“Azərbaycan” qəzetinin səhifələrində
6-cı
yazı
Qasım
Firuzan: "Ana tərbiyəsi"
Bir uşağın həyatında ən böyük
rol oynayan anaların nəcib və ictimai tərbiyəsidir. Dünyaya yeni
gəlmiş bir uşaq ictimai bir mühitin ideal ruhiyyəsi ilə
böyüyən bir ana tərəfindən tərbiyə edilərsə,
heç şübhə yoxdur ki, o uşaq məmləkətinə
və millətinə faydalı və bəşəriyyətin
görkəmli bir üzvü olaraq yetişir.
Uşaqları dünyaya gətirən hər ananın
milli və müqəddəs vəzifəsi onların körpə
və lətif beyinlərinə ictimai tərbiyənin
bütün incəliklərini yerləşdirmək və
onları tamamilə mövhumatdan uzaqlaşdıran cəmiyyətin
həqiqi və vəfadar ünsürləri arasına daxil
etməklə öz analıq vəzifələrini yerinə
yetirməkdir.
Anaların
bir vəzifəsi də öz uşaqlarınıın
gigiyenası və paltarlarına tamamilə dəqiq bir nəzərlə
baxmaq, xüsusilə yeməkdən sonra əllərini isti su
və sabun ilə yuyaraq onların yatmaq vaxtlarını müəyyən
bir saatda qərar vermək və uşağı etiket üsul
və qaydaları ilə tanış etməkdən
ibarətdir.
İctimai bir ruh yüksəkliyi ilə uşaqlarına
və həyat yoldaşına bağlı olan bir ananın
daxili və xarici işlərinin müntəzəm olmasına
baxarsaq, görmüş olarıq ki, o ana ictimai bir anadır. O ananın yetişdirdiyi və
yetişdirəcəyi uşaqlar bütün ömürlərində
böyük nailiyyətlərə və xoşbəxt bir həyata
sahib olurlar.
Bəşər tarixi gələcəkdə onların
yüksək ruhları ilə, dərin fikirləri ilə və
ictimai tərbiyələri ilə fəxr edib onları əbədi
olaraq müqəddəsləşdirər. Analar bunu bilməlidirlər
ki, uşaqlı bir ailə xoş ətirli, qırmızı
güllər, sevimli bülbüllər və yaşıl
ağaclar ilə bəzənmiş bahar gülüstanına
bənzər. Burada gülüstan deyə
qəsd etdiyim məna bir ailə və o ailənin
yaşadığı mühit və evidir. Bülbüllər isə uşaqlardır.
Necə
ki, təbiətə unudulmaz gözəlliklər, şairanə
ilhamlar verən rənbərəng güllər, təbii mənzərələr
qış mövsümündə ölər və
yaşıl ağacların yapraqları solar, təbiət
ölgün qalar və gülüstan xarabazar olar,
uşaqsız bir ev də qaranlıq qış gecələrinin
səssizliyinə, kimsəsiz və sonsuz çöllərə
oxşar.
Odur ki, hər ana öz uşaqlarına qiymət verib
onarı tam diqqət və qayğı ilə tərbiyə
etməlidir.
Beləliklə, bizim qurmuş olduğumuz hörmətli
cavan milli dövlətimiz bu günün, gələcək nəsil
qəhrəmanlarının soylu və pak qəlblərində,
polad ciyinlərində daha artıq bir surətdə
ucalacaqdır.
Ey bu günün və gələcəyin şərafətli
və namuslu anaları və ataları, Azərbaycan xalqı
sizə ümidlidir. Milli dövlətimizə
ictimai qəhrəmanlar, rəşadətli oğullar
yetişdirin.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin
orqanı, Təbriz, say 115, 1 fevral 1946-cı il
***
Üsküdə
qadınlar təşkilatı
Yanvar ayının 18-də Üsküdə qadınlar təşkilatı
təşkil olunaraq yanvar ayının 23-də əvvəlinci
iclasını açıb işə başlayıb. İndiyə
qədər 30 nəfər Üskünün ziyalı
qadınları rəsmən təşkilata daxil olmuşlar.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin
orqanı, təbriz, say 114, 31 yanvar 1946-cı il
***
Maarif
Nazirliyinə təşəkkür
Tehran
mürtəce hökuməti başqa ölkələrdə təhsil
alan orta məktəb şagirlərinin və
ali məktəb tələbələrinin diplomlarını
çox ağır şərtlərlə təsdiq edirdi. Belə
ki, bir diplomu tanımaq üçün 2-3 il
və daha artıq vaxt lazım idi. Diplomun tərcümə
və təsdiq olunmuş üzlərinin hər birisindən
iki nüsxə əsli ilə bərabər Tehranda Ədliyyə
Nazirliyinin texniki idarəsinə təqdim olunurdu və oradan
qurtarandan sonra da Ali Mədəniyyət Şurasina gedərdi.
İllər
boyu bu proses uzanardı və o da çoxlu rüşvət
alandan sonra nəticə verərdi və ya verməzdi. Bu tale məsələsi idi. İndi Milli
Hökumətimizin quruluşundan bu yana
camaatın işləri idarələrdə tam sürətlə
keçir və neçə ildə qurtarmayan işlər
neçə gündə sona çatır.
Belə
ki, mən Naxçıvan şəhərində pedaqoji və
ali kənd təsərrüfatı məktəbini
qurtarandan sonra ta 21 Azərə qədər diplomlarımı
təsdiq etdirməyə müvəffəq
olmamışdım. Amma indi həmin diplomlarıma Azərbaycan
Xalq Maarif Nazirliyi 31 dekabr 1945-ci il və 7
yanvar 1946-cı il tarixli iclaslarında 10 gün içərisində
baxıb təsdiq etdilər. Ona görə də
Maarif Nazirliyinə təşəkkür edirəm.
Naxçıvanlı
Boz Asəf Səfərəlibəyli.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin
orqanı, Təbriz, say 114, 31 yanvar 1946-cı il
***
Mehdi
Haşimi: Xalqın maarifinin genişlənməsi
Azərbaycan Milli Hökumətinin qəbul etdiyi qərar
ilk öncə maarif sahəsini genişləndirib
xalqımızı elm, ürfan və mədəniyyət dairəsinə
sövq eləməkdir. Əlbəttə, bütün
xalqımız üçün bu yüksək bir vəzifədir.
Gərək hər kəs öz növbəsində
bu fikri yaymaqla cavan hökumətimizə yardım etməyə
qoşulsun. Bunun bir həqiqət olmasını kimsə
inkar etməz ki, İran mürtəce dövlətlərinin
qara kölgəsindəki cəhalət zülmətində
qalan beş milyon Azərbaycan xalqı
içərisində yüzdə üç və yaxud
yüzdə beş faiz orta səviyyəli savadlı tapıla
bilər. Bunu ümumiyyətlə bilməliyik
ki, bir neçə sayılı dövlətlərdən
başqa dünya bütünlüklə müstəmləkə
və istismar oduna yanır və onların da xalqı həmişə
elm və mədəniyyətdən fərsəxlərlə
uzaq olub cəhalət və nadanlıq vadisində
qalmaqdadırlar. Dünyanın bu halına
dayaq verən beynəlxalq irtica tez ya gec özü
qazdığı quyuya düşəcəyi və məzlum
millətlərin yaxın bir gələcəkdə öz qəsb
olunmuş haqlarıını irtica canavarının əlindən
qurtaracağı şübhəsizdir. Biz firqəmizin və
onun başında olan hörmətli rəhbərlərimizin
düzgün idarəçiliyi ilə irtica əlindən
xilas olub müxtariyyətimizə nail olduğumuza görə
onlara təşəkkür etməklə bərabər cavan
hökumətimizlə birlikdə işləmək də vəzifəmizdir.
Bundan mühüm vəzifəmiz geridə qalmış
maarifimizin tərəqqisi üçün cavan dövlətimizin
göstərdiyi yol ilə getməliyik ki, Azərbaycan xalq
maarifi günbəgün öz meydanını
böyüdüb elm və maarif məşəlini vətənimizin
hər guşə və bucağında
işıqlandırsın. Dünya bilsin ki, bizdə
də xalqımızı, vətənimizi və ölkəmizi
işıqlandıran və abadlaşdıran milli bir qüdrət
vardır.
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin
orqanı, Təbriz, say 114, 31 yanvar 1946-cı il
***
Sahir
Ölkəmizi
öyrənək: Azərbaycanın gözəllikləri
Urmiya Azərbaycanın qarla örtülü yüksək
qərb dağlarının ətəklərində çay
və kəhriz suları ilə bəslənən,
bağları ilə məhsur olan gözəl bir şəhəridir. Zərdüştün
yurdu sayılan bu diyar bir çox hadisələr
yaşamış və düşmənlər tərəfindən
çapılmışsa da, yenə də onun təravəti
solmayıb və məbədlərində yanan sevgi və həqiqət
məşəlləri də sönməyib.
Bu ölkə çox əla bir coğrafi mövqeyə
malikdır. Onun ərazisi fövqəladə münbit, havası
gözəl, suları isə içməlidir. Urmiya Azərbaycanın təbii sərvət
qaynağı sayılır. Orada buğda,
arpa, düyudən başqa yaxşı tütün, pambıq
və şəkər çuğunduru da yetişir.
Onun hər tərəfində geniş üzüm və
hər cür meyvə bağları, çiçəklənən
otlaqlar, saf və dadlı sular var. Şirazın təbii
gözəlliklərindən və onun fəzasında olan mənəviyyatdan
bəhs edərlər. Lakin Urmiyanın üfüqlərində
açılan atlas pərdələr və o pərdələrdə
gülən günəşin doğuş və qürub rəngləri
məncə ilahi bir rəng olmalıdır.
Urmiyanı
görənlər onda olan bədii gözəllikləri arif
bir baxışla seyr edənlər ancaq o diyarın nə qədər
gözəl olduğunu hiss edə bilərlər. Mən Urmiyada röyaları andıran şairanə
mənzərələr görmüşəm və bunun
üçün də o torpağa dərin sevgilər bəsləmişəm.
O yerin yalnız göylərindəki saflıq mənzərələrində
açılan sehrli pərdələr deyil, torpağında vəsfə
gəlməyən bir sevinc duyulur.
Urmiya sarmaşıqların yaşıl
çardaqları kölgəsində, duru suların
aynalarında təcəssüm edər. Onun sönməz
rəngi və solmaz baharı sinema pərdələrində
görünən xəyali mənzərələrə bənzər.
Urmiya, Azərbaycanın göz bəbəyi sayılan bu diyar,
şəfəqdə görünən gözəl bir mələkdir
ki, yaşıl ipək ətəklərini Şahi
gölünün kənarlarına qədər uzadıb!
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin
orqanı, Təbriz, say 114, 31 yanvar 1946-cı il
***
Bələdiyyə,
vilayət, mahal və bölük əncümənləri
haqqında cənab Qiyaminin söylədiyi nitqindən
Şəhərlərin
su işləri
Şah gölü su mənbəyi, şəhərin (Təbriz
şəhəri nəzərdə tutulur – red.) suyu
üçün böyük bir ehtiyat yeri olduğu halda,
Bağır Kazımi öz valiliyi (qubernatorluğu – red.)
dövründə oranı gəzinti yeri elədi və
xalqı susuz qoydu. Onu (Şah gölünü – red.) dolduran
suları kimlərin aparmasına və necə istifadə
olunmasına diqqət etmək lazımdır. Bu şəhəri içməli su ilə təmin
edən Fəthabad və Canqur suları həmişə nəzarət
altında olmalıdır.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 116, 3.02.1946
***
Bələdiyyə,
vilayət, mahal və bölük əncümənləri
haqqında cənab Qiyaminin söylədiyi nitqindən:
Şəhərlərin
tikinti işləri
1.
Xiyabanların tikintisi.
2. Asfalt
işləri. Bu barədə gərək bir
misal deyim. Asfalt işlərində bir sahəyə
gərək daha çox diqqət verilə və o da budur ki,
xiyabanlarımız Tehranın xiyabanları kimi öncədən
araşdırma aparılmadan asfaltlanmaya. Asfalt
etməmişdən öncə gərək kanalizasiya
keçidləri nəzərə alına, piyada səkiləri
olan yerlərdən də telefon və elektrik kabelləri
çəkilə ki, sonra iki xərc olmaya və asfaltlar
yamaqlı görsənməyə.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 116,
3.02.1946
***
Zəncanda
Sovetlər İttifaqı ilə mədəni əlaqə
saxlayan cəmiyyətin təşkili
Zəncanda Sovet İttifaqı ilə mədəni əlaqə
saxlayan cəmiyyət təşkil olduqdan sonra ondan səmərəli
istifadə etmək üçün böyük addımlar
atılmışdır. Sözügedən cəmiyyət də
xalqımızın böyük maraq göstərməsindən
şövqə gəlib daha da artıq
çalışmağa başlayıb.
Zəncandakı VOKS («Âñåñîþçíîå Îáùåñòâî Êóëüòóðíûõ Ñâÿçåé» ifadəsinin rus dilindý qısaltma ilə
yazılmış forması - abreviaturasıdır - red.)
nümayəndəsinin səmimi və təsirli
yardımı ilə ziyalılarımızın arzusu həyata
keçdi.
Cümə günü, 1946-cı il yanvar
ayının 18-də yüzlərlə camaatın
iştirakı ilə Zəncan mədəniyyət evi
açıldı.
Cəmiyyətin sədri Xosrov Darayi və firqənin
yerli komitəsinin sədri doktor Cahanşahlı nitq söylədilər. Cəmiyyətin
katibi Mənüçehr Səid Vəziri “Vətən”
adlı şeiri oxudu. Sonra Bəhmən
xanım Darayi Zəncanın ziyalı xanımları
adından bu cəmiyyətin fəaliyyətində ciddi şəkildə
iştirak edəcəklərini söylədi. VOKS nümayəndəsi kapitan Bağırov
xanım Darayidən sonra mədəniyyət evinin
açılışı münasibətilə bir nitq
söylədi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 116,
3.02.1946
Əski əlifbadan
transliterasiya və farsca məqalələri tərcümə
edən:
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun "İran tarixi
və iqtisadiyyatı" şöbəsinin elmi
işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə
edən, şərhlər verən, anlaşıqlı dildə
təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan"
şöbəsinin elmi əməkdaşı Səməd
Bayramzadə
Xalq Cəbhəsi.- 2019.- 21 dekabr.-
S.14.