiqiliyinə şübhə oyatdı; güman edilirdi ki, əldə olunan nüsxə saxtadır və bundan məqsəd keçmiş dövrlərdən alınmış dəlillərlə Yekaterinanın imperialist siyasətinə haqq qazandırmaqdır. Hətta saxta nüsxənin gümana gələn müəlliflərinin adları çəkilirdi (o cümlədən Musin-Puşkinin).”
“İqor polku dastanı” tarixinə dair” tədqiqatlarında O.Süleymenovun fikirləri elmi prinsiplərə söykənir. Burada əsas sual kimi səslənən “İqor polku dastanı” həqiqətən olubmu, yoxsa bu XVIII əsrdə düzəldilmiş saxta əlyazmadır?” sualına cavab tapmaqda O.Süleymenov üst-üstə düşən, kəsişən fikirləri götür-qoy edir, konkret cavaba tələsmir. Məqsəd isə əsl alim təmkini və obyektivliyi ilə dəqiq faktları üzə çıxarmaq, başqa bir xalqın mədəni tarixinə kölgə salmamaqdır.
Ona görə də müəllif “İqor polku dastanı” ilə bağlı çoxsaylı tədqiqatçı alimlərin fikir və mülahizələrinə diqqətlə yanaşır, onları süzgəcdən keçirir, qənaətlərini ortaya qoyur. Məlumdur ki, dastanın XII əsrdən başlayaraq ayrı-ayrı əsrlərdə (XVIII əsrə qədər) formalaşdığı iddia edilir. O.Süleymenova görə “heç olmasa bir faktı olduğu kimi qəbul etmək lazımdır. “İqor polku dastanı” ən azı iki zaman kəsiyinin — XII və XVI əsrlərin məhsulu, ədəbi abidəsidir.”
Əlbəttə, burada bir incə məqam özünü göstərir. O.Süleymenov bu fikirləri deməklə, heç də nasixlərin (əlyazma nüsxəsini köçürən şəxslərin) dastana etdikləri saxta əlavələrini nəzərdən qaçırmır. “O, (nasir nəzərdə tutulur - E.Q.) nəinki dastanın canına bir xristian ab-havası hopdurur, ən kədərlisi odur ki, öz dövrünün ruhuna uyğun olaraq, bəzi parçalara vətənpərvərlik donu geydirməyə cəhd edirdi”.
O.Süleymenov “İqor polku dastanı”nın üzü köçürülən üç nüsxəsi və bu nüsxələrin taleyi barədə məlumat verir: “Bu nüsxələrdən birini XVIII əsrdə Musin-Puşkin əldə edir. O biri nüsxə XX əsrdə Peçorada görünüb yox olur. Üçüncüsünü isə Həştərxan bazarından naməlum bir qazax alıb harasa aparır…
O.Süleymenov “İqor polku dastanı”nı nadir abidə hesab edir. O, əsərdə türkizm məsələsinə xüsusi diqqət yetirir. Türkizmlərin olmasını “İqor polku dastanı”nın XII əsr slavyan dialekti əsasında yaradılmasını sübut edən əsas dəlil kimi qiymətləndirir: “Mənə belə gəlir ki, slavyan-türk tarixinin maraqlı epizodlarından birinə həsr edilmiş “İqor polku dastanı”nın müəllifi də türk dilinin ab-havası, poeziyası hopmuş bir mühitdə yaşayıb-yaradıb.
O öz dövrü və zümrəsinin övladı idi və mətndə artıq sıradan çıxmış türkizmlərdən deyil, oxucuların başa düşməyəcəyindən qorxub-çəkinmədən canlı türk terminləri və leksemalarından bol-bol istifadə edib. Çünki o öz əsərini XII yüzilliyin ikidilli oxucusuna hesablamışdı.”
Göründüyü kimi, burada müəllif dastanda türkizmlərin işlənmə və
ifadəsinə ehtiyac doğuran
mühitin qismən də olsa
mənzərəsini verə bilib. Məhz
əsər boyu bir çox söz
qruplarının etimoloji
variantlarının verilməsi, bu sözlərin
digər dillərdəki söz
yaradıcılığında oynadığı rolun göstərilməsi diqqətdən
yayınmır. Məsələn: batır-batur-bootur, boqatur-boqatır
və ya buy-biy-bay-bey-boy və s.
Lakin O.Süleymenov
təhlil və tədqiqlərində belə
bir fikri irəli sürür ki, “bir neçə
əsr sonra Rusiyada türk dili öz əhəmiyyətini
müəyyən qədər
itirdiyindən” türk
sözlərinin işlənmə
imkanları daralmağa
başlayır. Ona görə də
XVI əsrdə “İqor
polku dastam”ı köçürən nasix
əsərdəki türkizmlərin
çoxunu tərcümə
edib, onları şimal rus şivələrində işlənən
sözlərlə əvəzləyib.
O.Süleymenov bu halı, yəni türk sözlərinin əvəzlənməsinə
təəssüflənir. Amma təsadüf tərcümə edilməyən
türk sözlərinin
mövcudluğunu isə
yüksək qiymətləndirir:
“Lakin köçürmələr
zamanı möcüzə
nəticəsində qalmış
türk sözləri
dastana xüsusi kolorit və dad verir. Dnepr suyunda
həll olunmuş Baskançuk duzu kimi. Yaxud qan kimi.
Yaxud göz yaşı kimi.”
Şumer-türk dili və tarixi əlaqələrinin,
Şumer mədəniyyəti izlərinin,
bu mədəniyyətin
dünya mədəniyyətinə
təsiri məsələlərinin
öyrənilməsi O.Süleymenov
yaradıcılığında xüsusi yer tutur. “Az-Ya” kitabına daxil olan “Şumernamə” hissəsində müəllif
ana türklərin bir zamanlar Mərkəzi
Asiyanın “mədəniyyət
qazanında bişmələrini”
və “Asiya çöllərinə çəkilərək
şumer leksemini də özləriylə aparmalarını” qeyd edir. Burada türk
sözləri, onun şumer leksemiylə
bağlılığı, şumer dövründə
türk dillərinin mövcudluğu tutarlı
dəlillərlə sübuta
yetirilir. Müəllif
türk və şumer kurqanlarının
atribut oxşarlığına
əsaslanaraq onlar arasındakı əlaqələrin
təsadüfi olmadığını
nəzərə çatdırır.
O.Süleymenov Şumerlərlə bağlı özünə
qədərki yazılan
saxtalığa qarşı
çıxaraq mənbələrə
kor-koranə münasibət
bəsləmir. Faktlarla sübuta
yetirir ki, Şumerlərlə bağlı
əksər yazılarda
yanlışlığa yol
verilib. Həqiqət isə Şumer-Türk
bağlılığının göstərilməsindədir. Əlbəttə, Şumer-Türk etnik bağlılığı
fikirləri qarşısında
hər cür sədd çəkən totalitar rejimin qadağaları dövründə
belə bir mövzudan bəhs açmaq olduqca çətin idi. Lakin O.Süleymenovun etnik-tarixi problemlərə təəssübkeş
türk qeyrəti ilə müdaxiləsi bütün çətinliklərə
sinə gərməsinə
gətirib çıxarırdı.
Bu barədə O.Süleymenovun
fikirlərini xatırlamaq
olduqca maraqlı görünür: “Əgər
Şumerə görə
sənin ciyərini çıxarırlarsa, sən
onun yolunda Vətən uğrunda döyüşdüyün kimi
döyüşməlisən. Onun qarşısında Vətən
qarşısında olduğu
kimi cavab verməlisən. Daha yetər,
Şumerlə məşğul
olduğum illər ərzində yığılıb
qalmış düşüncə
və duyğuları
kağıza köçürməliyəm.”
Qeyd edək ki, müəllifin
Şumerlərlə bağlı
kağıza köçürdüyü
“düşüncə və
duyğulan” illərdən
bəri araşdırdığı
və tədqiq etdiyi arxeoloji tapıntılara, e.ə.
aid Çin salnamələrinə,
Avropa, rus və şərq alimlərinin fikirlərinə,
Avesta və qədim türk yazılarına və s. söykənir. Nəticədə “Şumer” sözünün
etimologiyasından tutmuş,
Şumerlərin qədim
bir xalq kimi tarix meydanında
keçdiyi yolun “hərəkət cədvəlinə”
qədər bir çox məsələlərə
aydınlıq gətirilir.
Elman Quliyev
filologiya üzrə
elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2019.- 6 avqust.-
S.7.