21 Azərə gedən yol

 

 

 

Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)

1-ci yazı

Bu sayımızdan başlayaraqXalq Cəbhəsiqəzetinin oxucularına tanınmış araşdırmaçı Əkrəm Rəhimli - Bijenin “21 Azərə gedən yol” (Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər) kitabından hissələri təqdim edirik. Kitabda 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur, 21 Azərə gedən mübarizə yolu tədqiq təhlil edilir. Oxucularımız keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı sosial, siyasi, iqtisadi mədəni durum olayların məzmun mahiyyəti, 21 Azərin qələbəsi nəticəsində yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti ilə tanış olacaqlar.

Əsərdə Azərbaycan Milli Hökumətinin süqutunun səbəbləri, irticanın yenidən baş qaldırması şah rejiminin qanlı olayları ilkin mənbələrdəki faktlar sənədlər əsasında təqdim edilir.

* * *

Güney Azərbaycandakı 1941-1946-cı illər milli-demokratik hərəkatından bu hərəkatın zirvəsi sayılan 21 Azər inqilabından (nehzətindən) 70 ilə yaxın vaxt keçir. Bu müddət ərzində İranda, eləcə beynəlxalq aləmdə bir sıra mühüm dəyişikliklər baş verib. İranda şahlıq üsuli-idarəsi, keçmiş SSRİ- isə «məğlubedilməz» Sovet İmperiyası ömrünü başa vurub, hər iki sistem dağılaraq tarixin arxivinə verilib. İranda Pəhləvi sülaləsi dövründə, keçmiş SSRİ- isə Sovetlər zamanında bir sıra məsələlərin, o cümlədən arxiv sənədlərində mövcud olan fakt məlumatların istifadəsi yazılmasına yasaq qoyulduğundan bu mövzu da qapalı saxlanılıb. Müstəqilliyimizdən sonra yaranmış şərait bizə 40-cı illərdə Güneydəki xalq hərəkatını işıqlandırmaq həqiqətləri olduğu kimi oxuculara çatdırmaq imkanı verir.

1941-1946-cı illərdə Güney Azərbaycandakı olaylarla bağlı Firqə arxivindəki materialların, o cümlədən, S.C.Pişəvərinin əsər, məqalə xatirələrinin, eləcə İran, Türkiyə, Azərbaycan onun sərhədlərindən kənarda yazılmış çoxsaylı əsərlərdə mövcud olan faktların arxivlərdə saxlanılan sənədlərin bir qisminin işıq üzü görməsi 1941-1946-cı illərdə Güneydəki olaylara - 21 Azər mövzusuna, Azərbaycan Milli Hökuməti ilə bağlı məsələlərə yenidən qayıtmaq zərurəti yaradır. Bu baxımdan müəllifin mütaliə, tədqiqat axtarışlarının nəticəsi olan bu kitabda heç bir ideoloji cərəyana meyil etmədən Güneydə baş vermiş hadisələrin obyektiv şəkildə oxucuya çatdırılmasına cəhd olunur.

Məlum olduğu kimi, 40-cı illərin ilk yarısında Güneydəki xalq hərəkatı, Azərbaycan Demokrat Firqəsi, 21 Azər, Milli Hökumətlə bağlı kitablar, tədqiqatlar, məqalələr, xatirələr arxiv sənədləri həm İranda, həm onun hüdudlarından kənarda çap olunub. Bunların bir çoxu dövrün rejimlərin ruhuna uyğun yazıldığından, onlardakı faktlar şərhlər çox vaxt obyektiv məzmundan uzaq olmuş, bəzən real düşünən müəlliflərə həqiqətləri olduğu kimi yazmağa imkan verilməyib. 1978-1979-cu il İran inqilabına qədər bu ölkədə çap olunmuş kitab məqalələrdə şah rejiminin Güney Azərbaycandakı ayrı-seçkilik əməllərin, törətdiyi cinayətlərin, günahsız qətllərin, həbs sürgünlərin üzərindən ya sükutla keçilib, ya da olaylara bilərəkdən başqa rəng verilib. Hər şey rejimin senzurası altında olduğundan Azərbaycandakı hadisələrlə bağlı məsələlər birtərəfli şərh edilib, şahənşah qoşununun 1946-cı ilin noyabr-dekabr aylarında Azərbaycana hücumuna törədilmiş qanlı hadisələrə bəraət qazandırmağa cəhd olunub. Bunun üçün qondarma yalan uydurmalartəcziyə tələblik» - separatçılıq - Allahsız bolşeviklərə satılma s.) ortaya atılıb, həqiqətlər bilərəkdən təhrif olunub.

Şahlıq rejiminin devrilməsi dövlət senzurasının bir qədər yumşaldılması ilə son illərdə İranda çap edilmiş əsərlərdə, məqalələrdə, müsahibə xatirələrdə 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkat muxtariyyət tələbi haqqında bir sıra həqiqətlər yazılır etiraf edilir. Bu baxımdan azərbaycanlı ziyalıların (eləcə tələbələrin) təşəbbüsü ilə çap olunan mətbuatın xidməti xüsusi qeyd edilməlidir. «Tribun», «Varlıq», «Səhər», «Yol», «Öyrənci», «Savalan», «Çağrı», «Səhənd», «Çiçək», «Xəzər» s., xaricdə çap olunan «Tribun», «21 Azər», «Azərbaycan», «İldırım», «Araz», «Günəş», «Azərbaycanın səsi», «Kimlik» s. Kimi jurnalların, eləcə Təbrizdə, Urmiyada, Ərdəbildə, Zənganda, Həmədanda digər Azərbaycan şəhərlərində çap olunan anadilli qəzetlərin bu sahədəki fəaliyyəti önəmlidir. Onların səhifələrində vaxtaşırı gedən məqalələr, xatirələr müsahibələr 21 Azər hərəkatı, Azərbaycan Milli Hökuməti ilə bağlı bir sıra mübahisəli, kölgəli qaranlıq məsələlərin işıqlandırılmasında dəyərli xidmət göstərib. Bundan başqa, Məmmədrza şahın dostu olmuş onun xəfiyyə orqanında işləmiş Hüseyn Fərdustun, atası 40-cı illərdə Təbrizdəki ABŞ konsulunun müavini vəzifəsində çalışmış amerikalı Robert Rossonun, Hüseyn Əlizadənin (Barış Mərəndli), 1945-ci ildə Təbrizdəki hərbi qornizonun baş komandanı, general Ələkbər Deraxşaninin, İran Xalq Partiyasının keçmiş sədri Nurəddin Keyannurinin, Əsəd Müstəfinin, «Dad» qəzetinin baş redaktoru Əbülhəsən Ümid Nurinin, eləcə 21 Azər hərəkatının iştirakçıları hadisələrin canlı şahidi olmuş Balaş Azəroğlunun, Əmrəli Lahrudinin, Nüsrətulla Cahanşahlunun, Ehsan Təbərinin, Həmid Mollazadənin, Əyyub Nəmininin, Əbülfəz Haşiminin çap olunmuş xatirələrində yazılarında 21 Azərlə bağlı həqiqətə söykənən xeyli material var. Milli Hökumətdə daxili işlər naziri (vəziri), sonra isə qısa müddət ərzində Azərbaycan valisi (ostandarı) olmuş doktor Salamulla Cavidin xatirələrində əlyazmalarında bir çox qaranlıq mübahisəli məsələlər aydınlaşdırılır.

Güney Azərbaycanda 1941-1946-cı illərdə baş vermiş hərəkat keçmiş Sovet məkanında hamıdan çox Quzeydəki müəlliflərin diqqətini çəkib onların bir çoxu Güneydəki olayları faciələri qələmə alarkən oradakı kədər dərdlərlə yaşamalı olublar. Atalar yaxşı deyib: «Qardaşın ürəyi yanana yadın heç ətəyinin ucu da yanmaz». Mirzə İbrahimov, Cəfər Xəndan, Əvəz Sadıq, Qulam Məmmədli, Həsən Həsənov, Zülfəli İbrahimov, Əlövsət Quliyev, Qılman Musayev, Nüsrət Bağırov başqaları kitab yazılarında, Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Məmməd Rahim, Fikrət Sadıq, Fikrət Qoca digər şairlər öz şeirlərində, Ənvər Məmmədxanlı, Hüseyn Mehdi, İlyas Əfəndiyev dram əsərlərində Güneydə azadlıq istəyən xalqın başına gətirilən faciələri böyük ürək ağrısı vətəndaşlıq qeyrəti ilə xalqa çatdırmışlar. Güney Azərbaycandakı siyasi, iqtisadi, sosial ədəbi-mədəni hərəkat Azərbaycan güneyşünaslığının mühüm tədqiqat obyekti olmuş olaraq qalır.

Bu sahədə 70-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun tərkibində yaradılmış «Güney Azərbaycan tarixi» şöbəsi əməkdaşlarının, xüsusən Güneydəki xalq hərəkatının fəallarından olmuş M.Çeşmazərin əməyini xüsusi qeyd etməliyik.

Sovet rejimi dövründə Güney Azərbaycana aid yazılar, xüsusən 1941-1946-cı il xalq hərəkatı, 21 Azər Azərbaycan Milli Hökumətinin fəaliyyəti məğlubiyyəti ilə bağlı bir çox məsələlərin şərhi o vaxtkı siyasi mühitin çərçivəsindən kənara çıxa bilməyib. Buna görə həmin tədqiqatlarda yazılarda bir sıra məsələlərə: Güney Azərbaycandakı hərəkata Sovetlərin xəyanəti müdaxiləsi, Güneydə muxtar türk dövlətinin yaradılmasına Stalin-Mikoyan-Beriya dəstəsinin mənfi münasibəti, İran Xalq Partiyasının (Tudə) Azərbaycan Demokrat Firqəsinə Azərbaycandakı xalq hərəkatına qısqanc münasibəti bir çox hallarda qarşı durması, Qəvamülsəltənənin Sovet rəhbərliyi ilə Moskvadakı sövdələşməsinin mahiyyəti, Milli Hökumətin süqutunda neft amilinin rolu İrana qarşı Sovet ekspansiya niyyətləri, şah qoşunlarının Azərbaycana hücumundan əvvəl hazırlanmış təxribat əməliyyatı, Milli Hökumətin məğlubiyyətinin səbəbləri, taktiki səhvləri ondan alınan ibrət dərsləri s. bu məsələlərə 90-cı illərin əvvəllərinə qədər Sovet ideoloji təzyiqinin nəticələrinə yetərincə cavab verilməmişdi. Son illərdə bu boşluğun doldurulmasında həm Güneydə fəaliyyət göstərən, həm Azərbaycan Respublikası tarixçilərinin əsər kitablarında 1941-1946-cı illərdə Güneydəki xalq hərəkatına onun ayrı-ayrı məsələlərinə işıq salınsa da, bu sahədə tədqiqat axtarışları davam etdirməyə ehtiyac var. Əlbəttə, bizbu boşluğu tam doldurmaq iddiasında deyilik.

 

Əkrəm Rəhimli – Bije

 

525-ci qəzet.- 2019.- 23 avqust.- S.6.