Oğuz eposunda inisiasiya,
sakrallaşdırma və qurban
2-ci yazı
İnisiasiya ən qədim ritual formasıdır. Bu ritualın
ilkin nümunələri təbii şəraitdə icra edilib.
Ritualın icrası üçün təbiətin
imkanlarından hazır şəkildə istifadə olunub.
Belə uyğun şəraitlərdən biri
bizə zəngin arxeoloji məlumat çatdıran
mağaralardır. İbtidai insan
mağaralarda yaşayıb. Bir mağarada
özləri yaşayıb, digər mağaraya isə
ölülərini yerləşdirib onlarla yanaşı
yaşayıblar. İbtidai cəmiyyətdə
ölülər torpağa basdırılmayıb, dəfn
edilməyib, onlar mağaralara, dağ başına, meşəyə
qoyulub, suya atılıb. Ölülərin
“o dünya”ya yola salınmasında sonuncu formalar torpağa
basdırma, bildiyimiz dəfn və odda yandırmadır.
Hami rihlara inanan ibtidai insan ölüsünü
mağaradakı qoruyucu əcdad ruhlarına təhvil verib,
dağ kultuna inandığı zaman ölüsünü
dağ başına qoyub, suya inandığı zaman
ölüsünü suya atıb, ağac kultuna
inandığı dövrdə ölüsünü meşəyə
qoyub, ağacdan asıb, yeraltı ruhlara inandığı
zaman yerə basdırıb, od ruhuna
inandığı zaman odda yandırıb. Bütün
formalarda o, ölüsünün diriləcəyinə, “o
dünya”da ruhların himayəsində olacağına
inanıb. Əcdad mağarası,
mağara kultu, əcdad ruhunun mağara ilə
bağlılığı da buradan gəlir. Arxaik inisiasiya ritualı da mağarada icra edilib.
Ona görə də eposda öz rəngarəng rudimentlərini
saxlayan inisiasiyanı bəşəriyyətin “mağara mədəniyyəti”nin nümunəsi kimi dəyərləndirmək
lazımdır.
Ölülərin qurda-quşa yem olması qurdu və
quşu da əcdad ruhları ilə əla¬qələndirməyə
və müqəddəsləşdirməyə səbəb
olub. “Qurd totemi” və “quş onqonu” da öz kökləri
etibarilə əcdad ruhlarına inancdan qaynaqlanır. Statusdəyişmənin inisiasiya kimi və ya onun
sinonimi kimi verilməsi yan¬lışdır. Çünki inisiasiya ibtidai cəmiyyətə aid
arxaik ritualdır və ya “ölüb-diril¬mə” oyunudur.
Statusdəyişmə isə ibtidai icma
dövrünün bitdiyi, xüsusi mülkiy¬yətin
yarandığı yeni epoxanın ritual hadisəsidir. Arxaik
ritualdan fərqli olaraq burada “can mübadiləsi” deyil, “mal
mübadiləsi” oynanılır və əsasən, mülki
münasibətləri ifadə edir. Ritualın əsas
funksional elementləri - ruhi, mənəvi, abstrakt müvafiq
olaraq, fiziki, maddi və konkretlə əvəzlənir. Nəzərə almaq lazımdır ki, ibtidai cəmiyyətdə
sosial status yoxdur.
Qurban. Qurban universal xarakterli əski ritual hadisəsidir.
Animizm və totemizm dövrlərinin təsəvvürləri
ilə də sıx şəkildə bağlıdır.
Ən əski çağda yaranmasına
baxmayaraq müasir dövrdə də öz mövcudluğunu
davam etdirmək¬dədir. Türklərdə
qurban adətləri ilə bağlı A.İnanın,
B.Ögəlin, F.Sümerin, J.P.Runun araşdırmalarında bəhs
olunub. “İslam ensiklopediyası”nda,
Türkiyədə çıxan bir sıra dini terminlər
lüğətində qurbanla bağlı geniş məlumatlar
verilib.
“Qurban” sözünün mənşəyi etibarilə
ibranicə “korban” sözündən gəldiyi və ərəb
dili vasitəsilə bizim dilimizə keçdiyi məlumdur. Əsas mənası
dini adətə görə və ya müəyyən bir niyyətlə
heyvan kəsilməsini bildirir. Bu
qurbanın indi də işlənən və məlum tərəfidir.
Bununla yanaşı müxtəlif qurban
anlayışları da mövcud olub. Qurban
verilməsi müxtəlif tarixi dövrlərə və
xalqlara görə fərqli xüsusiy¬yətlərə də
malik olmuşdur. Bütövlükdə
qurban bir ritual hadisəsi olaraq özündə bir neçə
əsas məqsədi birləşdirir. Qurbanla
bağlı əsas nümunələr belədir: ilk meyvə,
məhsul və ya bitki qurbanı, ilk ov və heyvan qurbanı,
dilək və ya niyyət qurbanı, təşəkkür
qurbanı, günah və bağışlanmaq qurbanı.
Araşdırmalardan aydın olur ki, qurban əski
inisiasiya ilə bağlıdır, paleloit dövründən
mövcuddur və ilk dəfə ondan yunan filosofu Platon bəhs
edib. Qurban qoruyucu ruhlara, totemlərə, əcdad
ruhlarına, nisbətən sonrakı dövrlərdə isə
ilahlara, Tanrıya və Allaha verilir. Bu
qurban verilməsi öz mahiyyətində bir mübadilə mənası
ifadə etməkdədir. Can verib can almaq, mal verib mal
almaq, qurban verib məhsul bolluğuna, can
sağlığına və rifaha çatmaq məqsədi bu
ritualın əsas ideyasını təşkil edir.
Əski dövrlərdə qurban ritualı müxtəlif
şəkillərdə gerçəkləşdirilib. Məsələn,
dünyanın ən qədim mədəniyyətinə malik
olan şumerlərdə insan qurban edilib. Onların
ən çox istifadə etdikləri qurbanlıq heyvan quzu
olub. Şumerlərdə donuz qurbanı da
kəsilib. Qurban kəsilən heyvanın ətindən
ilk öncə Tanrı üçün pay ayrılır,
ondan sonra ritualı icra edən rahib ətdən yeyir və
bundan sonra qurban əti digər ritual
iştirakçılarına paylanır.
Qədim türklərdə at, qoyun, öküz, dəvə
və keyik qurbanı olduğu məlumdur. Adam öləndə
onun çadırının yanında bir heyvan qurban edilir.
Türklərin qədim¬dən ən çox
istifadə etdikləri qurban atdır. Türklər
əskidən qurbanları başlarına vuraraq
öldürürlər. Qurbanlıq at
boğularaq və ya bel süçükləri
qırılaraq öldürü¬lür. Qurban əti
“qazançı” adlanan adam tərəfindən
bişirilir. Türklər qurbanlıq heyvanı
“ıduk” adlandırırlar. Bu cür
heyvanlar öncədən damğalanır və sərbəst
buraxılır. Bu hadisəni KDQ-də “Bəkil
oğlu İmranın boyu”nda heyvanların dam¬ğalanıb sərbəst
buraxılması ilə müqayisə etmək olar. Eposda izlərini saxlayan bu nümunə də əski
qurban ritualının rudimentləridir. Türklərin
əskidən xoruz qurbanı etmələri “xoruzlu pir”lər
şəklində öz qalıqlarını qoruyub.
Əski oğuzların ritual qurbanları el quruluşlu
dövlətçilik dövründə sakral məzmunundan
tama¬milə məhrum olmur, onun müəyyən bir hissəsi
“karnavallaşır”, oğuz el başçıları,
xanların ictimai həmrəyliyin gücləndirilməsi məqsədi
ilə icra etdikləri möhtə¬şəm şölənlər
şəklində eposa daxil olur. Türklərdə
insan qurbanı olmadığı qaynaqlarda qeyd olunur. İslamla baş¬lanan İsmayıl qurbanı
özündə insan qurban etmə epoxasının bitməsini
və yeni dövrün qurban mədəniyyətini simvolizə
etməkdədir.
Ritual və hədiyyə. Türklərdə əskidən
ritual payı vermək ənənəsi olub. Bu pay ət və ya başqa yemək nümunələrdən
ibarət olub. Əski türk¬lər bu
ritual payına «ürünç»” ((Ürünç bilə
el açar) deyiblər. Rüşvət
kimi tərcümə olunsa da, o daha çox transformativ bir
hadisə kimi görünür. Bizə
görə, «ürünç»” əski qurban ritualının
(günəşin çıxması, yağışın
yağması üçün) elmentidir və sakral mahiyyətlidir.
Onun sosial sferaya daxil olması sonrakı hadisədir.
Sonrakı dövrlərin mərasim ənənəsində
belə paylara “ülüş” də deyilir.
İnisiasiya və içki. 1909-cu ildə Q.N.
Potaninin 70 illiyinə həsr olun¬muş, Sankt Petrburqda
çıxan bir məcmuədə V.V.Bartoldun “XVII əsr
özbək xanlarının sarayında mərasim” adlı məqaləsi
çap olunub. Burada özbək xanı
Nadir Məhəmmədin (1651-ci ildə vəfat edib)
sarayında “kumıs” (qımız) içilməsi mərasimi
təsvir edilib. Bu nümunə Potapovun da tədqiqatında
istifadə olunub. L.P.Potapov “Köçərilərin
ibtidai icma məişətini əks etdirən qədim adət”
adlı məqaləsində qədim türk mərasimlərindən
bəhs edərkən arxaik ritualla bağlı bir sıra məsələlərə
də toxunub. Burada diqqəti çəkən
məsələlərdən biri ritualın təsviridir.
“Yurd” adlanan dairəvi çadırda icra edilən
ritualda bəy üzü girişə doğru mərkəzdə
oturur. Onun sağında və solunda iki
“atalıq” (bəyin əvəzediciləri), ondan sonra eşik
ağası, yasaul (yerləşdirən) və digərləri
yerləşirlər. Kişilər bəydən
sağda, qadınlar solda, böyüklər bəyə
yaxın, kiçiklər onlardan sonra ol-maqla dairəvi şəkildə
otururlar. Kişilər ayaqlarının
ikisini də altlarına qatlayaraq oturur, qadınlar isə bir
ayaqlarını qatlayırlar. Altay
türklərində qeydə alınan bu mərasimdə ritual
içkisi içilir. Potapov yazır ki,
Altayda ritualda içki içilməsi ənənəsi
çox qədimdir. 552-ci il tarixli Tan
sülaləsinə aid çin salnaməsində Al¬tayda
“kumıs” içilməsi mərasimi haqqında məlumat
verilmişdir. Bu məlumatdan aydın olur ki,
“kumıs” sərxoşedici içkidir.
Türk xalqlarında ritualda “kumıs”, “boza” və “arak”
içilməsi ənənəsi möv¬cud olmuşdur. Boza içmə
mərasimində “allayar” deyilərək içki içilir.
Bu ritualın ciddi etiketləri mövcuddur.
Burada etiketi pozan şəxs suda isladılır.
Bənzər etiket cənubi altaylarda da süddən
hazırlanmış “arak” içmə mərasimində
müşahidə olunur. Suda islatma
elementinin məhsuldarlıqla bağlı arxaik ritualdan gəl¬diyi
məlumdur. Bu baxımdan ritualı Azərbaycan
“Xan bəzəmə”si ilə müqayisə etmək
mümkündür.
Altaylarda “arak” mərasimlərdə, bayramlarda, toyda,
qonaqlıqda və “qamlama”da içilir. Oğuz eposunun
materiallarından aydın olur ki, oğuzlar ritualda “kumıs”,
“sücik” və “şərab”dan istifadə ediblər. “Göl kimi kumıs sağdırmaq” ifadəsindən
də məlum olur ki, bu içki süddən
hazırlanır və bol şə¬kildə verilir. Azərbaycan bölgələrində “turş” mənasında
“qımız kimi” sözünü işlədənlər əski
kökləri ilə kumıs içən oğuzların nəslinə
və ya ənənəsinə bağlıdır. Oğuz eposunda Qazan xanın “sücik” içib sərxoş
olduğunu müşahidə edi¬rik. Bu
tipli məlumatlar oğuzların rituallarında içkidən
geniş şəkildə istifadə etdiklərini göstərməkdədir.
“And içmək” ifadəsindəki sakral mətni müşayiət
edən “içki” də ritual içkisinin xalq dilindəki
qalığıdır.
Ağaverdi
XƏLİL
Xalq Cəbhəsi.- 2019.- 1 fevral.-
S.14.