Güney Azərbaycan ədəbiyyatında tarixilikmüasirlik

 

 

1-ci yazı

 

XX əsr Azərbaycan ədəbiyyatının inkişaf istiqamətləri, poemalarda müasirlik və yeniləşmə meyarının səciyyəvi hal alması sovet dövrü ədəbiyyat tənqidçilərinin gəldiyi qənaətdən çox asılı idi. Həm o dövr, həm də sonrakı nəsil tənqidçilər ordusu poema janrının spesifik xüsusiyyətlərini tarixilikmüasirliyin vəhdətində təhlil etməklə, həm də janrın mahiyyətində yeniləşmə faktorunu mühüm cəhət kimi qabardırdılar. Bu yeniləşmə mənzum əsərlərdə keyfiyyət göstəricilərinin yüksəlməsinə meydan verirdi.

Güney Azərbaycan ədəbiyyatında tarixilikmüasirlik prinsiplərinin yaradıcılıq prosesinə cəlb olunması keyfiyyətli bədii əsərlərin təminatçısına çevrilirdi. XX əsrin 30-cu illərindən başlayaraq tədqiqatçılar arasında poema janrına münasibətin birmənalı olmaması ədəbiyyat aləmində tarixilikmüasirlik məfhumlarının da düzgün şərh edilməsinə mənfi təsir göstərmişdi.

Belə bir vaxtda ədəbiyyatda müasirlik başlıca olaraq poeziyada öz bədii inikasını tapır, bəzi yazarlar poema janrının müasir anlamda təzahürünü ciddi qəbul etmir, poemalarda yalnız qeyri-leqal xarakter daşıyan hisslərin ifadəsinə çalışırdılar. Özbək şairi Rəmzi Babacanın bu fikirləri də görünür həmin nəticədən doğmuşdu: “Poema janrının vəziyyəti həyəcan doğurur. O, öz köhnə simasını itirib, yeni keyfiyyətləri isə hələ özününküləşdirə bilməyib”.

Həyatla, ictimai proseslərlə, cəmiyyət quruculuğusiyasi mübarizələrlə bağlı yaranan ədəbiyyatda tarixilikmüasirlik prinsiplərinin gözlənməsi mühüm əhəmiyyət daşıyan cəhətlərdəndir. Tarixi hadisələri və tarixi şəxsiyyətləri geniş şəkildə əks etdirən əsərlər əsas etibarilə zamantarix baxımından səciyyələndirilir. Belə əsərlər oxucunu ictimai ədalətsizliklərlə barışdırmağa, onun düşüncəsini istismar dünyası ilə mübarizə zərurətindən uzaqlaşdırmağa və onda bu mübarizənin əhəmiyyətsiz olduğu barədə yanlış təsəvvür yaratmağa çalışan əsərlər deyil. Əksinə, bu əsərlərdə yazarlar ilk əvvəl tendensiya yaratmağa cəhd edirsonda oxucunu mükəmməl bir ədəbiyyat nümunəsi ilə üz-üzə qoyurlar. Məsələn, Hüseyn DüzgününŞeyx Məhəmməd Xiyabani” adlı dörd poemasında tarixilikmüasirliyin yekun həddini oxucu aydın dərk edir. Şarin tarixi-ictimai və hətta siyasi məsələlərin mövcudluğu aydın dərk olunan bu əsərində vətənpərvərlik, parlaq humanizm, yurd sevgisi, doğmalara məhəbbət, elin yolunda şirin canından belə keçməyə hazır olmaq, rejimin zorakılığı, xəyanəti və s. kimi məsələlər geniş planda əks olunur. Yaşadığı cəmiyyətdə ümumi fəlakətin - Xiyabaninin qurduğu azad Azəristan dövlətinin məğlub edilərək inqilabçılara divan tutulmasının, liderin öldürülməsinin əsl səbəbini təbii ki, Hüseyn Düzgün hakim dairələrin ləyaqətsizliyində, xəyanətində görür, ölkədə sədaqətli və xalqına dəyər verməyi bacaran sülhsevər bir rəhbərin hakimiyyət başında olmamasına təəssüflənir. Bu da təbii ki, tarixi zəmində cərəyan edən bir məqamdır. Tarixi hadisələrə yaradıcılıqla yanaşan Hüseyn Düzgünün “Səməd Behrəngi” poemasında fədakar, xalqın aydın gələcəyi, əqidəsinin zəfər çalması uğrunda canını qurban verən görkəmli nasirin başına gətirilən qanlı olay, üzləşdiyi çətinliklər və konkret faktların timsalında onun yaşadığı cəmiyyətin əsl siması açılır. H.Düzgün qarşısına qoyduğu bədii məqsədə - insan həyatını təsvir etməyə, epik qəhrəmanının yaşamını doğru-düzgün əks etdirməyə nail olur. Səməd Behrənginin yaşadığı dönəmin tələblərini nəzərə alaraq əsərinin süjet xəttini quran Hüseyn Düzgün kimi, Mir Cəlil Hüseyni də “Qanlı günəş” poemasında 20 il Ərəb xilafətinə qarşı ölüm-dirim mübarizəsi aparan və əsarətə “Yox!” deyən Babək obrazını yaşadığı dövrün hadisələri kontekstində yaratsa da, dövrün və janrın tələblərinə uymayıb. Şair bu poemada çağdaşlıqla ənənəviliyin vəhdətini yaratmağı bacarıb, ənənəvi vəzn kanonlarından çıxıb, yeni baxış, yeni yanaşma sərgiləyib. Qız və qadınların tarixi qəhrəmana - Babəkə böyük sevgisinin təsvirində olduğu kimi:

 

Elə ki, düşmən alıb Bəzz qalasın məqsədə çatdı.

Nə qədər varsa igidlər boyanıb al qana batdı.

Qalanın bayrağı yatdı.

Sanma qızlarla gəlinlər şərəfin yadlara satdı.

Ya ki ağlar gözilə baş açaraq nalə ucaltdı.

Yapışıb əl-ələ onlar elə bir səhnə yaratdı.

Yaşa Babək, deyərək özlərini qaladan atdı.

Qanların, qanlara qatdı.

 

Tarixi mövzularda qələmə alınmış poemalarda tarixin dərindən dərkindən, metodoloji mənasından doğan tarixilik prinsipi gözlənilir. Yazarların ictimai-siyasi hadisələrin bədii inikası üçün tarixdən mövzu seçimi, tarixilik və bədii həqiqətinin təmin olunması ilə yanaşı, müasirlik və sənətkarlıq məsələləri, ümumiyyətlə, ədəbiyyatın həmin kateqoriyalara aktual münasibətindən irəli gəlir. Prof. Timurçin Əfəndiyevin də məhz bu fikirdədir: Müasirlik sənətkarın yaşadığı dövrün özünü tarix kimi təsvir və təcəssüm imkanıdır”, yaxudtarixilik onun yalnız tarixi mövzuda yazılmasından asılı olmadığı kimi, müasirlik də yalnız dövrün hadisələrinin nə səviyyədə təcəssümü ilə ölçülmür, tarixilik də, müasirlik də sənətkarın estetik münasibətinin formalarıdır”. Deməli, çağdaşlıq elə tarixiliyin göstəricisidir. “Çünki sənətkar eyni zamanda öz dövrünün əhəmiyyətli cizgilərini yaradır, böyük tarixi hadisələrə və ya fərdin şəxsi həyatına həsr olunmasından asılı olmayaraq tarixi dövrün canlı lövhələrini, dövrün ruhunu və bədii salnaməsini əks etdirir”.

Ədəbi hərəkatın əsas ağırlığını çiyinlərində daşıyan və 21 Azər inqilabının ideallarına sadiq qalan Şəhriyar, Səhənd, Oxtay, Savalan, Saplaq, Qaflantı, Abbas Bariz, Hüseyn Düzgün, Türkoğlu, Urmuoğlu, Şami, Yalqız, Haray, Cəfəri və b. yaradıcılığında tarixilik və müasirlik aparıcı xətdir.

Araşdırmalar göstərir ki, tarixilikmüasirlik ədəbiyyatın spesifik cəhətlərinin bədii mündəricəsidir. Səhənd yaradıcılığına nəzər yetirdikdə, şairinAraz” və “Xatirə” poemalarında həyat çətinliklərinin tarixi perspektivdə dərk edildiyinin, tarixilikmüasirliyin ədəbi xassə kimi səciyyələndirildiyinin şahidi oluruq. Uzun illər Səhəndlə dostluq və həmkarlıq etmiş M.Fərzanənin yazdığı kimi: Bu mənzumələrdə o, ürək ağrısı ilə arzularının heçə çıxdığından, xalqın acınacaqlı və dözülməz həyatından, Azərbaycana hakim kəsilmiş dərəbəylik və özbaşınalıqdan, tarixin şum taleyi nəticəsində ikiyə bölündüyündən, bir xalqın öz dilində yazıb-oxumaq üçün bəlalara tuş olmasından söz açıb”.

Hər iki poemada baş vermiş ictimai-siyasi hadisələrin bədii dildə təqdimatı böyük maraq doğurur. Araz” və “Xatirə” poemalarında II Dünya savaşından və onun tərkib hissəsi olan Böyük Vətən müharibəsindən sonra Quzey Azərbaycanda yaşayanların zahirən xoşbəxt, Gü-neydə qalan soydaşlarının isə acınacaqlı vəziyyətindən, çətin həyatından bəhs edən Səhənd “Sazımın sözü” poemasını Azərbaycan folklorunun klassik nümunəsi - “Kitabi-Dədə Qorqud” dastanlarının təsiri əsasında yazsa da, tarixən xalqının yaşadığı gerçəkləri, hadisə və olayları müasirlik müstəvisində əsərin “Başlanışlar” və “Qurtarışlar” hissələrində nəzmə çəkib. Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, “Sazımın sözü” elə bir dövrdə və elə bir mühitdə meydana gəldi ki, orada xalq və millət haqqında söz demək, fikir söyləmək istəyi üzərinə qalaq-qalaq yasaqqadağan yükü şələlənmişdi”.

Böyük Vətən müharibəsi” adı ilə tariximizə düşən həmin qanlı olaya Şəhriyar “Stalinqrad qəhrəmanları” poemasını həsr edib, tarixi hadisəyə müasirlik kontekstindən baxıb. Poema alleqorik xarakter daşıyır. Şair göstərir ki, qaranlıq və tufanlı bir gecədə yer üzərində öz adi uçuşunu davam etdirən Əhrimən SSRİ ərazisindən ukraynalı qızların sevincli mahnılarını, sovet adamlarının şən səsini eşidir. Onun xain ürəyi kinlə coşub-daşır və deyir: “Mən gərək yer üzərində şadlığın kökünü kəsim. Bədbəxtlik və qəm bütün insanların nəsibi olmalıdır”.

Dünyada yalnız eşqin, məhəbbətin və gözəlliyin təntənəsini görmək istəyən humanist duyğulu şairin antiimperialist mövqeyi, mübariz ruhuStalinqrad qəhrəmanları” poemasında da bütün qabarıqlığı ilə yansıyır. İkinci Dünya müharibəsinin ən qızğın dövründə yazılmış bu əsər mövzusunun aktuallığı, mənfi və müsbət obrazların kamilliyi, ictimai idealın ülviliyi ilə seçilir, canlı, real döyüş səhnələrini sənətkar qüdrəti ilə təsvir etməklə mütəfəkkir şair özünün imperializmə, onun dəhşətli törəməsi olan faşizm və faşistlərin törətdikləri, ölüm saçan qanlı müharibəyə nifrətini hayqırır. Sovet dövlətinin qurucularının azad, xoş güzəran keçirdiklərini, öz dövrünə görə xoşbəxtliyini gözü götürməyən imperializm Əhriməni - faşizmi silahlandıraraq onun üzərinə göndərir. Şəhriyar Əhrimənin sovet dövlətini - sosializmi məhv etməyə göndərilməsini obrazlı şəkildə həqiqət günəşinin üzərinə qara kölgə salaraq aləmi zülmətə qərq etməsi kimi mənalandırır. O, sovet xalqlarının və sovet ordusunun gücünü yüksək vətənpərvərlikdə, xalqla dövlətin birliyində görür, həmçinin sosializmin bir quruluş kimi yaşamağa qadir olmasına inanır. İnanır ki, qara qüvvələr, şər Allahı Əhrimən xeyir Allahı Ahuraməzdaya (Hörmüz) qalib gələ bilməz. Sovet ordusunun gücü, Vətənin azadlığı uğrunda gözünü qırpmadan ölümə, dar ağacına cəsarətlə gedən sovet gənclərinin vətənpərvərliyi, amal və məqsəd birliyi, dövlətin, partiyanın və xalqın birliyi qarşısında məğlub olur, ədalət, həqiqət zəfər çalır. Şairin yaradıcılığında tarixi aspekt çox incə yolla realizə edildiyindən, tarixmüasirlik tandeminin onun qənaətində hansı məna və məzmun kəsb etdiyini çoxları, hətta qatı şovinistlər belə anlaya bilmirdilər.

Şəhriyar tarixiliyi müasirlik kontekstində təqdim etmək kimi yaradıcılıq tendensiyasına faşistpərəst general Zahidinin ölkəyə qan uddurduğu, zülmün ərşə dirək olduğu bir zamanda yazdığı “Mumiyalanmış adam” sərbəst vəznli poema-qitəsində də sadiq qalır. Şair poemada irtica illərində (1946-1959) İranda yaşayan ayrı-ayrı xalqları, insanları daim qorxu içərisində saxlamaqla susduran, mənən şikəst, miskin varlıqlara çevirən istibdad rejimini, mütləqiyyət quruluşunu kəskin tənqid atəşinə tutur. Şair əsərə “Mumiyayi - Mumiyalanmış adam” adını təsadüfən seçməyib. O, haqlı-haqsız verilən ağır cəzalardan, qanlı qırğınlardan qorxaraq ürəyindən keçənləri ucadan söyləməyə cəsarət etməyərək pıçıltı ilə danışan, susmağa üstünlük verən, tanış adamlardan belə qaçıb uzaqlaşan, küçə-bacadan evlərinə kölgə kimi sürünüb sürətlə yox olan insanları obrazlı şəkildə mumiyalanmış meyitlərə bənzədir.

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 8 fevral.- S.14.