Vyetnamda İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilib
Hanoy şəhərində ölkəmizin
Vyetnamdakı səfirliyi,
Vyetnamdakı Azərbaycan
Mədəniyyəti və
Tarixi Araşdırmaları
Mərkəzi, “Vyetnamın
Səsi” (“Voice of Vietnam” - VOV) teleradio holdinqinin birgə təşkilatçılığı
ilə Azərbaycanın
görkəmli şairi
İmadəddin Nəsiminin
anadan olmasının
650 illiyi münasibətilə
tədbir keçirilib.
Səfirlikdən verilən
məlumata görə,
holdinqin binasında keçirilən tədbirdə
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, holdinqin prezidenti Nquyen The Ky və
qurumun rəhbərliyi,
Azərbaycan Mədəniyyəti
və Tarixi Araşdırmaları Mərkəzinin
direktoru Dao Xuan Tien və mərkəzin
əməkdaşları, o cümlədən ədəbiyyat
üzrə ali təhsil ocaqları və mərkəzlərin,
habelə kütləvi
informasiya vasitələrinin
nümayəndələri iştirak
ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri
Anar İmanov zəngin və qədim tarixə malik ölkəmizin dünya mədəniyyətinin
ən qədim mərkəzlərindən biri
olduğunu vurğulayıb,
bu xüsusda minilliklər boyu Azərbaycan xalqının
zəngin mədəni
irs yaradaraq
dünya mədəniyyət
xəzinəsinə layiqli
töhfə verdiyini bildirib.
Prezident
İlham Əliyevin milli-mənəvi, mədəni
dəyərlərimizin qorunub-saxlanılmasına
və təbliğinə
böyük diqqət
yetirdiyini bildirən
diplomat dövlətimizin başçısının
2019-cu ili ölkəmizdə
"Nəsimi ili"
elan etdiyini söyləyərək görkəmli
şairin həyat və yaradıcılığı
haqqında dolğun məlumat verib. İmadəddin Nəsiminin nəinki
Azərbaycan, ümumilikdə
dünya mədəniyyətinin
inkişafına misilsiz
töhfə verdiyi xüsusi vurğulanıb,
şairin yaradıcılığının
hələ sağlığında
bütün Yaxın Şərq və Mərkəzi Asiyada yaxşı tanındığı
diqqətə çatdırılıb.
Səfir
A.İmanov beynəlxalq
aləmdə Nəsiminin
yaradıcılığına böyük maraq göstərildiyini bildirərək,
2017-ci ildə onun vəfatının 600 illiyi
münasibətilə UNESKO-nun “Tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin anım
proqramı” çərçivəsində
tədbirin keçirildiyini,
habelə 2019-cu ildə
Beynəlxalq Astronomiya
Birliyi tərəfindən
şairin şərəfinə
kiçik planetlərdən
birinə Nəsimi adının verildiyini bildirib.
Azərbaycan Mədəniyyəti və
Tarixi Araşdırmaları
Mərkəzinin direktoru
Dao Xuan Tien Nəsiminin əsərlərində
böyük fəlsəfə,
romantizm, təbiətə
və insanlara sevgi, habelə özünüdərketmə kimi
məqamların əks
etdirildiyini bildirib. O, Nəsiminin
həyatı, yaradıcılığı
və yaşadığı
dövrün Vyetnamın
görkəmli şairi
və ictimai-siyasi xadim Nquyen Trai
ilə bəzi oxşarlıqları olduğunu
qeyd edib. Dao Xuan Tien
UNESKO-nun dəstəyi ilə
dünyanın bir sıra ölkələrində
Nəsimiyə həsr
olunan tədbirlərin
keçirilməsini beynəlxalq
aləmin Azərbaycanın
zəngin mədəni
irsinə göstərdiyi
diqqətin əyani sübutu olduğunu deyib.
Vyetnamın tanınmış şairi Phunq Ho Nəsimi yaradıcılığından Vyetnam dilinə tərcümə etdiyi bir neçə şeiri oxuyub.Tədbir
iştirakçıları Nəsiminin Azərbaycan ədəbiyyatının
inkişafındakı, habelə Mərkəzi Asiya
və Yaxın Şərq ədəbi-mədəni və ictimai-siyasi həyatında rolundan
danışıb, görkəmli şairin
ədəbi fəaliyyətini müzakirə ediblər. Həmçinin
Nəsimi ilə Vyetnamın məşhur şairləri
arasında paralellər aparılıb, İmadəddin Nəsiminin
həyatı və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib. Tədbir
Vyetnam kütləvi informasiya
vasitələrində geniş
işiqlandırılıb.
Xalq Cəbhəsi.- 2019.- 10 dekabr.-
S.16.