Qasım bəy Zakirin anadan olmasından 235 il ötür

 

 

 

Azərbaycan realist ədəbi düşüncəsinin əsas nümayəndələrindən biri, özünəməxsus satirik üsluba malik olan Qasım bəy Zakir rəvan dildə əxlaqi-didaktik əsərlər qələmə alıb. XIX əsrin birinci yarısında maarifçilik hərəkatının formalaşması inkişafına öz qələmi ilə töhfələr verən şair cəmiyyətdəki eybəcərlikləri tənqid edib, xalqın maariflənməsi naminə mübarizə aparıb.

Avqustun 14-də görkəmli satirik şairin anadan olmasından 235 il ötür. O, müasirləri Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı Mirzə Fətəli Axundzadə kimi xalqı maarif yoluna istiqamətləndirməkdə satiranı ədəbi janrların ən münasibi hesab edib. Xalqı cəhalətdə, zillətdə saxlayanları satira atəşinə tutub. Qələmə aldığı əsərlərdə Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini ümumiləşdirən şair, eyni zamanda, satirik şeirin yeni nümunələrini - mənzum məktub, mənzum hekayə təmsil janrlarını yaradıb.

Xalqı zülmətdə saxlayan mürtəce qüvvələrə qarşı mübarizə aparan şair təzyiqlərə məruz qalır, düşmənlərinin sayı gündən-günə çoxalır. Var-yoxu talan edilir, mülkü zorla əlindən alınır. Oğlu qardaşı oğlu şərlənərək tutdurulur... Bütün bunlara baxmayaraq, heç bir təhdid onu tutduğu yoldan döndərə bilmir. Şair bu barədə yazır:

Rahi-müsibətdə keçmişəm candan,

Müxənnətdir qorxan bir qaşıq qandan.

Ehtiyatım yoxdur paşadan, xandan,

Analar doğubdur şiri-nər məni!

Aslan, qurd çaqqal”, “Tülkü qurdtəmsilləri ilə cəmiyyətin sağlam yollarla inkişafı naminə çağırışlar edir, məmur özbaşınalığının qarşısını almaq üçün kəskin mübarizə aparır.

Araşdırmalarda göstərilir ki, Zakir təmsillərini yazarkən şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən məşhur hind abidəsiKəlilə Dimnəəsərindən bəhrələnib. Onun müxtəlif mövzularda yazdığıMəlikzadə Şahsənəm”, “Əmirzadə, məşuq cavan aşiq”, “Aşiqin təam bişirməyi”, “Aşiq məşuq haqqındamənzum hekayələri diqqət çəkir. Bu əsərlərdə məhəbbət insanın ülvi nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət dözümlülük, vəfada möhkəmlik bu hekayələrin əsas qayəsini təşkil edir.

Görkəmli satirikin xalq qarşısında xidmətlərindən biri Molla Pənah Vaqifdən sonra Azərbaycan dilini yad ünsürlərdən qoruması olub. O, ədəbi dilimizin daha da zənginləşməsinə töhfələr verib. Danışıq dilində sözün məna çalarlarından çox bacarıqla istifadə edib, əsərlərini geniş xalq kütləsinin başa düşəcəyi bir dildə yazıb. Məhz bu məziyyətləri nəzərə alan Mirzə Fətəli, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq başqaları Azərbaycan dilinin bənzərsizliyindən, gözəlliyindən danışarkən Qasım bəy Zakiri dönə-dönə yad ediblər.

Tədqiqatçı Adilə Qocayeva öz araşdırmasında yazır: “Qasım bəy Zakirin şeirlərində canlı danışıq dilinin bir sıra başqa xüsusiyyətləri nəzərə çarpır. Məsələn, şair danışıq dilində olan eniş-yoxuş, gecə-gündüz, gəl-get, əl-ayaq, alıb-satmaq kimi qoşa mənalı sözlərdən yerli-yerində istifadə etmişdir. Şair öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını mövzu, fikir, ideya cəhətdən zənginləşdirdiyi kimi, janr etibarilə inkişaf etdirmişdir. O, Azərbaycan dilinin bir çox gözəlliklərini şeirə, sənətə gətirmişdir. M.F.Axundzadədən sonra realist-demokrat ədəbiyyatımızın görkəmli nümayəndələri yeri gəldikcə Qasım bəy Zakir sənətinə müraciət etmişlər...”

Zakir öz yaradıcılığı ilə gələcək realist şeirin inkişafına mühüm təsir göstərib. Böyük şairin maarifçilik uğrunda mübarizəsi, əsərlərinin ideya-estetik hədəfləri bu günonun ədəbi-mədəni yaddaşımızın unudulmaz siması olduğunu sübut edir.

 

Xalq Cəbhəsi.- 2019.- 10 avqust.- S.7.