Dördüncü Buktreyler Festivalına start verilib

 

Bu barədə Trend-ə kinoaktyor, prodüser, Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli məlumat verib.

Ruslan Sabirli deyib: "Bildiyiniz kimi, 2016-cı ildən Qafqazda ilk dəfə olaraq Azərbaycanda kitaba mütaliəyə marağın oyadılması, həmçinin film sənayesində yeni istedadların müəyyən edilməsi məqsədilə Buktreyler Festivalı təsis edimiş artıq dördüncü ildir ki, uğurla həyata keçirilir. Festival Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin informasiya dəstəyi ilə hər il Beynəlxalq Kitab Günü ərəfəsində keçirilir.

Təsadüfi deyildir ki, 2 Fevral Gənclər Günündən start götürən 23 aprel Beynəlxalq Kitab Günündə başa çatan Buktreyler Festivalı mövcud olduğu müddət ərzində öz ətrafında istedadlı gəncləri toplamaqla bir yaradıcı gənclər hərəkatına çevrilməyi bacarmış festivala müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən ilə artmaqdadır. Bütün bunlar əlbəttə ki, festivalın cəmiyyətdə böyük marağa səbəb xəbər verir. Xatırladım ki, qaliblər hər il tərkibi dəyişilən Əməkdar, Xalq artistlərindən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirilir.

Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə mobil operator Azercell şirkətidir.

Hər bir kəsi bu əlamətdar hadisədə fəal iştirak etməyə festivala qoşulmağa dəvət edirəm. Hamıya uğurlar arzulayıram!".

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarxya treylerdir. Buktreyleri ədəbiyyat, kino, reklaminternet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır!

 

Xalq Cəbhəsi.- 2019.- 6 fevral.- S.16.