21 Azərə gedən yol
- 2-ci yazı
Güney Azərbaycanda milli-demokratik
hərəkat (1941-1946-cı illər)
Qeyd etmək lazımdır ki, hər bir arxiv sənədində mövcud olan məlumat və faktlar ayrı-ayrı insanların və məmurların subyektiv fikri, siyasi mühitin təzyiq və təsiri altında ola bilər. Bu səbəbdən onları süzgəcdən keçirmədən ehkam kimi qəbul etmək olmaz. Arxivdə saxlanılan sənədlər bəzən müxtəlif düşüncə tərzinə sahib insanların təfəkkürünün məhsuludur və yuxarı orqanlara verdiyi məlumatdır. Bu yazılarda və verilən məlumatlarda subyektivlikdən irəli gələn yanlışlıqların olması istisna deyil.
Azərbaycan Demokrat Firqəsi
mühacirət dövründə 21 Azərlə, Azərbaycan
Milli Hökuməti və onun
fəaliyyəti ilə bağlı bir
neçə kitab, broşura,
bloknot və s. çap etdirmişdi. Firqənin
orqanı olan «Azərbaycan» qəzeti, «Azərbaycan»,
«Səhər» jurnallarının səhifələrində bu problemə müəyyən yer
verilib. Bundan əlavə, firqə kitabları seriyasından olan S.C.Pişəvərinin seçilmiş
əsərləri, «21 Azər», «Azadlıq yolunun
mübarizləri», «Sənədlər məcmuəsi
(1324-1325)», «21 Azər (1324-1325) nehzəti İran
milli demokrat hərəkatı
tarixinin parlaq səhifəsidir»
adlı kitabça, mərhum Lütfəli
Ərdəbilinin hazırladığı
«Fədailər Azərbaycan xalqının 21 Azər nehzətində»
monoqrafiyası və bir sıra digər kitabçalar, xatirələr və broşuralarda 21 Azər hərəkatına,
Azərbaycan Milli Hökumətinə və
onu həyata keçirdiyi
sosial, siyasi, iq-tisadi və mədəni tədbirlərə
aid bir sıra materiallar verilmişdi. Bu materialların
bir çoxunda da dövrün təzyiq və təsiri hiss olunur.
Bu mövzuya həsr
edilmiş və dolayısı ilə ondan bəhs edən yazılarda
1941-1946-cı illərdə Güney Azərbaycandakı
hərəkata, xüsusən
21 Azərlə bağlı
məsələlərə yanaşma birmənalı deyil. Bir sıra tədqiqatlarda,
kitab, məqalə və çıxışlarda
Güneydəki xalq hərəkatının, o cümlədən,
21 Azərin milli zəmində, milli-demokratik
qüvvələrin istəyi
və fəal iştirakı ilə baş verdiyi istisnasız olaraq vurğulanır. Pəhləvilərin zülmünə, rejimin zorakılığına məruz
qalmış, milli varlığı tapdalanmış
xalq çıxış
yolunu və qurtuluşu ayağa qalxıb mübarizəyə
qoşulmaqda və zülmkar rejimi yıxmaqda görürdü.
Hərəkatın milli zəmininin
hələ məşrutə
hərəkatı və
Xiyabani dövründən
hazırlandığı söylənilir.
Hərəkata rəhbərlik edən
liderlərin çoxunun
ya özü, ya da ata-babaları
Səttarxan və Xiyabani hərəkatının
iştirakçıları idilər. Onlar Rza şahın
zindanlarından, təqib
və sürgün düşərgələrindən keçib gəlmiş adamlar olublar. Ağır mübarizə yolu keçmiş bu insanlar hərəkatın
təşkilində, mütəşəkkilləşməsində
və kütləni mübarizəyə qaldırmaq
işində, eləcə
də ADF-nin yaradılmasında yetərincə
rol oynayıblar.
Bunu həm Azərbaycan Demokrat Firqəsinin yaradılmasında, həm
də 21 Azər və Milli Hökumət
dövründə bir
daha aydın görmək olur. Bu konsepsiyanın tərəfdarları
qeyd edirlər ki, hər hansı
bir ölkədə baş verən demokratik hərəkat təkcə öz qınına qapanıb qala bilməz. Belə bir tezis mövcuddur
ki, «Həqiqi vətənpərvərlərin borcu xaricdən gələn köməkliyi
rədd etmək deyil, bəlkə, hansı dövlətdən
və nə vaxt kömək almaqdan ibarətdir». Hər hansı siyasi-ictimai hərəkat zamanı xaricin yardımından yararlanmaq yeni məsələ deyildi.
Güney
Azərbaycanda və İranda 21 Azərdən əvvəl olmuş hərəkatlarda da (eləcə də beynəlxalq miqyasda) xarici yardımdan istifadə olunub. Bu haqda Azərbaycan
və İran beynəlxalq tarixşünaslığında
çoxlu faktlar mövcuddur.
21 Azər hərəkatında
xarici hərbi yardım məsələsində
də fikirlər haçalanır. Bir qrup müəlliflər,
hərəkata rəhbərlik
edənlər və iştirakçılar belə
hesab edirlər ki, 21 Azərdə fədailərinin istifadə
etdikləri silahların
çoxu İran ordusuna məxsus, tərksilah zamanı onların əllərindən
alınmış silahlar
idi. 1941-ci ilin avqust ayında
xarici qüvvələr
İrana yeridilərkən
məğlubiyyətə və
ruh düşkünlüyünə
uğramış İran
ordusunun (o cümlədən,
3, 4 və 5-ci diviziya)
əsgərləri külli
miqdarda silahı atıb qaçıblar.
Bu vəziyyətdən istifadə edən xalq toplanmış silahın çox hissəsini sonradan İran dövlətinə
təhvil verməyib və Azərbaycanın bir çox yerlərində (o cümlədən,
Ərdəbil, Qaradağ,
Marağa, Sərab, Xoy, Urmiya və
s.) həmin silahlardan vaxtaşırı olaraq jandarmların tərksilah olunmasında istifadə ediblər. 21 Azər inqilabı zamanı tərk-silah edilmiş ordu, jandarm və polis qüvvələrindən alınmış
silah və hərbi sursat xalq könüllülərinin
(fədailərinin) silahlandırılmasında
yetərincə gərəkli
olub. Məsələyə obyektiv yanaşanların
bir çoxu 21 Azər hərəkatında
Sovet hərbi yardımından da istifadə olunduğunu istisna etmirlər.
Yuxarıdakı yanaşmadan fərqli olaraq, bəzi müəlliflər ADF-nin
Moskvanın sifarişi
və Bakının əli ilə ancaq Sovet doktrinası
əsasında yaradıldığını
iddia edib, 21 Azər hərəkatının
Sovetlərin istəyi
və tələbi ilə baş verdiyini söyləyirlər. Onların fikrincə,
21 Azərin və Azərbaycan Milli Hökumətinin milli zəmini yox idi, o, xaricin - Sovetlərin «resepti» və iştirakı ilə meydana gəlmişdi. 21 Azər, guya, yad əllərin yaratdığı və milli zəminsiz «qondarma» bir hərəkat
olub. Hərəkatda
iştirak edənlərin
bir çoxu fədai paltarı geymiş Sovet zabit və əsgərləri
imiş və s. Əsası olmayan, arqumentsiz söylənilən
bu fikirlərin sahibləri, çox təəssüf ki, təkcə İranda və İran hüdudlarından kənarda
olanlar deyildi. Bəzən Quzey Azərbaycan müəlliflərinin əsərlərində
də bu cür yanlış fikir və mülahizələrə
rast gəlmək olur. Əgər silah verməklə,
hərbi yardımla istənilən siyasi məqsədə nail olunsaydı,
onda Sovetlərin başçılığı altında dünya sosialist sistemi yaşayardı və qəti qələbəyə
qovuşmuş olardı.
Az silahla
böyük qüvvələrin
diz çökdürülməsinə
aid tarixdə çoxlu
faktlar var. Bu o zaman mümkün olur ki, xalqın istəyi və tələbi bir hədəf ətrafında
monolitləşir və
milli zəmində baş verir. Azadlıq təşnəsi olan, qəlbi, ruhu vətənin nicatı ilə döyünən, tapdalanmış hüququnu
bərpa etmək uğurunda hər cür fədakarlığa
hazır olan bir millət üçün onun kimdən silah almasından vacib, o silahı əldə saxlamaq və azadlıq üçün
ölümə hazır
olmaq istəyinin olması gərəkdir.
Belə bir istək, belə bir məram
21 Azər hərəkatında
Güneydəki soydaşlarımızı
ADF-nin ətrafında
birləşdirmiş, onlarda
qələbəyə və
milli qurtuluşa böyük və sarsılmaz inam yaratmışdı.
İkinci dünya müharibəsi illərində Güneydəki
xalq hərəkatına
Sovetlərin yardımı
və bir çox hallarda hərəkatı istiqamətləndirmək
işinə müdaxiləsi
danılmazdır. Bundan daha böyük
və kəsərli fakt isə yuxarıda
qeyd etdiyimiz kimi, hərəkatın əsasında milli azadlığını istəyən
xalqın dayanması və hərəkata sayseçmə güneyli
şəxsiyyətlərin başçılıq etməsidir.
Güney
Azərbaycandakı hərəkata
Sovetlərin müdaxiləsi
məsələsində həmçinin
belə bir cəhət diqqətdən
qaçırılmamalıdır ki, 21 Azərə və ondan əvvəlki
olaylara Sovetlər tərəfindən göstərilən
köməklikdə əsas
vasitəçi Quzey Azərbaycan, onun Sovet ordusu sırasında
İrana gəlmiş
ziyalıları (Əziz
Əliyev, Mirzə İbrahimov, Əvəz Sadıq, Cəfər Xəndan, Süleyman Rüstəm, Qulam Məmmədli, Qılman İlkin (Musayev) və s.) və sıravi vətəndaşları
olublar. Onlar vətənin o biri parçasının azadlığını
güneylilərdən az istəmirdilər. Belə bir şəraitdə qardaşın doğma qardaşına inanmamağa
mənəvi haqqı
yox idi. Əslində, fakt və sənədlərin
göstərdiyi kimi,
1946-cı ilin aprelinədək
Quzey Azərbaycan rəhbərliyi və Güneydəki hərəkatı
istiqamətləndirilməsində iştirak edən azərbaycanlıların özləri
belə, Stalin-Mikoyan güruhunun
gizli hazırladıqları
xəyanət və dönüklükdən demək
olar ki, xəbərsiz idilər. Moskvanın açıq xəyanətindən
və riyakarlığından
sonra ona qarşı çıxmaq,
müqavimət göstərmək
və ya hadisələrin sonrakı
istiqamətini dəyişmək
o zamankı tarixi şəraitdə mümkün
deyildi. Bu o dövrün reallığıdır,
onu nəzərə almadan 21 Azərlə bağlı hadisələri
obyektiv qiymətləndirmək
mümkün deyil.
1941-1946-cı illərdə Güney Azərbaycandakı
milli-demokratik hərəkat
haqqında müəyyən
qədər yazılmasına
baxmayaraq, bu hərəkat kompleks şəkildə ətraflı
tədqiq olunub öyrənilməyib. XX əsrin
son onilliklərində Sovet
İttifaqının çökməsi
və İranda şahlıq rejiminin aradan qalxması
1941-1946-cı illərdə Güneydəki xalq hərəkatının real işıqlandırılmasına
imkan yaradıb. Biz bu imkandan
faydalanıb problem üzrə
boşluğu qismən
də olsa doldurmağa, həqiqətləri
üzə çıxartmağa
çalışmışıq. Məqsədimiz şanlı
keçmişimizlə, 21 Azərə
gedən yolla və 21 Azərin mahiyyəti ilə bağlı olayları bir daha gündəmə
gətirmək, ictimaiyyətin
diqqətini bu mövzuya cəlb etmək və ən başlıcası,
gənc nəsli o dövrün olayları ilə tanış etməkdir.
Əkrəm Rəhimli
– Bije
Xalq Cəbhəsi.- 2019.- 27 avqust.-
S.6.