İrəvan İran-Rusiya müharibələri dövründə

 

 

 

1-ci yazı

 

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında tarixi sənədlər əsasında bir çox faktlar verilib. Əsərdə bildirilir ki, İran-Rusiya müharibələrinin hər iki mərhələsində İrəvanın azərbaycanlı əhalisi çar ordusuna qarşı rəşadət və cəsarətlə vuruşmuşdu. Onların igidlik və qəhrəmanlığını Azərbaycan tarixinin qızıl səhifələrindən saymaq olar. “Məftun” təxəllüslü Əbdürrəzaq Dünbüli “Sultaniyyə” əsərində rusların hücumları qarşısında İrəvanın müsəlman əhalisinin göstərdiyi qəhrəmanlığı və şücaəti şərh edərək yazır:

Bütün ruslar qantorpaq içində

Nizələrin başı sinələri param-parça edib.

İti qılınclardan bədənlər

Kəsik-kəsik, doğram-doğram.

Qəlpələr dolu kimi yağdı.

Baş, sinə, ayaq, papaq töküldü xəndəyə.

Xəncər kəsib-doğramaqdan par-par yanırdı,

Qalanın divarından qan su kimi axırdı.

Həmin döyüşdə qılıncların doğradığı

Meyidlərlə xəndək arxlar dolmuşdu.

 

Bu müharibələrin birinci mərhələsində İrəvan hakimi Məhəmməd xan Qovanlu Qacar ruslarla razılığa gəlsə , şəhərin müsəlman əhalisi düşmən qarşısında mətanətlə dayandı. Hicri-qəməri tarixi ilə 1228-ci ildə (miladi tarixi ilə 1813-cü ildə) ədalətsiz Gülüstan müqaviləsinin bağlanması ilə döyüşlərin birinci mərhələsi başa çatdı. Bu biabırçı müqaviləyə görə, Arazın o tayındakı vilayətlərin çoxu zorla Rusiya imperiyasına birləşdirildi. İrəvan Naxçıvan şəhərləri Qacarlar dövlətinin əlində qaldı. Bu iki şəhər strateji baxımdan son dərəcə əhəmiyyətli idi. Nəsrəddin şahın xüsusi həkimi fransız Fövriyyə, İrəvan Naxçıvanı Fransanın Elzas Lurnu şəhərləri ilə müqayisə edib.

Gülüstan müqaviləsi bağlandığı vaxtdan ta İran-Rusiya müharibələrinin ikinci dövrünə qədərki 13 il ərzində cəbhələrdə sakitlik bərqərar oldu İranla Rusiya arasında zahirən sülh hökm sürdü. Amma bu müqavilədən doğan təhqir məğlubiyyət acısı cəmiyyəti sarsıtmış, xalqın qəlbində kin nifrət yaratmışdı. Azərbaycan əhalisinin bu dövrdəki ümumi narazılığı Gülüstan müqaviləsinə qarşı ictimai etirazların bariz nümunəsidir.

XIII əsrin birinci yarısının (hicri) ədib tarixçisi Əbdürrəzaq Dünbüli hicri-qəməri tarixi ilə 1229-cu ilin hadisələrini şərh edərkən yazırdı: "...İki min nəfər İrəvan sakini könüllü şəkildə cihada qalxıb silahlanmış, bir neçə alim, çalmalı ərbab, zöhd təqva əhli kəfən geyinib, qələbə qılıncı qurşamışdılar..."

Qəhrəman İrəvan camaatı təpədən-dırnağacan nifrət ruhunda köklənmişdi. Onlar irəvanlı sərkərdə Hüseyn xanın onun qardaşı Həsən xan Sarı Aslanın komandanlığı altında silaha sarılaraq düşmənlə ölüm-dirim mübarizəsinə qalxdılar. Səid Nəfisinin yazdığına görə, "Hicri-qəməri tarixi ilə 1241-ci ilin zilhiccə ayında (miladi tarixi ilə 1826-cı ilin iyun ayında) başlamış ikinci müharibədə ilk olaraq İrəvan sərkərdəsi Hüseyn xan beş min nəfərlik ordu ilə Gülüstan müqaviləsindən sonra yaranmış sərhəddən keçib Rusiya tərəfindən işğal olunmuş əraziyə daxil olmuşdu".

Müharibələrin ikinci mərhələsinin əvvəllərində Yermolovun komandanlığı altındakı Rusiya ordularnın ardıcıl məğlubiyyəti çar I Nikolayı qorxuya saldı. O, vəziyyətdən çıxmaq üçün general Paskeviçi əvvəlcə tam səlahiyyətlə Yermolova yardımçı göndərdi, sonra isə ordu komandanlığını ona həvalə etdi. General Paskeviç çox təcrübəli idi. O, ilk döyüşlərdən qarşı tərəfin zəif nöqtələrini aşkar edir növbəti səfərlərdə qələbə qazanmağa başlayır. Qələbə xəbəri çarı sevindirir o, Paskeviçə yazdığı məktubda ona razılığını bildirməklə yanaşı, İrəvan şəhərinin müsəlman əhalisinin müqavimətindən narahatlığını bildirir: "Prins Menşikovun İrəvan barədə göndərdiyi məlumatlardan aydın olur ki, İrəvanda olduqca ciddi müqavimətlə rastlaşacağınızı gözləməlisiniz, onun mühasirəsindən çəkinməməlisiniz buna hazır olmalısınız.

Sonrakı hadisələr göstərdi ki, çarın qorxusu əbəs deyilmiş. Təbii ki, bu müharibənin bütün təfərrüatını burada əks etdirmək mümkün deyil. İrəvan əhalisinin müqavimətini təşkil etmək üçün ziyalılar (alim yazarlar) şəhərin əhalisi içərisində çox ciddi təbliğata başladılar.

İran-rus müharibələrinin ilk mərhələsində İrəvan hakimi Məhəmməd xan Qovanlu Qacar rus sərkərdəsi Sisyanovdan kömək istəmişdi. Lakin Səid Nəfisinin yazdığına görə, "o, görəndə ki, ruslar irəliləyə bilmir, qacarların tərəfini tutmaq istədi. Məhəmməd xan vəziri Mirzə Şəfiyə İrəvan qalasına getmək barədə göstəriş verdi. O getdi sülh bağlamaq qərara alındı... Məhəmməd xan Qacarın hərəkətləri barədə məlumat Sisyanova çatan kimi o, hiyləyə əl atdı. Xəbərdarlıq etmədən Dərkə yolundan İran ordularının üzərinə hücuma keçdi, yenidən döyüş başlandı. Bu arada İran ordusunun tərkibində olan Şəmsəddinli Qazax süvarilərinin bir qismi qiyama qalxdı əhalini qarət etməyə başladı. İran ordusunun komandanlığı vəziyyəti belə görüncə geri çəkildi. Qarşısında maneə görməyən Sisyanov İrəvana daxil oldu şəhər məscidini qərargaha çevirib, oradan topları istehkamlara yönəltdi; onunla Məhəmməd xan Qacar arasında qızğın döyüş başladı.

Şəhərin müsəlman əhalisi bu qeyri-bərabər döyüşdə bütün vasitələrlə işğalçılara nifrətini göstərdi. Bu dövrü tədqiq edən Jan Yunir yazır: "İrəvan şəhərinin came məscidi qərb tərəfdə idi. Ayrı-ayrı məzhəblərin nümayəndələrinin qarışıq yaşadığı bütün şərq şəhərlərində came məscidi müsəlmanların çoxluq təşkil etdiyi ərazidə tikilirdi. Şəhərin qərbində demək olar ki, əhalinin hamısı müsəlman idi.

Dalov İrəvanın qərbinə daxil olandan sonra söz verdi ki, müsəlmanlara dini nöqteyi-nəzərdən problem yaratmayacaq və hər bir müsəlman öz şəri borcunu sərbəst yerinə yetirə biləcək. Torpaqlarının Dalov tərəfindən işğal edilməsindən qəzəblənən yerli əhali heyıflərını azan vermək yolu ilə çıxırdılar. Səhər tezdən, günorta vaxtı və qürub çağı İrəvan kişilərinin böyük əksəriyyəti şəhərin qərbində azan verir və şərq tərəfdəki müsəlmanlar da onlara qoşulurdu. Əlahəzrətin (şəhərin hakimiAbbas Mirzə nəzərdə tutulur) bu məsələdən xəbəri yox idi. Çünki o, İrəvan mühasirəyə alınmazdan və Dalov şəhərə girməzdən qabaq oradan getmişdi. Bireşitdi ki, şəhərin qərbində və şərqində insanlar azan verməyə başlayıb, heyrətləndi. Əlahəzrət gördü ki, heç kim onlara mane olmur. Dalovun keşikçiləri sanki onları eşitmir. O da azanın ahəngini tutmağa başladı, lakin azan vermək əvəzinə üzünü şəhərin qərbinə tutub Məhəmməd xana müraciətlə dedi ki, Abbas Mirzə ona kömək göndərir. Sabah gecə həmin qüvvə hücuma keçəcək. Abbas Mirzə əlavə etdi ki, keşikçibaşı Məhəmmədhüseyn xanın komandanlığı ilə onun əsgərləri hücuma başlarkən o da həmlə etsin.

İrəvan döyüşü müsəlmanların rus ordusu ilə müharibəsində unudulmaz səhifələrdən biri olub. Həmin gecə İrəvanın müdafiəçiləri çar zabit və əsgərlərini çox ağır hala saldılar. Müsəlman ölkələrində müqəddəs yerlərin bəst yeri olduğunu bilən ruslar qaçıb şəhər məscidinə doluşaraq aman istədilər. Şəhərin müdafiəçiləri səhərə qədər döyüşdülər. Şəhərin keçid və yolları rus əsgərlərinin meyitləri ilə örtülmüşdü, bütün arxlar ərğuvan kimi qızarmış, sanki torpağın üstünü lalələrlə rəngləmişdilər. Dalov müharibənin davam edəcəyi təqdirdə sonuncu əsgərinin də məhv olacağını görüb geri çəkildi".

Bütün bu döyüşlərdə ermənilərə etimad göstərilmədi, çünki onlar ruslarla yaxınlaşmağa fürsət axtarırdılar. Səid Nəfisi bu barədə yazır: "Həmin günün səhəri şəhərin hakimi Məhəmməd xan Qacar dedi ki, qalanın keşikçiləri ermənilərdir, qorxuram ki, onlar öz dindaşları ilə birləşsinlər və qalanı təslim etsinlər. Fətəli şah bir qrup əsgər göndərdi ki, gedib qalanı tutsunlar".

Müharibələrin ikinci dövründə ermənilər ruslarla yaxın əməkdaşlıq etdilər. Bu xəyanətlərin bəzilərini qeyd etmək yernə düşər. Səid Həfisi yazır: "Hicri-qəməri tarixi ilə 1242-ci ilin ramazan ayında (1828-ci ilin 25 aprelində) Benkedarov bir gecə əvvəl şah ordusunun tərk etdiyi Eçmiədzin kilsəsini maneəsiz işğal etdi. Orada dörd yüz nəfərlik şah qornizonu var idi. Onlar köçəndə azuqə və erməni keşişlərini də özləri ilə aparmışdılar. Bir qrup müsəlman süvarisi İrəvan sərdarı Hüseyn xanın qardaşı Həsən xan Sarı Aslanın komandanlığı ilə Sərdarabad, Eçmiədzin və İrəvan arasındakı çöldə ordu düşərgəsi qurmuşdu. Sərdarabad Hüseyn xan Sərdar tərəfindən İrəvan yolunun üstündə qurulmuş qala idionun işğalı İrəvanın itirilməsi demək idi. İrəvan şəhərinin zəbt edilməsi isə şah ordusuna ən ağır zərbə ola bilərdi.

Ermənilərin katolikosu Nerses rus orduları ilə birlikdə Eçmiədzinə daxil oldu. Onun çox böyük nüfuzu vardı. O, ermənilərin bir qrupunu silahlandırdı, azuqə topladı və şah ordusunun vəziyyəti barədə məlumat əldə etdi".

Xanək Eşqi yazır: "...Zaqafqaziyanın Rusiyaya birləşdirilməsinin ciddi tərəfdarları olan erməni ruhaniləri, mülkədarları, kapitalistləri Rusiyanın diqqətini öz tərəflərinə çəkmək üçün müxtəlif vasitələr fikirləşirdilər”.

XIX əsrin ikinci yarısında Yosef Amin, Movses Banqramyan, Şahembryan və digər şəxslər erməniləri Rusiyaya yaxınlaşdırmaq üçün ciddi səy göstərirdilər. Miladi tarixi ilə 1896-cı ildə, Rusiya ilə Osmanlı arasında müharibə getdiyi bir vaxtda fəal ermənilərdən ibarət "Xarici İşlər üzrə Təhqiqat Cəmiyyəti" adlı cəmiyyət təşkil olundu. Həmin cəmiyyətin keçirdiyi iclaslarda ermənilərin Rusiyanın himayəsinə keçməsinin zəruriliyi vurğulanırdı.

1885-ci ildən başlayaraq başda mitropolit Yosef Arqunti olmaqla, Eçmiədzinin yuxarı dairələri, söz adamları, həmçinin böyük mülkədarlar yuxarıda qeyd edilən proqramın icrası istiqamətində Rusiyada ciddi fəaliyyət göstərirdilər. Hələ 1782-ci ilin dekabrında erməni ruhaniləri, böyük mülkədarlar və həmçinin tanınmış şəxslər rus imperatriçası II Yekaterinaya göndərdikləri məktublarda xahiş edirdilər ki, erməni millətini özlərinin sədaqətli dostlarından hesab etsin və onları öz himayəsinə qəbul eləsin.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2019.- 27 avqust.- S.7.